Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991; Beloqrat, Polşa – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahnur Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Beloqrat, Polşa |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Ərçivan |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Gülyaz Hüseynova |
Uşağı | Əlinur Hüseynzadə |
Atası | Şahin Hüseynov |
Anası | Hədiyyə Hüseynova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2012–2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2021 2020 2020 2020 |
Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Beloqrat şəhərində anadan olub.[1] Orta təhsilini Füzuli rayonu İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı.
Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb.
Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Astara rayonu Ərçivan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]