Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parusiya
Parusiya (yun. παρουσία."hüzur", "gəliş") – Əhdi-Cədiddə İsa Məsihin dünyanın sonunda gəlişini bildirən söz. Yunan dilində "parusiya" sözü həm "gəliş, gəlmə", həm də "hüzur, yanında olma" mənasını verməkdədir. Buna görə də parusiya dedikdə İsa Məsihin ikinci gəlişi ilə yanaşı Onun sirli "hüzuru" – möminlərin yanında, arasında olması da nəzərdə tutulurdu. Lakin ilk xristianlar bu sözü əksərən İsanın gələcək zühuru kimi başa düşürdülər. İsa Məsihin Özünün "təyin olunan vaxtları və tarixləri" bildirməməyinə və "o günün və o saatın" (dünyanın sonu nəzərdə tutulur) yalnız Ata Allaha məlum olan bir sirr olduğunu deməyinə baxmayaraq, ilk xristianlar parusiyanın tezliklə baş verəcəyini gözləyirdilər. İsa Məsih Özü "Tezliklə gəlirəm" deyirdi, lakin "Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir" nöqteyi-nəzərindən tezliklə dedikdə əsrlər də nəzərdə tutula bilərdi. İsanın tezliklə gəlməyi, hökm gününün yaxın olmasını eləcə də bununla izah etmək olar ki, hər insanın ömrü qısadır və ondan sonra hər kəs Rəbbin qarşısında cavab verməyə hazırlanmalıdır. == İsanın gözlənilməyən və gözlə görünən ikinci gəlişi == İsa təkrar gələcəyindən dəfələrlə danışmışdır: Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
Vladimir Paruşin
Vladimir İvanoviç Paruşin (rus. Владимир Иванович Парушин; aprel 1897, Bakı – 1938) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Vladimir İvanoviç Paruşin 1897-ci ilin aprel ayında Bakıda anadan olmuşdur.1913–1917-ci illərdə Bakıda Qaraşəhərdə fəhləlik etmiş, inqilabi fəaliyyətə qoşulmuşdur. 1917-ci ilin may ayında bolşeviklər partiyasına daxil olmuş, 1917–1918-ci illərdə Qırmızı qvardiya sırasında əksinqilabçılara qarşı vuruşmuşdur. Azərbaycan Kommunist Partiyasının 1-ci qurultayının nümayəndəsi olmuşdur.Vladimir Paruşin 1920–1929-cu illərdə Bakıda qırmızı qvardiya rəisi, Qaraşəhər inqilab komitəsinin sədri, Fabrik-Zavod Rayon Sovetinin sədri, Bakı Soveti sədrinin müavini, Azərbaycan K(b)P Şəhər Rayon Komitəsinin məsul katibi işləmişdir. 1929–1934-cü illərdə Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının sədri – xalq fəhlə-kəndli müfəttişliyi komissarı, Zaqafqaziya AXTŞ sədrinin müavini olmuş, Estoniyada xarici ticarət nümayəndəliyində çalışmışdır.Vladimir Paruşin Azərbaycan K(b)P-nin 2–9-cu, UİK(b)P-nin 10, 15-ci qurultaylarında, 16-cı konfransında iştirak etmiş, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Azərbaycan K(b)P Mərkəzi Nəzarət Komissiyasının, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Prusiya
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. == Haqqında == "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.Əri də daxil olmaqla ona yaxın olan bir neçə insanın ölümündən sonra buddist rahibəsi olmuşdur.
