Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. == Yerləşməsi == Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir. 4111 zirvəsindən şimalda, Delyo buzlağı və Burdenis buzlağından şimal-şərqdə, Bruquyerre zirvəsindən və Ellen buzlağından şimalda yerləşmişdir.
Klaudiyu Petrila
Klaudiyu Adrian Mihay Petrila (rum. Claudiu Adrian Mihai Petrila; 7 noyabr 2000) — Rumıniya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Oyun tərzi == Petrila hər iki cinahda hücumameyilli yarımmüdafiəçi və ya vinger kimi çıxış edə bilər. O, tempi və driblinq bacarığı ilə tanınır.
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Perilay (heykəltəraş)
Perilay (q.yun. Περίλαος; e. ə. I minillik, Qədim Afina, Attika – e. ə. VI əsr) — qədim yunan heykəltaraşı, əfsanəyə görə, Falaris öküzünün yaradıcısı. Ovid və Böyük Plini kimi Roma yazıçıları onu Perill adlandırırlar.Siciliyalı Diodorun məlumatına görə, Perilay, Aqrigent vətəndaşı olmuşdur, lakin İoann Tsets onu afinalı adlandırmışdır. Diodor, Böyük Plini, Pindar və bir neçə başqa müəllifin nəql etdiyi əfsanəyə görə, o, tiran Falaris üçün "öz həmvətənlərini edam etmək" məqsədilə mis öküz düzəltmiş və onun ilk qurbanı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Lippold G. Perilaos 9) // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft. Band XIX, 1.
Perilla frutescens
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Jurinea perula-orientis
Jurinea perula-orientis (lat. Jurinea perula-orientis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Cemila
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Ferula
İlankölgəsi (lat. Ferula) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Merida
Merida (İspaniya)
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Nerima
Nerima — Tokionun xüsusi rayonlarından biri.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Periklaz
Periklaz — mineral, MgO. == Haqqında == Periklaz - Mg qismən Fe2+-la (ferriperiklaz), həmçinin Zn və Mn2+-la əvəz olunur. Kubik. Kristal­ları oktaedrik, bəzən kubik və dodekaedrik. İkiləşməsi {111} üzrə (şpinel qanunu). Ayrılması {100} üzrə mükəmməl, {111} üzrə qeyri-mü­kəmməl. Aqreqatı dənəvər. Rəngsiz, ağ, sarı, qəhvəyi, yaşıl. Parıltısı şüşəli. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 3,6.
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Perlis
Perlis Qərb Malayziya nın ( Malaya ) şimal-qərbində yerləşən əyalət (Negeri). Tayland ilə Kedah əyaləti arasında yerləşir. Cənub-qərbdə Andaman dənizi tərəfə kiçik sahil var. 795 km²-lik sahəsi ilə Qərb Malayziya əyalətlərinin ən kiçiyi və ən şimalda olan ərazisidir.
Perlit
Perlit — tərkibində 3–4%-dək konstitutsion (bağlı) su olan konsentrik-qabıqlı perlit quruluşlu, riolit və riodasit tərkibli vulkan şüşəsi növü. 1000–1200° C temperaturda perlit sürətlə şişir və qapalı məsamələri olan yüngül material əmələ gəlir. Bu material beton, odavamlı sement, boya, plastmas, asfalt istehsalında doldurucu, habelə səs və istilik keçirməyən material kimi istifadə edilir. Azərbaycan Respublikasında perlit iri yatağları Kəlbəcər rayonunda yerləşir. == Həmçinin bax == Riolit Vulkanik şüşə Beton Sement == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Pəriqala
Pəriqala — Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində yerləşən qədim qala. İlkin görünüşü saxlanaraq dövrümüzə qədər gəlib çata bilmişdir. Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol gedir. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər. Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikmişlər. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür.
Pərixan
Pərixan — qadın adı.
Aerika İmperiyası
Aerika İmperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika İmperiyası"ndan götürülüb. 2000-ci ildə The New York Times qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika İmperiyasının əsası 8 may 1987-ci ildə Kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və İmperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.Aerika İmperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb.
Aythya ferina
Qırmızıbaş qaraördək (lat. Aythya ferina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.