Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Mayk Pens
Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir. Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır. 2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır.
Lensk
Lensk (rus. Ленск, IPA: [lʲɛnsk]; yakut. Лиэнскэй, Lienskey) — Rusiya Federasiyasının Saxa Respublikasının Lenski rayonunun şəhər və inzibati mərkəzi. 2010-cu il siyahıyaalınmasına əsasən, əhalisi 24,966 nəfər idi. == Coğrafiya və iqlim == Lensk Lena çayının sol sahilində, Lena yaylasının cənub kənarında, respublikanın paytaxtı Yakutskdan təxminən 800 kilometr (500 mil) qərbdə yerləşir. Şəhər alçaq dağlarla əhatə olunmuş vadidə yerləşir. Lena çayı bölgənin əsas su yoludur və nəqliyyat və balıq ovu üçün istifadə olunur. Lensk subarktik iqlimə malikdir (Köppen iqlim təsnifatı Dfc). Qışlar çox soyuq və uzun, orta temperatur yanvarda -34,1 ilə -25,3 °C (-29,4 ilə -13,5 °F) arasında dəyişir. Yay mülayim, lakin qısadır, orta temperatur 10 ilə 23,9 °C (50,0 ilə 75,0 °F) arasında dəyişir.
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 366 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Penis
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki "yuxarı" və sə "baş", "hündür" sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Penza
Penza (rus. Пенза) — Rusiya Federasiyasında yerləşən şəhər, Penza vilayətinə daxildir.
Pepsi
"Pepsi" — 1898-ci ildə ABŞ-də yaradılmış "PepsiCo" şirkətinə məxsus sərinləşdirici içki markası. == Tarixi == ABŞ-nin Şimali Karolina ştatında anadan olan Caleb Bradham tərəfindən tapılmışdır. 1898-ci ildə New Bern, Şimali Carolinada "Brad's Drink" ("Bradın içkisi") olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında "Pep Cola" ticarət adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan 1909-cu ildə Pepsi markası coca-colaya satılaraq Pepsi Cola adını aldı və bir ehtimalla adı, istehsalında istifadə edilən həzm fermenti Pepsi ilə qola fındığından gəlməkdədir. Kimyaçı olan Caleb Bradham, Pepsi'ni həzmə köməkçi olması və enerji verməsi məqsədiylə inkişaf etdirmişdir. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir. 1906-cı ildə ABŞ Qida İnstitutunun içki içərisində zərərli bir maddə olmadığını görməsiylə satışı sərbəst buraxılmışdır. Artan tələbin də təsiriylə ilk qablaşdırma fabrikləri Şimali Karolina əyalətinin Durham və Charlotte şəhərlərində qurulmuşdur. Bu gün dünyanın bir çox ölkəsində qablaşdırma və istehsal fabriki olan Pepsi, demək olar ki, bütün ölkələrdə satılmaqdadır və böyük bir bazar payına malikdir.
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Prens
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
PEN15
PEN15 — Maya Erskin, Anna Konkl və Sem Zviblman tərəfindən yaradılmış amerikan komediya serialı. İlk dəfə 8 fevral 2019-cu ildə Hulu-da nümayiş edilib. Hulu 2019-cu ilin mayında serialın ikinci mövsümünün çəkildiyini bildirdi. On dörd seriyadan ibarət olan ikinci mövsümün ilk yarısı 18 sentyabr 2020-ci ildə yayımlandı. İkinci mövsümün son seriyaları 2021-ci ildə buraxıldı və yaradıcılar ikinci mövsümün final olduğunu bildirdilər. "PEN15"in əsas mövzusu orta məktəbdə olanlardır. Maya Erskin və Anna Konkl özlərinin 2000-ci ildə yaşayan 13 yaşlı versiyalarını ifa ediblər, burada onlar əsl 13 yaşlı məktəblilərin əhatəsindədirlər. == Personajlar == Maya İşi-Piters (Maya Erskin) — Utancaq, həssas yapon əsilli amerikalı yeddinci sinif şagirdi. Ən yaxşı dostu Annadır. Maya bəzən sinfin gülməli şagirdi olur və bunun sayəsində digər uşaqlarla dostluq etməyi bacarır.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926 – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur. 26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
Baccharis densa
Baccharis densa (lat. Baccharis densa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia densa
Dryandra conferta (lat. Dryandra conferta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bense Balzam
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Bense Talas
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).
Carex pansa
Carex pansa (lat. Carex pansa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974—cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Hensi Se
Henri Se — Henri Eugene See (6 sentyabr 1864, Sen-Bris-su-Fore – 11 mart 1936, Ren) — Fransız tarixçi. İnsan Hüquqları Liqasının qurucularından biri. == Bioqrafiya == Parisdəki nüfuzlu IV Henri Liseyini bitirdikdən sonra Sorbonna tarix fakültəsinə daxil olub. Paris Universitetinin professoru Fustel de Coulanges gənc tarixçinin formalaşmasına güclü təsir göstərmişdir. 1887-ci ildə universiteti bitirdikdən sonra Poitiersdəki orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 1888-1890-cı illərdə bir dissertasiya üzərində işləyir, Nevers (1890) və Chartres (1891) orta məktəblərində dərs deyir. Tezini müdafiə etdikdən bir il sonra 1893-cü ildə Rennes Universitetinə professor vəzifəsinə təyin edildi. Rennesdəki Ədəbiyyat fakültəsində müasir və çağdaş tarix dərsləri verdi. Xie, Breton kəndlilərinin tarixi ilə əlaqəli araşdırmalarla məşğul idi. Tələbələrindən biri Sorbonnada gələcək professor, sosioloq Gabriel Le Bra (1891-1970) idi.