Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pahanq
Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır. xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və II Dünya Müharibəsindən sonra Malaya Federasiyasına qatıldı. Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar ,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir.
Phania
Phania (lat. Phania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Phania cajalbanica Borhidi & O.Muñiz Phania curtissii B.L.Rob. Phania domingensis (Spreng.) Griseb. Phania matricarioides (Spreng.) Griseb.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
İvan Papanin
İvan Papanin (14 (26) noyabr 1894, Sevastopol, Tavriya quberniyası[d] – 30 yanvar 1986, Moskva;rus. Папанин, Иван Дмитриевич) — Arktikanın sovet kəşfiyyatçısı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1937, 1940). Coğrafiya elmlər doktoru (1938). SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü (1938). Kontr-admiral (1943). Arxangelsk, Lipetsk, Murmansk, Sevastopol, Yaroslavl vilayətinin fəxri vətəndaşı. İvan 1894-cü ildə Sevastopolda Bessarabiyalı dənizçi Dmitri Nikolayeviç Papani və onun həyat yoldaşı Sekletia Petrovnanın ailəsində anadan olub. Ailə böyük idi, pul yox idi. Altı uşağı yedizdirmək üçün valideynlər əlavə pul qazanmağın yollarını axtarırdılar, satış üçün piroq bişirirdilər.
Pasania variabilis
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Şahanə Hacıyeva
Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Dahanə Siah Darun (Talış)
Dahanə Siah Darun (fars. دهنه سياه درون‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 385 nəfər yaşayır (80 ailə).
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.