Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marsiyo Amorozo
Marsiyo Amorozo Dos Santos (port. Márcio Amoroso dos Santos; 5 iyul 1974, Braziliya) — Keçmiş braziliyalı futbolçu. Hücumçu mövqeyində şıxış edib. 1994-cu ildə Braziliyada ilin futbolçusu seçilib. == Bioqrafiya == Marsiyo Amorozo 5 iyul 1974-cu ildə Braziliyanın Braziliya şəhərində doğulub. == Karyerası == === Klub === Klub karyerasına "Quarani" klubunda başlayıb. 1993-ci ildə burada 1 oyuna meydana çıxdıqdan sonra Yaponiyanın "Verdi Kavasaki" klubuna icarəyə verilib. Yaponiyada meydana çıxdığı 19 oyunda 16 dəfə fərqlənib. Yaponiyada bir mövsum keçirdikdən sonra vətəninə qayıdaraq təkrar "Quarani" komandasına qoşulur. 1996-cı ilə qədər burada oynayan Marsiyo daha sonra ölkəsinin digər komandası olan "Flamenqo" klubuna qoşulur.
Liza parsia
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Bankda passiv əməliyyatları
Passiv optik şəbəkə
Passiv optik şəbəkə (ing. Passive Optical Network; PON) — son müştərilərə genişzolaqlı şəbəkəyə çıxışı təmin edən fiber-optik telekommunikasiya texnologiyası. Onun arxitekturası, buraxılış zolağının enini son nöqtələr arasında bölmək üçün enerjisiz (passiv) fiber-optik ayırıcılardan istifadə edərək bir optik lifin son nöqtələrə xidmət etdiyi nöqtədən-nöqtəyə topologiyasını həyata keçirir. Passiv optik şəbəkələr çox vaxt İnternet xidmət provayderi (ISP) və onun müştəriləri arasında son mil adlanır. Əksər fiber ISP-lər bu texnologiyaya üstünlük verir. == Komponentlər və xüsusiyyətlər == Passiv optik şəbəkə xidmət provayderinin mərkəzi ofisindəki OLT-dən, passiv optik ayırıcılardan və son istifadəçilərə yaxın olan bir sıra ONU və ya ONT-lərdən ibarətdir. PON nöqtədən nöqtəyə arxitektura ilə müqayisədə tələb olunan fiber və mərkəzi ofis avadanlığının miqdarını azaldır. Passiv optik şəbəkə fiber-optik giriş şəbəkəsinin bir formasıdır. Əksər hallarda aşağı axın siqnalları çoxlu fiberləri paylaşan bütün binalara yayımlanır. Şifrləmə dinləmənin qarşısını ala bilər.
Jan Parizo de la Valett
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494 – 21 avqust 1568, Malta) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Maltanın Böyük Mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir. Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur. == Bioqrafiyası == Valett Tuluza qraf ailəsinin zadəgan ailəsində anadan olmuşdur. 1534-cü ildə de Valett qaleraya (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) rəhbərlik etmiş və 1540-cı ildə özünün qalliotu (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) olmuşdur. 1541-ci ildə türklərə əsir düşmüş, bir il quldurluq etmiş və sonradan əsir mübadiləsi nəticəsində azad edilmişdir. 1546–1549-cu illər arasında Tripolinin qubernatoru olmuşdur. 21 avqust 1557-ci ildə de Valett bir çox Avropa və müsəlman dövlətləri tərəfindən Maltanın suveren hökmdarı kimi tanınmış və beləliklə də, Malta ordeninin Böyük Magistri olmuşdur.