Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pantanal
Pantanal (port. pântano) — tektonik düzənlikdə yerləşən bataqlıqlaşmış ərazi. İnzibati cəhətdən böyük hissəsi Braziliya, az bir qismi Paraqvay və Boliviya ərazisində yerləşir. Paraqvay çayı hövzəsinə daxildir. Bataqlıq 150—195 min. km² arası sahəyə malikdir. Bu göstəriciyə görə dünyanın ən böyük bataqlaşmış ərazisindən biridir. == Geologiya, coğrafiya, ekologiya == Bataqlıq 50−70 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Şərqdən və cənub-şərqdən Braziliya yaylası ilə əhatələnmişdir. Canlılar aləmi ilə zəngindir: burads 3500 növ bitki, 650 növ quş, 230 növ balıq, 80 növ məməli, 50 növ sürünən yaşayır.
Portağal
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Fatih Portakal
Fatih Portakal (2 fevral 1967, Nazilli, Aydın ili) — türk jurnalist, aparıcı və YouTuber. == Təhsil Həyat == 2 fevral 1967-ci ildə Aydının Nazilli rayonunda anadan olub. İbtidai təhsilini Karacasuda tamamladı; Orta təhsilini İzmir Atatürk Liseyində bitirib . Ali təhsilini İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində başa vurub. 1994-cü ildə magistratura və xarici dil təhsili almaq üçün Avstraliyaya getdi. == İş həyatı == Fatih Portakal təhsil aldıqdan sonra bir müddət Avstraliyada məşhur restoran işləyib. 1997-ci ildə Türkiyəyə qayıdıb. Armağan Toperlə evləndi. 1997–2005-ci illərdə Star TV -də müxbir işləyib. 2005-ci ildə jurnalist Mehmet Ali Birandın təklifi ilə Kanal D -ə keçdi.
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır.Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər. 2012-ci ildə şirin portağal sitrus meyvələrinin istehsalının təxminən 70%-ni təşkil edmişdi.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. == Xarici keçidlər == Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Portağal tortu
== Ərzaqlar == 12 porsiya üçün nəzərdə tutulub: 100 q.yağ 50 q. şəkər kirşanı 1 ədəd yumurta sarısı 150 q. un 1 ədəd portağal ¼ litr qaymaq 50 q. portağal cemi 100 q.şəkər 6 ədəd yumurta 3 ədəd limonun qurudulmuş qabığı 50 q. şəkər 2 x.q. su 2 ədəd saplaqlı gilas == Hazırlanma qaydası == Sobanı 200 dərəcədə qızdırın. Un, yağ, şəkər və yumurta sarısını yaxşıca qarışdırıb xəmir yoğurun. Sonra xəmirin üstünə dəsmalı örtüb, iki saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxaran kimi xəmiri 3mm. qalınlıqda yayın və formalı qaba yerləşdirin.
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. == Məzmun == Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.