Püsək

Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[1]

Püsək
Ölkə  Ermənistan

Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək[2], 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak[3] formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir[4].

Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən[5] əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.

Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır[6].

Kənd 1930-cu illərin sonunda ləğv edilmişdir. İndi xaraba kənddir.

Pusək məscidi

[redaktə | mənbəni redaktə et]

Pusək məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə kimi qalmaqda idi. [7]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.135
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.150
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 94
  5. Древнетюркский словарь, Л., "Наука", 1969. s.398
  6. 1 2 Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 78–79, 148–149
  7. [1]