Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Pərəncə
Pərəncə(ərəb. برقع‎) (sinonimi: yapıncı, tək-tük hallarda çadra) — müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi.İranın cənubunda niqab kimi geyimə ki rəngli dekorasyonları var,pərəncə (burqa) deyilər. الشامسی، عبدالله، بن نجیب. الألبسة الشعبیة فی دولة الامارات العربیة المتحدة. اتحاد کتاب ادباء الامارات، سال ۱۹۹۱ میلادی.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat). Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu.
Marqarita Porete
Marqarita Porete (fr. Marguerite Porete; 1250[…], Eno qraflığı – 1 iyun 1310, Paris, Fransa krallığı) — Fransız mistik. "Sadə ruhların güzgüsü" kitabını paylaşmaqdan imtina etdiyi üçün iblisə xidmət etməkdə günahlandırılmış və 1310-cu ildə yandırılaraq edam edilmişdir.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Əmir Peretz
Əmir Peretz (ivr. ‏עָמִיר פֶּרֶץ‏‎) — hazırda İşçi Partiyasının lideri və partiyanın Knesset üzvü olaraq çalışan bir İsrail siyasətçisidir. Hal hazırda İsrailin İqtisadiyyat Naziri vəzifəsini icra edir. 1988-ci ildən bəri demək olar ki, fasiləsiz Knesset üzvü olmaqla yanaşı, Müdafiə naziri və Ətraf Mühitin Mühafizəsi Naziri vəzifələrini icra etdi, 1995-2006-cı illər arasında Histadrut həmkarlar ittifaqı federasiyasına rəhbərlik etdi. 1999-cu ildə 2004-cü ildə yenidən İşə birləşdirilməyə qədər rəhbərlik etdiyi öz partiyası olan Bir Millət qurmaq üçün Əməkdən ayrıldı.
Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Pertev Naili Boratav
Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907, Zlatoqrad – 16 mart 1998, Paris) — Türk etnoqrafı və folklor tədqiqatçısı. Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu. Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir. Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var. Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır. 1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi.
Varvara Adrianova-Perets
Varvara Pavlovna Adrianova-Perets (rus. Варвара Павловна Адрианова-Перетц; 30 aprel (12 may) 1888 və ya 12 may 1888, Nejin[d], Nejin qəzası[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 6 iyun 1972, Leninqrad) — Rusiya və Ukrayna ədəbiyyatşünası, Ukrayna Elmlər Akademiyasının (1926) və SSRİ Elmlər Akademiyasının (1943) müxbir üzvü. O, XVII–XVIII əsrlər rus dilini və rus ədəbiyyatını, Ukrayna ədəbiyyatını tədqiqi etmişdir. Варвара Павловна Адрианова-Перетц. — М.: Издательство АН СССР, 1963 (Материалы к биобиблиографии учёных СССР. Сер. литературы и языка; вып. 4). Varvara Adrianova-Perets // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Leqq-Kalve-Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Pərtəv-Nihal (Pərtəvniyal) Validə Sultan
Pərtəvniyal Sultan (ö. 26 yanvar 1884) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası, Validə sultan. Əslən çərkəz olub, bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Hoşyar xanım Kavalalı İbrahim Paşayla evlənərək Qahirəyə göndərilmiş, Pərtəvniyal isə Sultan Mahmuda təqdim edilmişdir. Yeganə övladı olan Şahzadə Əbdüləzizi 7-8 fevral 1830 gecəsi dünyaya gətirməklə Sultan Mahmudun beşinci qadınəfəndiliyinə yüksəldi. Həmin ilin dekabrında bacısı Hoşyar xanımın da bir oğlu dünyaya gəlmiş, İsmayıl adlı bu oğul gələcəkdə Misir xədivi olaraq Osmanlılarla yaxın əlaqələr quracaqdır. 25 iyun 1861-ci ildə Sultan Əbdülməcidin vəfatı və oğlu Əbdüləzizin taxta çıxmasıyla Validə sultan ünvanı aldı. Sultan Əbdüləzizin üzərindəki güclü təsiri və nüfuzu səbəbilə, yaşadığı dövrdə “ümmül-cahan” olaraq anılmışdır. Pərtəvniyal Sultan oğlu taxta çıxar-çıxmaz dövlət məsələlərinə qarışmağa başladı. Sultan Əbdüləzizin sədarətə gətirmək istədiyi Yusif Kamil Paşanı razı salmaq məqsədilə kəndxudası Hüseyn ağanı dəfələrlə paşanın yanına göndərdi.