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Laura Pausini
== Həyatı == Karyerasına 1987-ci ildə ilk albomu "I Sogni Di Laura" ilə başlayan və 1993-cü ildə qatıldığı Sanremo Musiqi Festivalında ("La Solitudine" mahnısı ilə) qazandığı birincilikdən sonra fəalyyətində ümumi olaraq 30 milyon albom satışı reallaşdıran və bir də Grammy mükafatları qazanan ilk İtalyan qadın müğənnidir. Mahnılarını Latın pop, soft rock, pop üslubunda oxuyan İtaliyanın məşhur müğənnisi İtalyan, İspan, İngilis, Fransız və Portuqal dillərində mahnılar oxumaqdadır. 1974-cü ildə İtaliyada anadan Laura Pausini, musiqiçi olan atasının da dəstəyiylə kiçik yaşda musiqilə maraqlanmağa başladı. 8 yaşındaykən atasının səhnə aldığı məkanlarda ona səsiylə yoldaşlıq edən kiçik Laura, 13 yaşındaykən atasının prodüserliyində yazılan "I sogni di Laura" albomuyla professionallığa ilk addımını atdı. Albom tamamilə əldəki imkanlarla hazırlanmışdı. Bu səbəbdən səs gətirməsi gözlənilmirdi. Lauraya əsas müvəffəqiyyəti 1993-cü ildə qatıldığı və "La Solitudine" adlı parçanı səsləndirdiyi Sanremo Musiqi Festivalı gətirdi. Yarışmada birinci olan sənətçi, dərhal Warner Bros İtaliyanın marağını çəkdi və sonra gələn val razılaşmasıyla ilk albomu "Laura Pausini"ni 1993-cü ildə musiqi dünyasına tanıtdı. Albom İtaliyada olduğu qədər Fransa və Hollandiyada da uğurlu oldu. İkinci albom "Laura" 1994-cü ildə musiqi marketləri rəflərində yerini aldı.
Maruşin (Miyanə)
Maruşin (fars. مروشين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (19 ailə).
Miconia pausana
Miconia pausana (lat. Miconia pausana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Parisin yenidənqurulması
Parisin yenidən qurulması -,İkinci imperiya vaxtı Parisin yenidən qurulması - böyük dərəcədə Parisin müasir görünüşünü müəyyən edən, III Napoleonun tapşırığı ilə, Sena departamenti prefekti baron Hausmannın XIX əsrdə apardığı şəhərsalma işləri. == Yenidənqurma zərurəti == Yenidənqurmaya ehtiyac çoxdan vardı. XVIII əsrin birinci yarısından başlayaraq şəhər hakimiyəti Parisin mərkəzinin yenidənqurulması barədə düşünürdülər, və məhz; Sena sahilini abıra salmaq və körpülər üzərindəki evləri sökmək. İntensiv sənaye inkişafı vaxtı Parisin əhalisi olduqca sürətlə artırdı - bir əsr ərzində əhalinin sayı 5 dəfə artmışdı -1800 ildəki 0,55 mln-dan,1901 ildəki 2,7 mln-a qədər. Bəzi məhəllələrdə əhali sıxlığı 100 000/km² nəfərə çatırdı. Şəhər bu qədər insan yerləşmirdi: sıx-sıx binalarla tikilən əyri dar küçələr şəbəkəsi, küçə hərəkatını çətinləşdirirdi, olduqca pis sanitar şərait isə epidemiyaların yayılmasına gətirirdi ki, bu öz növbəsində varlı şəhərlilərin Parisin kənarına, şimala və qərbə köçməsinə təkan verirdi, şəhərin mərkəzi isə, tez-tez sosial partlayışlar olan yoxsulların kvartalaına çevrilirdi. Bu problemləri aradan qaldırmaq üçün yeni nəhəng yenidənqurma tələb olunurdu.
Prusiya krallığı
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. == Yaranması == XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. == Ərazisi == Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Liza parsia
Qızılı kefal (lat. Liza parsia) — liza cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Peruşin-Qavixin binası
Peruşinoy-Qavixanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində üç mərtəbəli bina. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 79, 81. == Tarixi == Taqanroq şəhəri Petrovskaya küçəsi ev 79 və 81 ünvanında yerləşən bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Solunda yerləşən iki mərtəbəli tikili 1871-ci ildə 2-ci gildiya taciri Marten Nikitiç Bataşevin maliyyəsi hesabına inşa edilmişdir. Ərinin ölümündən sonra dul qadın tacirlik işini davam etdirnişdir. Nəticədə o qızı və oğlunu tərbiyə etmişdir. Onun tərəfindən iki mərtəbəli bina gözəl fasada malikdir. Binanın ikinci mərtəbəsində yeddi pəncərə vardı. Onun sol hissəsində əsas giriş yerləşirdi.
