Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rudolf Perina
Rudolf Perina — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Berinia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Nerinqa
Nerinqa (lit. Neringa) — Litvada kurort şəhəri. Kəndin əsasını 1843-cü ildə qumla örtülmüş Nauyeyi Naqlyay kəndinin sakinləri qoyub. Kəndin adı çox güman ki, Latviyanın Preylyay şəhəri ilə bağlıdır. Ola bilsin ki, bu latış dilində "çağırılmamış qonaq" və ya "parçanın birləşdirilməsi üçün iki çarpazlaşdırılmış mil" mənasını verən, Preylis soyadından törəmə olan şəxsi toponimdir. Preyla Preyla körfəzinin yanında, şimaldan Ojku raqas və cənubdan Majasis Preylos raqas burunları arasında yerləşir. Bulvikio burnu Preylanı Nidadan ayırır. Əsas küçə Kurşsk körfəzi boyunca keçir, orada XIX – XX əsrin əvvəlinin salamat qalmış evləri yerləşir. Ən məşhur qum təpələri: Preyla (53 м), Vetsekruq (67 м), Karvayçyay (59 м).
Pedirka
Pedirka (ing. Pedirka Desert) — Cənubi Avstraliya ərazisində yerləşən elə də böyük olmayan səhra. Təqribi olaraq Odnadatta şəhərindən 100 km şimal-qərbə və 250 km Kuber-Pedidən isə şimal-şərqdə qərarlaşır. Səhranın sahəsi 1250 km² təşkil edir. Səhra Finke biocoğrafi regionuna daxildir. Qumları mavi-qırmızı rəngdədir. Səhrada Acacia aneura akasiya növü bitir. Dyunları alçaqdır və laralel olaraq yerləşir. Səhra təbiət sevərlər arasında məşhur deyildir.
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Şerbinka
Şerbinka — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Perdikka
Perdikka (q.yun. Περδικκας; e.ə. 365 – e.ə. 321, Misir) – Makedoniyalı İsgəndərin dostu və silahdaşı, İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) regent, diadoxlardan (sələflərdən) biri, Atropatena dövlətinin banisi Atropatın kürəkəni. Perdikka təx.e.ə. 360-cı ildə Yuxarı Makedoniya dağlıq bölgəsində Orestidada zadəgan ailəsində anadan olub. Onun Alketa adlı qardaşı və Atalanta adlı bacısı var idi Perdikkanın adı ilk dəfə hökmdar II Filippin cangüdəni - somatofilak - kimi çəkilir. Sicilialı Diodorun məlumatına görə, Perdikka e.ə. 336-cı ildə baş verən II Filippin Pavsani tərəfindən öldürüməsinin şahidi olub, digər somatofilaklar Leonnat və Attal ilə Pavsanini təqib edib və nizə ilə onu öldürüb. E.ə.335-ci ildə artıq Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə İlliriyada Klitə və Qlavkiyə qarşı kampaniyada Perdikka orestidalılara və linkestidalılara başçılıq edirdi.
Piringa
Qardeniya (lat. Gardenia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Perikl
Perikl (yun. Περικλῆς, περί + κλέος — "şöhrətlə əhatələnmiş"; təxminən E.ə. 495 və ya E.ə. 494 — E.ə. 429) — Afinalı dövlət xadimi, Afina demokratiyasının banilərindən biri, məşhur natiq və sərkərdə. Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Erinia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Pedina
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
II Perdikka
II Perdikka (q.yun. Περδίκκας Β΄ της Μακεδονίας) — e.ə.454-413-cü illərdə hökmranlıq edən Makedoniya çarı. I Aleksandrın ölümündən sonra oğulları arasında daxili münaqişə yarandı və bu münaqişədə Perdikka qalib gəldi. Onun taxta çıxdığı dövrdə Makedoniya geridə qalmış bir dövlət idi, həm cənubda Afina dəniz ittifaqı, həm də şimalda Odris krallığı tərəfindən işğal edilmək təhlükəsi ilə üzləşmişdi. Əvvəlcə Perdikka hər vasitə ilə açıq silahlı qarşıdurmadan qaçmağa və yalnız sərhədlərində bir çox yunan koloniyalarının yaranmasına müşahidə etməyə məcbur oldu. Peloponnes müharibəsinin başlaması ilə Makedoniya kralı, dövlət üçün maksimum fayda ilə, Halkidiki, Afina, Sparta və Korinfdəki yunan polisləri arasındakı mürəkkəb əlaqələrdən istifadə etdi. Perdikka ən azı on dəfə müharibənin əsas iştirakçıları ilə ittifaqlara girdi və onu dayandırdı. Perdikkanın ikisifətli siyasəti Afinanın təsirinin ölkədə zəifləməsinə səbəb oldu. Makedoniya regionda əsas oyunçuya çevrildi. Makedoniya üçün Perdikkanın əsas xidmətləri ölkə tarixinin kritik anlarında dövləti qoruyub saxlaması olmuşdur.
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin perilla cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Perilla frutescens var. crispa (Thunb.) H.Deane Perilla frutescens var. frutescens Perilla frutescens var.
Merinya (En)
Merinya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mikania petrina
Mikania petrina (lat. Mikania petrina) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Miroslav Zelinka
Miroslav Zelinka — Çexiyalı futbol hakimi. Qarabağ FK - İnter Milan FK oyununda verdiyi mübahisəli qərarları ilə məşhurdur.
Nida (Nerinqa)
Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə. Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı.
Nor Yerznka
Nor Yerznka - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Perilla frutescens
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Pervinca major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Pervinca rosea
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.