Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pide
Pide — Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Piti
Piti - Azərbaycanın milli yeməyi. Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir: Qoyun əti - 163 q. Quyruq - 20 q. Təzə alça - 30 q. Noxud - 25 q Baş soğan - 18 q. Zəfəran - 0,1 q. Quru nanə - 0,1 q. İstiot – zövqə görə. Duz – zövqə görə. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Pize
Pize (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir.
Azərbaycanda pivə
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar. Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır. 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir. 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub. Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər. Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi. Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur. Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Jerar Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) — Eramızdan 2,5–1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6–1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Mari Pitt
Mari Pitt(ing. Marie Pitt; 6 avqust 1869 – 20 may 1948)—Mari Elizabet Josephine Pit (1869-1948) Avstraliyalı şair və sosialist fəal, jurnalist və Unitar idi. Pitt bir zamanlar antologiyaya çevrilmiş təbiət haqqında çox canlı şeirlər yazdı; həm də sosialist və fəhlə hərəkatlarını dəstəkləmək üçün şeirlər yazdı. Pittin qızlıq adı McKeown idi. 6 Avqust 1869-cu ildə Bairnsdalenin şimalındakı Viktoriya Koloninin Gippsland bölgəsindəki qızıl mədəni Bullumwall şəhərində anadan olmuşdur. Erkən uşaqlığı əsasən Bairnsdale yaxınlığındakı kiçik bir qəsəbə olan Wee Jung'da keçdi, burada valideynləri üçün və ya kiçik bir fermada "damazlıq" olaraq çalışdı. Müəllim ixtisası almadan, 1887-ci ildə Bairnsdaledə fotoşəkil rötüşçüsü olaraq iş tapdı və 1893-cü ildə Tasmaniyada, Qərbi Avstraliyanın qızıl sahələrində, yenidən Bairnsdaledə və nəhayət Melburnda yaşadığı Tasmaniya fermer və mədənçisi William Pitt ilə evləndi. Viktoriya Sosialist Partiyası və The Social jurnalının redaktoru oldu. 1900-cu ildə nüfuzlu Bülleten şeirlərindən birini qəbul etdi. İlk şeirlər toplusu 1911-ci ildə nəşr olundu.
Mu (qitə)
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Pita Taufatufa
Pita Taufatufa — Tonqa taekvondoçusu. Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Tonqa millisinin bayrağını daşımışdır. Açılış mərasimindən sonra məşhurlaşmışdır. Belə ki, onun zahiri görkəminə vurulan braziliyalı qadınlar Pita Taufatufaya heyran qalmışlar.
Piter Abrahams
Piter Henri Abrahams (ing. Peter Henry Abrahams; 19 mart 1919 – 18 yanvar 2017[…]) — Cənubi Afrika yazıçısı. Piter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir. Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar. 1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir. Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Piter Cekson
Piter Robert Ceckson (31 oktyabr 1961[…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı. İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.
Piter Devison
Piter Devison (ing. Peter Davison, anadan olanda adı — Piter Moffet ing. Peter M. G. Moffett; 13 aprel 1951, London) — İngilis aktyor. Ən çox 1981 və 1984-cü illər arasında "Doktor Kim" serialında beşinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Piter Druker
Piter Druker (19 noyabr 1909[…], Vyana – 11 noyabr 2005[…], Klermont[d], Kaliforniya) — idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır. 19 noyabr 1909-cu ildə anadan olmuş amerikalı alim, iqtisadçı, XX əsrin ən görkəmli menecment nəzəriyyəçilərindən biri, müasir menecment nəzəriyyəsinin banisi, publisist, müəllim və yazıçı Piter Ferdinand Druker (Peter Ferdinand Drucker “İnformasiya işçisi” anlayışını elmə gətirmiş Druker 39 kitabın və yüzlərlə məqalənin müəllifidir. - Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir. - Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət marjı və artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” - “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
Piter Ekroyd
Piter Ekroyd (ing. Peter Ackroyd;5 oktyabr 1949[…], London) — İngilis bioqrafı, yazıçı və London tarixinə və mədəniyyətinə xüsusi maraq göstərən tənqidçidir. İngilis tarixi və mədəniyyəti ilə bağlı romanlarına və Uilyam Bleyk, Çarlz Dikkens, T.S.Eliot, Çarlz Çaplin və Ser Tomas Mor tərcümeyi -hallarına görə Somerset Moem və iki Whitbread Mükafatı qazandı. İstehsal etdiyi işlərin həcmi, üslub çeşidi, fərqli səsləri qəbul etmə qabiliyyəti və araşdırmasının dərinliyi ilə tanınır. 1984 -cü ildə Kral Ədəbiyyat Cəmiyyətinin üzvü seçildi və 2003 -cü ildə Britaniya İmperiyası ordeni komandiri təyin edildi. Ekroyd, Londonda anadan olub və atası bir gün evdən çıxaraq geri qayıtmır. Anası və nənəsi tərəfindən Roma Katolik evinə qoyulan yazıçı Şərqi Actonda bir bələdiyyə mülkündə böyüdü. İlk dəfə yeddi yaşında gey olduğunu öyrəndi. O, Kembricdəki Müqəddəs Benedikt kollecində, İlinq və Kler kollecjərində də təhsil almışdır. 1972 -ci ildə Yale Universitetində Mellon elmi işçisi idi.
Piter Filips
Piter Filips (d. 1560, Devon, Britaniya İmperiyası - ö. 1628, Brüssel, Belçika) — ingilis bəstəkar, orqançı və keşiş.
Piter Hiqqs
Peter Ware Higgs (29 may 1929[…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d] – 8 aprel 2024, Edinburq) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor idi. Hiqqs ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınırdı. 14 mart 2013-cü ildə Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 8 oktyabr 2013-cü ildə Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazandı. O, 2024-cü il 8 apreldə öldü.