Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Qara penni
"Qara penni" (ing. Penny Black) — tarixdə birinci poçt markası. Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (ing. James Chalmers, 1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (ing. Rowland Hill; 1795–1879) adı ilə bağlayırlar. İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit (ing. Charles and Fredrick Heath) və Henri Koulun (ing. Henry Cole) layihəsi qalib gəlir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 366 nəfərdir. Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Benni Devis
Benni Devis (21 avqust 1895, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1979, Mayami, Florida) — bəstəkar, musiqi yazıçısı, müğənni. == Həyatı == Benni Devis 21 avqust 1895-ci ildə Nyu-Yorkda anadan olub. Əsasən mahnı bəstəçisi və vodevil müğənnisi kimi tanınıb. Bir çox filmlərə musiqi bəstələyib. 20 dekabr 1979-cu ildə Mayamidə vəfat edib. Devis, yeniyetmə ikən "vaudevill"də çıxış etməyə başladı. Blossom Seeley-də müşayiətçi işləyərkən mahnı yazmağa başladı. 1917-ci ildə Cek Yellen ilə "So Long Sammy" və C. Francis Reisner ilə "Good-bye Broadway. Hi Fransa"nı yazdı. İlk müvəffəqiyyəti Con Conrad və J. Russel Robinsonun musiqisi olan 1920-ci il "Margie" idi.
Ester Peoni
Aleksandra Kretsu (rum. Alexandra Crețu; 21 iyul 1993, Buxarest, Rumıniya) və ya səhnə adı ilə Ester Peoni — Rumıniya müğənnisi və bəstəkarı. O, "On a Sunday" mahnısı ilə Rumıniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ester Rumıniyada anadan olsa da, Kanadanın Monreal şəhərində böyüyüb başa çatmışdır. Onun səhnə adı Ester Babiloniyanın sevgi, gözəllik, arzu, müharibə, ədalət və siyasi güc ilahəsi İştardan gəlir. Qədim fars dilində Ester "ulduz" deməkdir. == Musiqi karyerası == === 2015-2018: Erkən illəri === Ester Piteşti şəhərində yerləşən Dinu Lipatti adına incəsənət məktəbində musiqi təhsilini almışdır. Onun musiqiyə olan sevdası uşaqlıq illərindən özünü göstərməyə başlamış və o ailəsi ilə birlikdə Monrealda yaşayarkən caz kursuna getmişdir. Rumıniyaya qayıtdıqdan sonra Ester kbəstəkarlıq və caz bölmələri üzrə konservatoriyaya daxil olur. İnternetdə müxtəlif canlı ifalarını paylaşmasının ardınca Ester 2014-cü ildə Rumıniyanın bir albom şirkəti ilə müqavilə əldə edir.
Kenni Ci
Kennet Brüs Qorlik (ing. Kenneth Bruce Gorelick; doğ. 5 iyun 1956), daha çox səhnə adı Кенни Ci (ing. Kenny G), ləqəbi ilə amerikalı saksafonçu. Onun 1986-cı ildə yayımlanan Duotones albomu ona dünya şöhrəti gətirmişdir.
Kenni Makkormik
Kenni MakKormik (ing. Kenny McCormick ? McKormick), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj — Mett Ston, Erik Stof, Maykl Cac. == Ailəsi == Kenni MakKormik — 4 baş personajlardan biri. Katolik. Kevin MakKormik — Kenninin qardaşı. Katolik. Stuart MakKormik — Kenninin atası. İşsiz alkaqolik.
Kenni Rocers
Kenneth Ray "Kenny" Rocers (21 avqust 1938[…], Hyuston, Texas, ABŞ – 20 mart 2020[…], Sendi-Sprinqs, Corciya, ABŞ) — ABŞ pop müğənnisi, musiqi yazıçısı və aktyor. == Həyatı == == Fəaliyyəti == 1958-ci ildən bəri musiqi işlərinə davam edir. 1977-ci ildən bəri başda "Qremmi" olmaq üzrə bir çox dəfə musiqi mükafatlarına layiq görülmüşdür. "Grammy" xaricində əldə etdiyi musiqi mükafatlarına nümunə olaraq "Academy of Country Music", "Country Music Association", "American Music" və "Cmt Music" mükafatları göstərilə bilər. Kenny Rogers günümüzə qədər cəmi 65 albom çıxartmışdır və albomları bu günə qədər 100 milyondan çox satmışdır, bütün zamanların albomları ən çox satan sənətçiləri sıralamasında səkkizinci sırada gəlir.
