Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Palu
Palu — Elazığın ilçəsidir. == Əhalisi == 2015-cı ilin məlumatına görə ilçədə 20.035 nəfər yaşayır.
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Park
Park (ing. park) — Park sözü ümumiyyətlə saxlamaq, qorumaq anlamına gəlir. Ona görə də park dedikdə nəyinsə qorunması və saxlanması üçün ayrılmış sahə nəzərdə tutulur. Buna misal olaraq: 1. Milli parklar — Vəhşi təbiətin, flora və faunanın qorunub saxlanması üçün ayrılmış və qorunan sahələr. 2. Şəhər mühitində insanların istirahəti üçün qorunan yaşıllıq sahələr — Xiyabanlar, Çiçəklikləri, və çəmənlik sahələri olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı. 3. Nəqliyyat vasitələrinin və xüsusi texnikalarım saxlanıldığı, mühafizə və təmir olunduğu yer.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Parv
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Təbii bölgələr == Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 == Sahil bölgələr == Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. == Dağlıq ərazilər == Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
ATV (Peru)
ATV (Peru) və ya andına də Radiodifusión y Television — 1969-ci ildə Peruda qurulmuş bir televiziya kanalı. Lakin 1970-ci illərin əvvəlində müvəffəqiyyətsiz sınaqlar və sonrasında Peru 'dakı siyasi çalxantılar səbəbiylə kanal bağlandı. 1983-ci ildə isə yenidən quruldu. Peruda ən çox izlənilən televiziya kanallarından biridir. ATV Noticias, Əl Deportivo, Hola a todos, Maqali Teve, Vidas Extreme, Smackdown kimi proqramları vardır. Ayrıca 2010 FİFA Dünya Kubokunın nəşr hüquqlarına malikdir.
Belen (Para)
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. == Baş personajlar və ailələri == === Marş ailəsi === Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
FNSS Pars
Adını gücün nümayəndəsi kimi götürülən Anadolu bəbirindən götürən mərkəzi Ankarada yerləşən FNSS AŞ istehsalı olan taktiki təkərli zirehli döyüş maşınıdır. Hazırda satınalmaları Türk Ordusunun gündəmindədir və onların fiziki ömürlərini başa çatdırmış BTR-60 və BTR-80-ləri əvəz etməsi planlaşdırılır. Boş çəkisi 16 t (8×8), yanacaq həcmi 5t (6×6), 8.3 t (8×8), əməliyyat mənzili 1000 km, maksimum sürəti quruda 100 km, suda 10 km təşkil edir.
Hampden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. == Tarixi == Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Hempden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Huankayo (Peru)
Huankayo (isp. Huancayo) — Perunun mərkəzi hissəsində yerləşən Huankayo əyalətinin inzibati mərkəzi və Hunin Regionunun bir şəhəridir. Dəniz səviyyəsindən 3271 metr yüksəklikdə yerləşən şəhərin əhalisi 323 054 nəfərdir. Huankayo Peru Mərkəzi regionunun mədəni və kommersiya mərkəzidir. == Tarixçəsi == Müasir Huankayo ərazisində ən qədim məşhur yaşayış məntəqələri olan Uanka mədəniyyəti kəndlər yerləşir, e.ə. 500 il əvvəl bu ərazi Uari dövlətinin tərkibinə daxil edilmişdir. İnklərin işğalçı müharibələrinə müqavimət göstərməsinə baxmayaraq, 1460-cı ildə Paçakutek qoşunları tərəfindən məğlub edildi. İspan müstəmləkəçiliyinin başlamasından sonra Şəhər Fransisko Pisarro, paytaxt funksiyalarını Limaya köçürməzdən əvvəl müvəqqəti paytaxtı olan Çauça şəhərindən sonra Peruda əhəmiyyətli ikinci şəhər oldu. 1570-ci ildə Peru vitse-kralı Fransisko de Toledo Huankayo əyalətini mərkəz təyin etdi. 1 iyun 1572, rəsmi olaraq İspan Santisima-Trinidad de Huankayonun şərəfinə adlandırıldı.
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Ketrin Parr
Ketrin Parr (İngiliscə: Catherine Parr; 1512 və ya avqust 1512 – 5 sentyabr 1548 və ya 5 sentyabr 1548[…]) — İngiltərə kralı VIII Henrinin son qadını. Sir Thomas Parr və Maud Green`in qızıdır. == Gənclik illəri == Ketrin Parr 12 iyul 1543-cü il tarixində VIII Henri ilə Hampton Sarayında evləndi. Kralın anasız qalan 3 övladına — Mariya, Elizabet və Eduarda analıq etmişdir. Gələcəyin kralını əsl protestant kimi böyütmüşdür. Bu səbəbdən saray daxilindəki katoliklər tərəfindən çox sevilmirdi. Hətta edamı haqqında fərman verilsə də, kral tərəfindən bu qərar təsdiqlənməmişdir. Kral VIII Henrinin vəfatından sonra Ketrin Parr`ın da dəstəyilə VI Eduard taxta çıxdı. Kralın vəfatından sonra VI Eduardın dayısı Tomas Seymurla evləndi. Bu evlilikdən bir qızı dünyaya gəlsə də, övladını 2 yaşında itirmişdir.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Kültür Park
Kültür Park — Türkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir. == Tarixçə == İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur. Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü. Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi.