Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Parsbit
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Perezia
Perezia (lat. Perezia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Areal == Cinsin nümayəndələrinin hamısının vətəni Folklend adaları və Cənubi Amerikadır.
Velebit
Velebit — Xorvatiyada yerləşən dağ massivi. Dağın ən hündür zirvəsi Vaqansidir. Hündürlüyü 1757 m-dir. Silsilə cənub-şərq istiqamətində gedərək Adriatik dənizinə doğru uzanır. Dağ silsiləsi dənizə doğru altında sualtı qayalıq əmələ gətirir. Bəzi zirvələri isə 1600 m-dən yüksəkdir. Velebit Sen şəhəri yaxınlığında başlayır. Bu silsilə Knin şəhəri yaxınlığında isə artır bitir. == Hissələri == Velebit 4 hissədən ibarətdir: Şimali Velebit — Vratnik və Böyük Alan arasında yerləşir. Vratnik magistral yolundan Sen şəhərinə doöru itir.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200° C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. == Həmçinin bax == Riolit Vulkanik şüşə Beton Sement == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Ərəgit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Ərəkit

Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Ageratina perezii
Ageratina perezii (lat. Ageratina perezii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bördcess Meredit
Oliver Bördcess Meredit (ing. Oliver Burgess Meredith; doğum 16 noyabr 1907, Klivlend, Ohayu, ABŞ – ölüm 9 sentyabr 1994, Malibu, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir.Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Perezia lanigera
Burkartia (lat. Burkartia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Burkartia lanigera Hook. & Arn.) Crisci === Sinonim === Perezia lanigera Hook. & Arn. bazionim Perezia sessiliflora Speg.
Perezia sessiliflora

Senecio perezii
Senecio perezii (lat. Senecio perezii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Terebint püstəsi
== Təbii yayılması == Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır. == Ekologiyası == Quraqlığa və şaxtayadavamlıdır.
Velebit mağaraları
Velebit mağaraları (ing. Velebit caves) — Xorvatiyanın Velebit dağ massivində yerləşən bir neçə dərin mağaralar sistemi. Lukina yama — Xorvatiyanın ən dərin mağarası. Dərinliyi 1431 metr olan bu mağara dünyada dərinliyinə görə 16-cı yerdədir. Cənub-Şərqi Avropanın ən dərin mağarası. Mağaranın dibində, göl və kiçik çaylarda ən böyük zəlilər koloniyası mövcuddur (Erpobdella mestrovi). Bu ehtimal olunur ki, yeni növ, cins və aiiləyə aid olunur. Mağarada aşkar olunan digər canlılara quru ilbizlərini misal göstərmək olar (Zospeum tholussum). Ümumən Xorvatiyanın Velbit mağaralar şəbəkəsində yetərincə maraqlı və qəribə zəlilərə rast gəlinir. Onlar daha çox ən dərin su hövzələrdə məskunlaşıblar.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Luiza Enn Meredit
Luiza Enn Meredit (ing. Louisa Anne Meredith; 20 iyul 1812, Birminhem, Vorvikşir qraflığı – 21 oktyabr 1895[…]) — Böyük Britaniya-Avstraliya yazıçısı.
İbn Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər) — İslam alimi. == Həyatı == İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. == Fəaliyyəti == Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Severni Velebit Milli Parkı
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır.Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir. == Haqqında == Milli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir. Alpinizm üçün imkanları vardır və bir çox dağ cığırı yerləşir.
İbn əl-Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər) — İslam alimi. == Həyatı == İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. == Fəaliyyəti == Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Əl-Ərəbi körfəzi
Əl-Ərəbi (ərəb. خليج العرب‎) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz. Körfəz İsgəndəriyədən qərbdədir. Antik dövrdə Qırmızı dəniz olaraq adlandırılırdı. Burada Livan dənizinin ən ucqar cənub nöqtəsi yerləşir. Geoloji cəhətdən körfəz, Afrikanın şimal sahilindəki sinklinal hövzəsinin nəticəsidirKörfəzin qərb hissəsində bir neft limanı kimi inkişaf etmiş, hazırda isə turizm şəhərinə çevrilmiş Əl-Əlameyn şəhəri vardır. İkinci Dünya müharibəsi zamanı şəhər uğrunda şiddətli döyüşlər getmişdir: birinci və ikinci Əl-Əlameyn döyüşləri. .