Kenni Sayef
Kenni Sayef (17 dekabr 1993) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Gent === Gentdə ilk matçına 29 avqust 2014-cü ildə keçirilən Gent-Kortrijk matçının 82-ci dəqiqəsində çıxıb. Matç Kortrijkin 0-1 hesablı qələbəsi ilə başa çatıb.Gentin heyətində ilk dəfə 14 sentyabr 2014-cü ildə keçirilən Gent-Excel Mouskron matçında fərqlənib. Matça 75-ci dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Eyni zamanda matçın 82-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Gentin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 1 iyul 2018-ci ildə Gentdən ayrıldı. === Anderlext === Anderlextin heyətində ilk matçına 21 yanvar 2018-ci ildə keçirilən Genk-Anderlext matçında çıxıb. Matç Anderlextin 0-1 hesablı qələbəsi ilə başa çatıb. Anderlextdə ilk qolunu isə 24 yanvar 2018-ci ildə keçirilən Anderlext-Beveren matçının 83-cü dəqiqəsində vurub.Eyni zamanda matçın 90+3-cü dəqiqəsində də qol vurub.
Kim Cenni
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. == Xeyriyyəçilik == Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.
Luka Henni
Luka Henni (alm. Luca Hänni‎; 8 oktyabr 1994, Bern) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır. == Həyatı == Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır. == Musiqi karyerası == === Deutschland sucht den Superstar 2012 === 2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Proprioseiopsis penai
Proprioseiopsis penai (lat. Proprioseiopsis penai) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis penai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Renni Harlin
Renni Harlin (15 mart 1959[…]) — əslən finlandiyalı rejissor. Dünyaca məşhur rejissor çəkdiyi filmlərlədə dəfələrlə gündəmə gəlmişdir, bu filmlərdən Rusiya və Gürcüstan müharibəsinə aid "Avqustun 5 günü" döyüş janrlı film xüsusi ilə fərqlənir.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Stefano Benni
Stefano Benni (it. Stefano Benni; 12 avqust 1947[…], Boloniya) — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist. Stefano Benni 12 avqust 1947-ci ildə İtaliyanın Bolonya şəhərində anadan olmuşdur. Libération, la Repubblica, il manifesto qəzetlərində və Əl-Doxa adlı ərəb jurnalında işləmişdir. Bar Sport (1976) Prima o poi l'amore arriva (1981) Terra!
Tom Kenni
Tomas Ceyms "Tom" Kenni (ing. Thomas James "Tom" Kenny; 13 iyul 1962, Şərqi Sirakuz[d], Nyu-York ştatı) - ABŞ səs aktyoru. "Süngər Bob Kvadrat Şalvar" cizgi filmindən tanınır. Kenni 1962-ci il iyulun 13-də Nyu-Yorkun Sirakuz şəhərində anadan olub. 1995-ci ildən Cill Talli ilə evlidir. Onların Mak (1997-ci il təvəllüdlü) və Nora (2003-cü il təvəllüdlü) adlı iki övladı var.
Denni Boyl
Denni Boyl (ing. Danny Boyle; 20 oktyabr 1956) — İngiltərə rejissoru və kinoprodüseri. Onun ilk ekran əsəri olan "Shallow Grave" filmi "BAFTA" mükafatına layiq görülüb. Boylun narkotik aludəçilərindən bəhs edən filmi "Treynspottinq" 21-ci əsrin ən yaxşı 10 Britaniya filmi siyahısında yer alır. Denni Boylun ən görkəmli işi isə "Xarabalıqdan çıxmış milyonçu" filmi olub. Bu filmə görə o, "Oskar", "Qızıl Qlobus", və "BAFTA" mükafatlarına layiq görülüb.
Cenni Longe
Cenni Karolin Marks Longe (1 may 1844, Paris – 11 yanvar 1883, Arjantöy) — C. Vilyams təxəllüslü siyasi jurnalist, xarici dil müəllimi, Cenni fon Vestfalen və Karl Marksın ən böyük qızı. == Həyatı == === İlk illəri === Cenni Karolin Marks 1 may 1844-cü ildə Parisdə Cenni fon Vestfalen və Karl Marksın ailəsində dünyaya göz açmışdır. Ailə üzvləri və yaxın dostları onu anasından fərqləndirmək üçün Cenniçen deyə çağırırdılar. O, zəif uşaq olsa da, Marks ailəsində uşaqlığını yaşaya bilən və sağ qalan ilk övlad idi. Cenni 1868-ci ildə 24 yaşında olarkən valideynlərinə maddi dəstək olmaq məqsədilə fransız dili müəllimi kimi işləməyə başladı. O, həmçinin 1870-ci ildə C. Vilyams təxəllüsü ilə sosialist mətbuatına Britaniya hökumətinin irland siyasi məhbuslarla rəftarından bəhs edən bir sıra məqalələr təqdim etmişdi. O, gələcək həyat yoldaşı, fransız jurnalist və radikal siyasi aktivist Şarl Longe ilə 1871-ci ildə tanış olmuşdu. Cütlük 1872-ci ilin martında nişanlanmış və elə həmin il oktyabrın 10-da qeydiyyat idarəsində nikaha daxil olmuşdular. Bu zaman Cenni soyadını Longe olaraq dəyişmişdi. Valideynləri kimi, gənc Cenni də evliliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşmişdi.