Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parusiya
Parusiya (yun. παρουσία."hüzur", "gəliş") – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində "parusiya" sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir. Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli "hüzuru" – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün "təyin olunan vaxtları və tarixləri" bildirməməyinə və "o günün və o saatın" (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü "Tezliklə gəlirəm" deyirdi, lakin "Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir" nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır. == İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi == İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır: Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
Larisa Lazutina
Larisa Yevgenyevna Lazutina (rus. Лариса Евгеньевна Лазутина; 1 iyun 1965) — Rusiyalı xizəkçi və ictimai-siyasi xadim. Larisa Lazutina 1992, 1994 və 1998-ci illərdə keçirilən Qış Olimpiya Oyunlarının 5 qat qızıl, 1 qat gümüş və 1 qat bürünc medalçısıdır. Larisa Lazutina 1994-cü ildə "Xalqlar Dostluğu" ordeninə, 1998-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına, 2015-ci ildə isə "Şərəf" ordeninə layiq görülmüşdür. Larisa Lazutina 2003-2007 və 2007-2011-ci illərdə Rusiya Parlamentinin deputatı olub. == Həyatı == Larisa Lazutina 1 iyun 1965-ci ildə Rusiyanın Kondopoqa vilayətində anadan olmuşdur. Larisa Lazutina 1972-ci ildə 1 nömrəli məktəbə daxil olub. O 5-ci sinifdən idman ilə məşğul olmaqa başladı. Daha sonra Larisa Lazutina məktəbi bitirdikdən sonra Xabarovsk Bədən Tərbiyəsi İnstitutuna daxil olub. == Karyerası == Larisa Lazutina birinci uğurunu 1985-ci ildə qazandı.
Azusena Diaz
Azusena Diaz (19 dekabr 1982) — İspaniyalı marafonçu. Azusena Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Azusena Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 2 saniyəyə qət edərək 157 marafonçu sırasında 34-cü yeri tutdu.
Laura Pausini
== Həyatı == Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.
Miconia pausana
Miconia pausana (lat. Miconia pausana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Vladimir Paruşin
Vladimir İvanoviç Paruşin (rus. Владимир Иванович Парушин; aprel 1897, Bakı – 1938) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Vladimir İvanoviç Paruşin 1897-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. 1913–1917-ci illərdə Bakıda Qaraşəhərdə fəhləlik etmiş, inqilabi fəaliyyətə qoşulmuşdur. 1917-ci ilin may ayında bolşeviklər partiyasına daxil olmuş, 1917–1918-ci illərdə Qırmızı qvardiya sırasında əksinqilabçılara qarşı vuruşmuşdur. Azərbaycan Kommunist Partiyasının 1-ci qurultayının nümayəndəsi olmuşdur. Vladimir Paruşin 1920–1929-cu illərdə Bakıda qırmızı qvardiya rəisi, Qaraşəhər inqilab komitəsinin sədri, Fabrik-Zavod Rayon Sovetinin sədri, Bakı Soveti sədrinin müavini, Azərbaycan K(b)P Şəhər Rayon Komitəsinin məsul katibi işləmişdir. 1929–1934-cü illərdə Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının sədri – xalq fəhlə-kəndli müfəttişliyi komissarı, Zaqafqaziya AXTŞ sədrinin müavini olmuş, Estoniyada xarici ticarət nümayəndəliyində çalışmışdır. Vladimir Paruşin Azərbaycan K(b)P-nin 2–9-cu, UİK(b)P-nin 10, 15-ci qurultaylarında, 16-cı konfransında iştirak etmiş, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.