Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peli
Peli — dünyanın ən qədim dövlətçilik ənənəsi olan dövlətlərdən biri olan Cənubi Azərbaycanın, yəni indiki İran İslam Respublikasının cənubunda, e.ə. III minillikdə meydana gəlmiş Elam dövlət qurumunun adı dövrümüzə qədər gəlib çatmış ilk hökmdarlarından biridir. Elam dövlət qurumunun erkən siyasi tarixi Avan sülaləsinin adı ilə bağlıdır.
Anna Ketli
Anna Ketli (mac. Anna Kéthly, 16 noyabr 1889-cu il, Budapeşt, Avstriya-Macarıstan — 7 sentyabr 1976-cı il, Blankenberge, Belçika) — XX əsr, sosial-demokratiya istiqamətli macarıstan siyası xadimi. 1945-1948-ci illərdə Macarıstan sosial-demokrat partiyasının parlament fraksiyasındakı rəhbəri. 1956-cı ildə Macar inqilabı zamanı partiyanın yenidən yaradıcısı. == Bioqrafiyası == Anna doqquz uşaqlı kasıb bir ailədə anadan olmuşdur. 1917-ci ildə o Macarıstan sosial-demokrat partiyasına daxil olmuş və tezliklə partiyanın ən fəallarından biri oldu. 1919-cu Ketli partiya komitəsinə seçildi. Növbəti ildən isə Anna partiya qazeti olan «Népszava»da müxtəlif yazılar yazmağa başladı. 1922-ci ildə sosial-demokrtalar partiyasından parlamentə seçildi və ardıcıl olaraq 1944-cü ilə kimi parlamentdə partiyasını təmsil etdi. Faşit işğalı zamanı Budapeşti tərk etmiş və saxta sənədlə yaşamışdır.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Ayin qətli
Ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər - insanın həyatı - tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü - ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir - Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
Bernqard Petri
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884-25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu. == Həyatı == Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi. Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi. Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı. Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908—1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907—1970) tez-tez baş çəkirdilər.
Cordula petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Cypripedium petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Donald Petri
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Frauke Petri
Frauke Petri (alm. Frauke Petry‎, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen. == Tərcümeyi-halı == 1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı). 1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
Knopkirie petri
Knopkirie petri (lat. Knopkirie petri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin knopkirie cinsinə aid heyvan növü.
Lesli Pedli
Lesli Pedli (ing. Leslie Pedley; 19 may 1930 – 27 noyabr 2018, Kvinslend) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Lesli Pedli toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Он занимается изучением растений рода Акация.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
Paphiopedilum petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Petsi Mink
Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d] – 28 sentyabr 2002, Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur.Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir. == İlk illəri == Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.Mink qadın olduğu üçün tibb məktəbinə daxil ola bilməmiş, buna görə də Çikaqo Universitetində hüquq üzrə təhsil almağa başlayaraq 1951-ci ildə dərəcə əldə etmişdir. 1953-cü ildə Havaya qayıtmış və burada hüquq sahəsində işləməyə başlayan ilk asiyalı amerikalı qadın olmuşdur.
Petti Kardenas
Petti Kardenas (19 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Petti Kardenas, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Petti Rayan
Petti Rayan (ing. Patty Ryan) - Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən yaxşı mahnıları «You’re My Love, You’re My Life», «Stay with Me Tonight», «I Don’t Wanna Lose You Tonight» və «Love is the Name of the Game» mahnılarıdır. Onun musiqi stili Fancy, Modern Talking, London Boys və Bad Boys Blue kimi qruplar ilə müqayisə edilir. Bir müddət Diter Bolen ilə əməkdaşlıq etmişdir. Müğənni Avropa ilə yanaşı daha çox Yaponiya və Çin kimi ölkələrdə məşhurluq qazanmışdır.
Pəhli Qəribov
Pəhli Xaləddin oğlu Qəribov (17 sentyabr 1993; Kürdəmir, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Pəhli hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Pəhli sentyabr ayında çağırılmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Pəhli Qəribovun nəşi Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Pərli ördək
Pərli ördək (lat. Biziura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qardaş qətli
Qardaş qətli - Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. == Məzmun == Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Sarayevo qətli
Sarayevo qətli — 1914-cü il iyunun 28-də Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsi. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur. Qətlin arxasında Serbiya ordusunun zabitlərini birləşdirən milliyyətçi "Çrna Ruka" (azərb. "Qara əl"‎) təşkilatı dayanırdı. Təşkilat Avstriya-Macarıstanın hakimiyyəti altında olan serbləri azad etməyə, Bosniya və Herseqovina və Serbiyada gəncləri milli azadlıq hərəkatına cəlb etməyə çalışırdı. Təşkilatın rəhbəri serb əks-kəşfiyyat xidmətinin rəisi, "Apis" ləqəbli polkovnik Draqutin Dmitriyeviç idi. == Qətlin planlaşdırılması == 1908-ci ildə Frans Ferdinandın təşəbbüsü ilə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaq edilməsi bosniyalıların və serblərin bu dövlətə qarşı nifrətini gücləndirmişdi. Serblərin həyata keçirdikləri terror aktları nəticəsində bir neçə Avstriya zabiti öldürülmüşdü. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi olan ershersoq Frans Ferdinandı öldürmək planı Serbiyanın baş nazirinə məlum idi. O, cinayətin törədilməsindən sonra Bosniya və Herseqovinanın tezliklə müstəqil olacağına ümid edirdi.
Uilyam Petti
Vilyam Petti (ing. William Petty d. 26 may 1623- ö. 16 dekabr 1687) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi. == Həyatı == Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Vilyam Petti
Vilyam Petti (ing. William Petty d. 26 may 1623- ö. 16 dekabr 1687) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi. == Həyatı == Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Xizer Petri
Xizer Petri (13 iyun 1978, Oklend, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Xizer Petri, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Xizer Petri, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Xizer Petri, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Xizer Petri, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Qətli-Sinan
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. == Həyatı == Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Fətəli fəthi (roman)
"Fətəli fəthi" (rus. Фатальный Фатали) — Azərbaycan yazıçısı Çingiz Hüseynovun tarixi mövzuda yazdığı roman. == Ümumi məlumat == "Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur. == Mövzu == "Fətəli fəthi" romanının mövzusu XIX əsr Azərbaycan tarixindən alınmışdır. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovdur. Müəllif M.F.Axundovun timsalında Azərbaycanın Rusiya və İran imperiyaları arasında parçalanması tarixinə güzgü tutmuşdur. == Janr == Müəllif "Fətəli fəthi" romanının janrını "tarixi fantaziya" kimi müəyyənləşdirmişdir.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.