port 2021
portağallıq
OBASTAN VİKİ
Portağal
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır. Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Portağal tortu
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Mekertiç Portağalyan
Mekertiç Portağalyan (erm. Մկրտիչ Փորթուգալյան; 21 oktyabr 1848, Qumqapı, Konstantinopol, Osmanlı imperiyası – 26 sentyabr 1921, Marsel, Buş-dü-Ron) — Osmanlı ermənisi olan müəllim və Armenakan partiyasının qurucusu. Partiya 1885-ci ildə Van şəhərində qurulmuşdur. İstanbul şəhərində yaşayan bir bankirin oğlu olan Portağalyan Tokat şəhərində müəllimlik etmiş, 1878-ci ildə Qərbi Anadoluya və Balkanlara səyahət etdikdən sonra Van şəhərində bir məktəb açmışdır. Məktəb üzvlər arasında baş verən qarşıdurma səbəbilə ilin sonunda bağlanmışdır. Portağalyan 1881-ci ildə başqa bir məktəb açmış, lakin 1885-ci ildə Osmanlı rəsmiləri tərəfindən bağlanılmışdır. Bundan sonra o, Fransanın Marsel şəhərinə sürgün edilmişdir. Portağalyan 1885-ci ildə Marseldə məskunlaşaraq ilk inqilab tərəfdarı olan "Ermənistan" qəzetinin nəşrinə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == Mekertiç Portağalyan — Armenakan partiyasının rəsmi saytında.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.

Значение слова в других словарях