Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oqnevoy meşok
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Pəsək-i Süfla (Xoy)
Pəsək-i Süfla (fars. سكسفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Deyok
Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur. == Herodotun qeydlərində == Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. == Qardaş şəhərlər == Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Pesah
Pesah (ivr. ‏פֶּסַח‏‎) — Misirdən çıxışın xatirəsinə həsr olunmuş əsas yəhudi bayramı. Bu, nisan ayının bahar ayının on dördüncü günündə başlayır və İsraildə 7, İsraildən kənarda isə 8 gün qeyd olunur. Karaitlər, Samariyalılar və qismən də Məsihçi yəhudilər tərəfindən də hörmətlə qarşılanır. Tövrat bu bayram zamanı yəhudilərə çörək və mayalı taxıl olan hər hansı digər yeməkləri (İbranicə חָמֵץ hametz — "mayalı") yeməyi qadağan edir. Həmçinin, Tövrat (Pentateuch) bu günlərdə matzo (mayasız çörək) yeməyi əmr edir. Pesah, Sukkot və Şavuot ilə birlikdə üç "həcc bayramı"ndan biridir ("Şloşet ha-reqalim"). Bu bayramlarda Qüds məbədinin mövcud olduğu dövrdə yəhudilər Yerusəlimə qalxdılar. İsraildə Pesah bayramı 7 günlük tətildir, ilk və son günləri tam hüquqlu bayramlar və qeyri-iş günləridir. Aralıq günlərə chol ha-moed (həftə içi tətillər) deyilir.
Pessoa
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi. == Həyatı == Pessoa 1888-ci il iyunun 13-də Lissabonda anadan olmuşdur. 5 yaşında olarkən atası vərəmdən dünyasını dəyişmiş, sonrakı il 1 yaşlı qardaşı da ölmüşdür. Anası ikinci dəfə evləndikdən sonra Pessoa 1896-cı ilin əvvəllərində anası ilə birlikdə ögey atasının yanına Şimali Afrikaya getmişdir. O, sonralar (1918-ci il) yazdığı məktubunda belə qeyd etmişdir: Keçmişdə yalnız bir hadisə var ki, nəyisə yoluna qoymaq üçün lazım olan müəyyənliyə və əhəmiyyətə malikdir: bu, atamın ölümüdür (13 iyul, 1893).
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Pevek
Pevek (çuk. Пээкин, Пээк) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi ərazisində yerləşən şəhər. Pevek şəhər dairəsinin mərkəzidir. Rusiyanın ən şimal şəhəridir. == Toponim == Şəhərin adı çukça dilində işlənən çuk. пээкиней sözündən götürülmüş və mənası kök, şişmiş dağ deməkdir. Şəhər Peekiney adlı təpöənin ətəklərində yerləşir. Şəhər öz adını çukça ətirli dağ mənasını verən «paqıt-kenay» sözündən götürmüşdür. Rəvayətə görə müasir şəhərin yaxınlığındakı, dağın ətəyində çukçalarla yukaqirlər arasında döyüş baş vermişdir. Döyüşdə ölənlərin cəsədlərinin qoxusu bu yerlərdə uzun müddət qalmışdır.
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü)Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Pətək
Pətək – xırda gözcüklərdən ibarət taxtadan hazırlanmış arı ailəsi üçün yaşayış yeri, arı yuvası. Pətək arıların yaşayış yeri olduğuna görə onlar yuvanı yağışdan, qardan qoruyur və yuvada hava şəraiti üçün yararlı olmalıdır. Pətək kifayət qədər geniş düzəlməlidir ki, onu yazda və payızda havalar soyuq olduqda qısaltmaq və havalar istiləşdikcə, ailənin inkişafı və bal yığımının başlanması ilə əlaqədar genişləndirmək mümkün olsun. === Pətəklərin tipi === Arılar üçün müasir pətəklər iki əsas tələbə cavab verməlidir: birincisi-arılar üçün yaxşı yaşayış yeri və ikincisi-arılara işləyən zaman rahat olmalıdır. Ölkəmizdə aşağıdakı pətək tipləri vardır: Bir və ikigövdəli 12 çərçivəli pətəklər Çoxgövdəli (4 gövdəli) 10 çərçivəli pətək 24 çərçivəli yataq pətəklər Yarımgövdəli pətəklərÇoxgövdəli pətəklərdə bütün çərçivələrin ölçüsü 435x230 mm-dir. Qalan 4 tip pətəklərdə yuva çərçivəsinin ölçüsü 435x300 mm, yarımgövdəli pətəklərdə isə çərçivələrin ölçüsü 435x145 mm olur. Bu və ya başqa pətək növündən istifadə etdikdə yerli iqlim və baltoplama şəraiti nəzərə alınmalıdır. Köçəri arıçılıq rayonları yüngül və daşımaq üçün əlverişli olan çoxgövdəli pətəklərdən, qışı sərt keçən rayonlar isə yaxşı isti pətəklərdən istifadə edilməlidir. === Pətəklərin rəngi === Pətəyi hər hansı bir rəngdə boyamaq olar. Lakin arıların müəyyən rəngli görmə xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Təsək
Təsək — adətən gecələr başa qoyulan toxunulmuş və ya parçadan tikilmiş papaq.
Argentina pesosu
Argentina pesosu (ISO 4217 : ARS) - Argentinanın milli pul vahididir. $ ilə işarə olunur. 1 Argentina pesosu təqribən 100 centavoya bərabərdir. Ölkənin 2010-cu ildəki inflyasiya səviyyəsi 22%-dir. 3 sentyabr 2016-cı il tarixinə aid məzənnəyə görə, 1 Argentina pesosu = 0.0667425 ABŞ dolları.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Beşik nəğmələri
Beşik nəğmələri — folklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur. Nazlama və oxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatı tarixi. .
Böyük Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılmışdır.