Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Sazalnik dili
Sazalnik dili — qum-balıqqulağından ibarət olan dil. Azov dənizinin Taqanroq körfəzi sahilində qərarlaşır. Qlafirov dilindən 15 km şimalda yerləşir. İnzibati cəhətdən Krasnodar diyarının Şerbinov rayonu ərazisinə daxildir. == Coğrafiyası == Dil ərazisi düzənlikdir. Eni 3 km, uzunluğu 7 km təşkil edir. Elə də hündür olmayan sahil əraziləri balıqqulağı ilə örtülüdür. Dilin böyük qismini Dolqoe gölü tutur. Azov dənizi ilə kiçik axınla birləşir == Əhali == Dilin qərb hissəsində yeganə yaşayış məntəqəsi olan Şabelskoe kəndi yerləşir. Kənd ilk dəfə 1783-cü ildə Sazalnik adı ilə təşkil olunmuşdur.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Pavlik Morozov
Pavlik Morozov (rus. Павел Трофимович Морозов; 14 noyabr 1918 — 3 sentyabr 1932, Gerasimovka, Turinsk qəzası, Tobolsk quberniyası) — sovet rəsmi təbliğatında Sovet hakimiyyətinin ilk dövründə qolçomaqlarla mübarizədə düzgünlüyün və prinsipiallığın gənc simvolu. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdir. Postsovet dövründə atasını satan satqın uşaq kimi xarakterizə edilməyə başlandı. Son dövr araşdırılması nəticəsində onun ölümünün ideoloji mübarizə ilə heç bir əlaqəsinin olmadığı, sadəcə ailə dramının qurbanı olduğu aydınlaşdırılmışdır. O heç zaman pioner olmamış, atasının qolçomaq olduğunu iddia etməmiş, atasının məhkəmə prosesində dedikləri tam təhrif edilmiş, ölümü obyektiv araşdırılmamışdır. Ölümü mətbuata düşdükdən sonra o dövrün təbliğat maşını hadisədən özünün ideoloji məqsədləri üçün istifadə etməyə başlamış, ondan " gənc qəhrəman" obrazı düzəltməyə çalışmışdır. Rəsmi sovet qəzetlərində onun yeganə şəkli üzərində dəyişiklik apararaq pioner qalstuku geyndirmiş, retuş edərək təbliğat obrazı yaratmışlar. Hətta həyatda o " Paşa" adlansa da təbliğat naminə ədəbiyyatda " Pavlik " adlandırılmışdır.
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Pavlik Manukyan
Pavel (Pavlik) Manukyan (3 mart 1964, Babakişi, Abaran rayonu) — Ermənistan hərbçisi və ictimai xadimi. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Müəssislər Məclisinin üzvü, "Sasna tsrer" qrupunun üzvü olmuşdur. == Həyatı == 3 mart 1964-cü ildə Ermənistan SSR-nin Abaran rayonunda yerləşən Babakişi kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1990-cı ildə "Daşnaksutyun" partiyasına üzv olmuşdur. O, çox keçməmiş, bu strukturu erməni xalqının düşməni hesab edərək oranı tərk etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. == Mükafatları == Pavel Manukyan hakimiyyətin yeritdiyi siyasətlə razılaşmadığı üçün aldığı bütün hərbi medallardan imtina etmişdir. 2018-ci ildə Ermənistanda inqilabdan sonra bütün mükafatları qəbul etmişdir.
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. == Coğrafiyası == İğdırdan 7 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Panik atak
Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır . Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır . Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər. Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur.