Pəhli Xaləddin oğlu Qəribov (17 sentyabr 1993; Kürdəmir, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Pəhli Qəribov | |
---|---|
Pəhli Xaləddin oğlu Qəribov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Kürdəmir Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Xaləddin Qəribov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2021 2020 2020 |
Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Pəhli hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir.
2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Pəhli sentyabr ayında çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Pəhli Qəribovun nəşi Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]