Paçkank

PaçkankAzərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1]Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.

Tarixi Qafqaz Albaniyası əraziləri
Paçkank
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Bölgə Arsak
İndiki adı Füzuli rayonu
Xəritədə yeri
Paçkank xəritədə

Müxtəlif dövrlərə aid tarixi mənbələrdə bu havarın adı Parskank, Parçkank, Pançkank, Payçkan, Pazkan şəklində qeyd edilmişdir.[2]

Arsak vilayətinin cənub-şərq hissəsini təşkil edən Paçkank havarı Qarabağ silsiləsinə keçən əsasən düzənlik əraziyə malik idi. Havar, cənub-qərbdə İşxanaget çayı (müasir adı Quruçay) boyunca Arsak vilayətinin Sisakan-i-Kotak havarı, qərbdə Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şimalda Utik vilayətinin Tri havarı, şimal-şərqdə Utik vilayətinin Ritpasian havarı, cənubda isə Araz çayı boyunca Paytakaran vilayətinin Vardanakert havarı ilə sərhədlənirdi.[2]

İnzibati baxımdan, tarixi Paçkank havarının ərazisi, Azərbaycan Respublikasının Füzuli rayonunun böyük bir hissəsini əhatə edirdi.[2]

  1. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.

  2. 1 2 3 4 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)