Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Paçkank
Paçkank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Müxtəlif dövrlərə aid tarixi mənbələrdə bu havarın adı Parskank, Parçkank, Pançkank, Payçkan, Pazkan şəklində qeyd edilmişdir. Arsak vilayətinin cənub-şərq hissəsini təşkil edən Paçkank havarı Qarabağ silsiləsinə keçən əsasən düzənlik əraziyə malik idi. Havar, cənub-qərbdə İşxanaget çayı (müasir adı Quruçay) boyunca Arsak vilayətinin Sisakan-i-Kotak havarı, qərbdə Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şimalda Utik vilayətinin Tri havarı, şimal-şərqdə Utik vilayətinin Ritpasian havarı, cənubda isə Araz çayı boyunca Paytakaran vilayətinin Vardanakert havarı ilə sərhədlənirdi. İnzibati baxımdan, tarixi Paçkank havarının ərazisi, Azərbaycan Respublikasının Füzuli rayonunun böyük bir hissəsini əhatə edirdi.
Aykun
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
Pakçin (Heris)
Pakçin (fars. پاكچين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (57 ailə).
Parken Stadionu
"Parken" ( dan. Parken ) — Danimarkanın Kopenhagen şəhərində yerləşən futbol stadionudur. Danimarkanın aparıcı klublarından biri olan Kopenhagen Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. Stadion həmçinin, Danimarka milli futbol komandasənn əksər oyunlarına ev sahibliyi edir. Stadionun tutumu hal hazırda 38 065 nəfərdir. Stadion Futbol üzrə UEFA Avro 2020 turnirinə ev sahibliyi edəcək 11 stadiondan biridir. Stadionun tikintisi 1990-1992-ci illərdə aparılmışdır, son tutumu 38 065 nəfərdir. Arena 1990-cı ildə sökulən "İdretsparken" stadionunun yerində inşa edilmişdir. Yeni stadionda ilk oyun 9 sentyabr 1992-ci ildə keçirilib (Danimarka - Almaniya - 1: 2). 1994-cü ildə stadionda UEFA Kuboklar Kubokunun final oyunu keçirilib.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
İbrahim Köçkün
İbrahim Köçkün (azərb. Qurbanov İbrahim İsgəndər oğlu‎; d. 1937, Kiçik Qaraqoyunlu, Göyçə mahalı – ö. 9 aprel 2016, Mehdiabad, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006). İbrahim Köçkün 1937-ci ildə Göycə mahalının Kiçik Qaraqoyunlu kəndində anadan olub. 1966-cı ildə Gəncə Pedaqoji İnstitutunu, sonra isə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 9 aprel 2016-cı ildə Mehdiabad qəsəbəsində vəfat etmişdir. "Göyçəsiz göyçəli necə yaşasın?" "Sirli-sehrli dünya" "Göyçə, səndən kimlər keçib" "Mirzə Bəylər nəfəsliyəm" "Həkimin dünya dərdi" "Bir Hüseyn Arif vardı" "Qalan Göyçəm" "Göyçə həsrəti", Bakı, "AKE NPM", 2015. 32 səh.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
Linkin Parkın diskoqrafiyası
Linkin Park diskoqrafiyası — Amerikalı Nu metal Alternativ Rok qrupu Linkin Parkın çıxardığı albom sinql və s. aiddir.
