Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pamiut
Pamiut (əvvəlki adı Frederikşab) — Sermersooq bələdiyyəsində, Qrenlandiyanın cənub-qərbində şəhər. Pamiut bölgəsində insanlar eramızdan əvvəl 1500-cü ildən yaşayırlar. Şəhərin adı kalalisut dilindən tərcümədə "Fyordun ğzının sakinləri" mənasını verir.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Pafnuti Çebışev
Pafnuti Lvoviç Çebışev (rus. Пафну́тий Льво́вич Чебышёв, d. 16 may 1821, Borovsk, Rusiya – ö. 8 dekabr 1894, Sankt-Peterburq, Rusiya) — Rusiya riyaziyyatçısı və mexaniki; Peterburq elmi məktəbinin yaradıcısı; funksiyaların ən yaxşı yaxınlaşma nəzəriyyəsini yaratmışdır; ehtimal nəzəriyyəsində böyük ədədlər qanununu ümumi formada isbat etmişdir; ədədlər nəzəriyyəsində sadə ədədlərin asimptotik paylanma qanununu tapmışdır; mexanizmlər nəzəriyyəsində müxtəlif tətbiqi tədqiqatlar aparmışdır; onun əsərləri riyaziyyatın bir çox yeni sahələrinin başlanğıcını qoymuşdur.
Şahnur Hüseynov
Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991; Belqoqrad, Polşa — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Belqoqrad şəhərində anadan olub. Orta təhsilini Füzuli rayon İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb. Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Microsoft Paint
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Pantu Nili yabqu
Pantu Nili Yabqu (阿史那般都泥利, əsl adı Aşina Babu 阿史那拔布) — Toxaristanın üçüncü yabqusu. == Həyatı == Aşina Mişenin ikinci oğlu idi. 693-700-cü illərdə qardaşı oğlu Tuçi xaqanın tərəfində olmuş, məğlubiyyətdən sonra Tibetə qaçmışdır. == Hakimiyyəti == Təbərinin məlumatına görə 705-ci ildə Toxarıstan yabqusu idi. Çox güman Tibet dəstəyi ilə hakimiyyətə gəlmişdi. Qardaşı Aşina Buğra Tigini 705-ci ildə Çinə səfir kimi göndərmiş, ərəblərə qarşı müharibədə kömək istəmişdi. 719-cu ildə həbs olunmuş, Dəməşqə aparılmışdı.