Parisin inzibati bölgüsü
Arondisman (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) — Paris bələdiyyə inzibati ərazi bölgü vahidi. Paris şəhəri 20 bələdiyyəyə dairəsinə bölünür. Arondismanın nömrəsi iki son poçt indeksi ilə göstərilir. Nömrələnmə spiral boyu saat əqrəbi istiqamətində, mərkəzdən Sena çayının sağ sahili istiqamətində aparılmışdır. (а) 1-4 dairələr üçün ümumi statistika: əhali 102 300 nəf; əhali sıxlığı 18 301 nəf./km².
Parisin 9-cu rayonu
Parisin 9-cu rayonu , Arrondissement de l’Opéra — Parisin 20 bələdiyyə rayonlarından biri. Rayonun sahəsi 218 hektardır. == Coğrafi yeri == 9-cu rayon Sena çayının sağ sahilində yerləşir. Şərqdə 10-cu, qərbdə 8-ci, şimalda 18-ci, cənubunda isə 2-ci rayonları ilə sərhəddir. == Kvartallar == Kvartal № 33-36: Sen-Jorj (Quartier Saint-Georges) Şosse-d’Anten (Quartier de la Chaussée-d’Antin) Fobur-Monmartr (Quartier du Faubourg Montmartre) Roşeşuar (Quartier de Rochechouart) == Əhalisi == 2005-ci ilin siyahısına əsasən, əhalinin sıxlığı 26,973 nəf. / km² olan 9-cu rayonda 58,8 min nəfər yaşayır. Paris əhalisinin 2,7% -ni təşkil edir. == İdarə orqanları == 2014-cü ilin aprel ayında Delfin Bürkli (Delphine Bürkli) dəstəkləyən Respublika İttifaq Partiyasının üzvü rayonun bələdiyyə başçısı seçildi. Ünvanı:6, Rue Drouot 75009 ParisTel.nömrəsi: 01 71 37 75 09 == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine Vikianbarda IX arondisman (Paris) ilə əlaqəli mediafayllar var. "Portrait d'arrondissement.
Parisin "Vensen qapısı" məhəlləsində terrakt
Vensen Qapıları qarşısında terror aktı — silahlı terrorçunun koşer ərzaq məhsulları dükanina 9 yanvar 2015-ci il tarixində Paris şəhərində hücümu. Terror aktı zamanı 5 nəfər həlak olub (terrorçunun ölümünü nəzərə almaqla). Hücum Paris şəhərində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktlndan 2 gün sonra baş verib. == Xadisələrin qedişaltı == 9 yanvar saat 13:00 radələrində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktın səbəkarları olan Kuaşı qardaşlarının cinayət yoldaşı olan 32 yaşlı Amedi Kulibali , AKC74Y silahı ilə Paris şəhərində, Vensen qapıları ətrafında yerləşən "Hypercacher" koşer ərzaqları məhsulları mağazasını girov götürüb. Terror aktı zamanı Kulibali 4 nəfəri öldürərək 15 nəfəri girov saxlayıb. Terrorçu Kaşai qardaşlarının qizləndiyi binanın Fransa Polisi tərəfindən ələ götürülməsi təqdirdə, girova götürülən şəxslərinin öldürəcəyini bildirib. Hadisə yeri dərxal fransa polisi tərəfindən əhatəyə alınıb. Kulibalinin mağaya girdiyi anda mağazanın 24-yaşlı müsülman işçisi Lassana Batxili mağazanın 6 müştərisini mağazanın 0-cı mərtəbəsində yerləşən söndürülmüş soyuducu ambarda qizlədib. Sonradan yük lifti vasitəsi ilə qaça bilib, lakin çölə çıxdığı zaman anlaşılmasızlık nəticəsində Fransa Polisi tərəfindən terorrist kimi saxlanılıb. Hadisə Şahidlərin bildirdiyinə görə, Kulibali ansimetik şuarlar qışqıraraq, girov saxlanları milliyətləri barədə sual verib və "yahudi" cavabı verən girov saxlananları öldürüb.