Vinsent Paulun əmlakı
Vinsent Paulun əmlakı (pol. Dworek Wincentego Pola) — Lublin şəhərində yerləşir. Mülkdə şair və coğrafiyaşünas Vinsent Paulun bioqrafik muzeyi yerləşir ki, bu da Lublin muzeyinin bir bölməsidir. Muzeyin yerləşdiyi klassisizm üslubunda olan bina 18-ci əsrin sonlarında Lublin yaxınlığındakı Firleyuvtşizna mülkünün ərazisində inşa edilmiş və Larch Manor adlanırdı. 1804-1810-cu illərdə ev Vinsent Paulun atasına - Fransız Ksaver Paula məxsus idi, bundan sonra ailənin Lvova köçməsi ilə əlaqədar satıldı. 1860-cı ildə Lublin voyevodalığının vətəndaşları bu evi növbəti on yeddi il ərzində ona sahib olan Paul ailəsinə bağışladılar. 1969-cu ildə bina Lublin şəhərinin Kalinovşizna küçəsinə (ev 13) köçürüldü, burada açıq səma altında muzeyin yaradılması nəzərdə tutulurdu, onun ilk obyekti Vinsent Paulun evi idi. 2 dekabr 1972-ci ildə Vinsent Paulun ölümünün yüzilliyində onun bioqrafik muzeyi açılmışdır. Muzeydə Vinsent Paulun əsərlərinin əlyazmaları, kitablarının nəşrləri və onun haqqında olan bioqrafik tədqiqatlar, eləcə də yazışmaları saxlanılır. Bundan əlavə, Paul ailəsinin sənədləri; şairin nəvəsi Juliusz Paulun rəsmləri; 19-cu əsr mebeli; 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid açıqcalar toplusu; XIX-XX əsrlərin qəzetləri nümayiş etdirilir.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Acun Ilıcalı
Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir. == Həyatı == Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir. 19 yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. 20 yaşında ikən qızı anadan olduqdan 9 ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır.
Acun Medya
Acun Medya – 27 sentyabr 2006-cı ildə qurulan media sektorunda fəaliyyət göstərən bir şirkət. Ticarət otağı qeydlərinə görə şirkət Acun Ilıcalı, Esad Yöntunç, Çaykun Ərtan, Alpay Kazan, Mustafa Kazan və Evrən Çağlar tərəfindən 3.060.000 TL sərmayə ilə quruldu. Şirkətin sahibi Acun Ilıcalıdır və şirkət daxilində əksər televiziya proqramlarına da ev sahibliyi edir. Şirkətin telelayihələrinə TV8 də daxildir. Acun Medya daha çox yarış proqramları istehsal edir. İlk dövrdə layihələrin çoxu Show TV-də yayımlandı, bundan sonra bir çox istehsal Acun Medyaya məxsus TV8-ə köçürüldü. Fear Factor, Survivor-Nəhənglər Liqası, Var Mı San Yox Mu San, İstedad Sizsiniz Türkiyə, O Səs Türkiyə proqramlarının təqdimatını da Acun Ilıcalı özü edirdi. Bundan əlavə, Uğur Dündarın apardığı Bu, yoxsa yuxudur? və Bəhzad Uyğurun apardığı Söylə Söyləyə Bilirsənsə kimi proqramları Acun Medya tərəfindən istehsal edilmişdir. Acun Medya, Türkiyədəki proqramlarla yanaşı, Yunanıstandakı Survivor Greece, The Voice of Greece, Ellade Exeis Talento ve Power of Love kimi proqramları da istehsal edir.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Meteora (Linkin Parkın albomu)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Takvakor: İslami pankın doğuluşu
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. İslamçı punklar.
Takvakor: İslami pankın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. İslamçı punklar.
Müqəddəs Apostol Pyotr və Paulun kafedralı
Kamenets-Podolsk Müqəddəs Apostol Pyotr və Paulun kafedralı (ukr. Кафедральний костел святих Апостолів Петра і Павла в Кам'янці-Подільському) — Kamenets-Podolskidəki katolik kafedralı, mədəniyyət və memarlıq tarixinə bir abidə. Kamenets-Podolsk Katolik Yeparxiyasının kafedralı. Bunun çox böyük tarixi və mədəni əhəmiyyəti var. Memarlıq ansamblına Pyotr və Paul Kafedralı, zəng qülləsi, zəfər qapısı və türk minarəsi daxildir. İntibah, Barok, Neo-Qotik memarlıq xüsusiyyətlərini ehtiva edir. Kamenets Kafedralınin yaranma tarixi məlum deyil. Kilsənin təsvirlərindən məlum olur ki, o, 1375-ci ildə, ilk Kamenets yepiskopu Dominikan Uilyamın dövründə ağacdan tikilmişdir. Daş kilsənin tikintisi yepiskop Yakov Buçatskiyə (1502-1517) aid edilir. XVI əsrin ortalarında yepiskop Leonard Slonçevski (1547-1562) Ən Müqəddəslərin ibadətgahlarını və Qüsursuz Məryəmin Təsəllisini əlavə etdi.