PİLTƏ

is.
1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək.
– Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn.

// Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil.
[İmamyar Türbətə:] Dinamitin piltəsini ki gördün? C.Cabbarlı.

2. tib. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon.
Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Çəmənzəminli.

Синонимы

  • PİLTƏ 1. PİLTƏ (maşınkada, lampada) Kiçik bir saxsı qabın içinə quyruq əridib tökür, piltə salıb yandırırdılar (A

Этимология

  • PİLTƏ Ərəbcədir, əsli fatil (fitil) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PİLPİLƏ
PİLTƏLƏMƏ
OBASTAN VİKİ
Piltən bəy Bayandur
Piltən bəy Bayandur — Pir Əli Bayandurun oğlu, Bingölün Kiğı qalasının hakimi. Kiğı məscidini ucaltdırmış, Cəlaləddin Əli bəyin iki qızı zorla oğullarına aldırmışdı. Yerinə oğlu Xəlil bəy keçmişdir.

Значение слова в других словарях