Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piramida
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Piramida sistemi
Piramida sistemi və ya Piramida yolu (lat. tractus pyramidales, PNA) — özündə kortikospinal və kortikobulbar yolları birləşdirir. Piramida yolunun belə adlandırılmasına səbəb yolların uzunsov beynin piramidasından keçməsidir.
Piramida sxemi
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
Piramida (həndəsə)
Piramida (yunanca πυραμίς və ya πυραμίδος) — oturacağı çoxbucaqlı, qalan üzləri ortaq təpəyə malik üçbucaqlar olan çoxüzlü. Oturacaq çoxbucaqlısının bucaqlarının sayına görə piramidaları üçbucaqlı, dördbucaqlı və s. ayrırırlar. Piramida konusun xüsusi halıdır. Bir çoxüzlü bucaq götürək və onun bütün tillərini kəsən müstəvi keçirək. Çoxüzlü bucaqın S təpəsinin aid olduğu yarımfəzada SABDEF çoxüzlüsü alınır. Bu çoxüzlünün bir üzü ABCDEF çoxbucaqlısı qalan üzləri isə bir təpəsi S olan ortaq təpəsi üçbucaqlıdır. ASB, BSC,…….., FSA, belə çoxüzlülər piramida adlanır. piramidaOrtaq təpəli üçbucaqlara piramidanın yan üzləri, onların birləşməsinə piramidanın yan səthi, çoxbucaqlıya piramidanın oturacağı, bütün yan üzlərin ortaq tərəfinə piramidanın yan tilləri, təpədən oturacaq müstəvisinə çəkilmiş perpendikulyara piramidanın hündürlüyü deyilir. Bir üzü hər hansı çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar olan çoxüzlüyə piramida deyilir.
Tərs piramida
Tərs Piramida (ing. PR – inverted pyramid) jurnalistikada, kopiraytinqdə və reklam yazarlığında tez-tez istifadə olunan termindir. Akademik yazılardan fərqli olaraq xəbər və ya reklam mətnləri Düz piramida deyil, "Tərs Piramida" formatında yazılır. "Tərs Piramida" qaydasına görə, ən vacib informasiya mətnin əvvəlində, yəni ilk cümlədə verilir. Sonra mətnin təfərrüatı və sonda "background" (arayış) deyilən hissə əlavə olunur. Bu prinsip ilə yazılan mətnlər dərhal oxucunun diqqətini cəlb edir.[1] Xəbər və reklam mətnlərində ən vacib informasiya mətnin əvvəlində olmalıdır. Məhz bu prinsipə "tərs piramida" deyilir. Məktəb və universitetlərdə bizə mətnlərin sadədən mürəkkəbə doğru yazılmasını öyrədirlər. Mətnlər yüngül məlumatlardan başlanır, tədricən qəlizləşir. Bu, mətn yazılmasında "düz piramida" prinsipidir.
Qida zənciri ekoloji piramida
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
Pirаmidаl küllücə
Piramidal küllücə — (lat. Filago pyramidata) Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.
Piramidal hüceyrə
Piramidal hüceyrə və ya piramidal neyronlar — beyin qabığı, hipokampus və amigdala da daxil olmaqla beynin bölgələrində tapılan çoxqütblü neyronların bir növü. Piramidal neyronlar məməlilərin beynindəki əsas həyəcanverici neyronlardır. Balıqlarda, quşlarda, sürünənlərdə də tapılır. Piramidal neyronlar həm də ölümlə nəticələnən quduzluq infeksiyasında xarakterik əlamət olan Neqri cisimlərinin tapıldığı 2 hüceyrə tipindən biridir. Piramidal neyronlar ilk dəfə Santiaqo Ramon i Kajal tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. O vaxtdan bəri, piramidal neyronlar üzərində aparılan tədqiqatlar neyroplastiklikdən tutmuş koqnitiv funksiyaya qədər müxtəlif mövzulara yönəlmişdir. Piramidal neyronun əsas struktur xüsusiyyətlərindən biri konus formalı soma (piramidal hüceyrə cisimləri) və ya hüceyrə gövdəsidir ki, neyron onun adını daşıyır. Piramidal hüceyrənin digər əsas struktur xüsusiyyətləri tək akson, böyük apikal dendrit, çoxsaylı bazal dendritlər və dendritik tikanların olmasıdır. Apikal dendrit piramidal hüceyrənin somasının (perikarionun) yuxarı hissəsindən qalxır. Apikal dendrit tək, uzun və qalın dendritdir, somadan məsafə artdıqca bir neçə dəfə budaqlanır və qabıq səthinə doğru uzanır.
Piramid adası
Piramid adası (ing. Pyramid Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Ada Xvostov ilə Davıdov adası arasında yerləşir. Hazır ki, adını 1935-ci ildə almışdır. Davıdov və ətrafında yerləşən Lopi, Piramid adaları ilə birlikdə qədim kalderanın bir hissəsidir.
Piramidal bağ səhləbi
Piramidal həmişəyaşıl sərv
Vətəni Orta Kaliforniyadır; burada okean sahillərində təzə və yüngül torpaqlarda bitir. Bir çox ölkədə əkilib becərilir. Hündürlüyü 25 m-ə çatıb budaqları çəpəki vəziyyətdə yuxarıya qalxmış çətirli ağacdır. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdədir, budaqlar gövdədən yuxarıya düz bucaq altında çıxır və təxminən ona bitişikdir. Xırda yarpaqlar budaqlara bitişikdir və ya saplaq üzərində olur. Onlar tünd və açıq-yaşıl, bəzən göyümtül çalarlı ola bilər. Açıq-yaşıl yarpaqları payızda qırmızı-qonur rəng alır. Qozaları 3 sm uzunluqda, şarşəkilli, qaidəsi bir az hamar, boz və ya bozumtul-qonur, parlaqdır. Torpağa qarşı tələbkar, işıqsevən və quraqlığadavamlı dekorativ ağac cinsidir. Bu sərvə respulikanın bir çox bolgələrində tək-tək, qrup halında və xiyaban əkinlərində rast gəlinir.