Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1]
Kənd | |
Persi | |
---|---|
40°21′53″ şm. e. 44°19′39″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | [[Karbi mahalı]] |
Rayon | [[Əştərək rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2] qeyd edilmişdir.
Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü[3] ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir[4].
Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır[5][6].
1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur. Erməni silahlı dəstələri kəndi elə dagıtmış, əhalisini elə qırmışlar ki, kənd 1926-cı ilə kimi xaraba qalmışdır. Bundan sonra ermənilər yerləşdirilmişdir.[7]