Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plavt
Tit Maksi Plavt (lat. Titus Maccius Plautus, çox vaxt sadəcə — Plavt; e.ə. 250 – e.ə. 184, Roma) — görkəmli qədim Roma komediyaçısı, “palliatalar” ustası. O, 130-a yaxın komediya yazmış, onlardan 20-si dövrümüzə qədər gəlib çatmışdır.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Balavat
Balavat – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları ("Balavat qapıları") tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Plagiat
Plagiat (fr. plagiat lat. plagium — oğurlamaq) — elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi. Plagiatlıq bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir. == Elmi tədqiqatlarda plagiatlıq == Plagiatlıq prosesi və bu prosesin tərkib hissələrinə, eləcə də plagiatlığa qarşı mübarizə üsullarına həsr edilmiş çoxlu işlər mövcuddur. Əksər işlərdə plagiatlıq mətn tipli mənbələrdə rast gəlinən bu və yaxud digər təzahür formasına görə növlərə ayrılır: Mətni köçürmə "olduğu kimi", "dırnaq işarəsi olmadan və mənbəyə istinad etmədən istinad edilməyən mənbədən mətnin elementlərinin (cümlələrin, sözlərin) ardıcıllığını dəyişməklə istifadə edilməsi istinad edilməyən mənbədən müəyyən elementin (əsas frazanın, söz birləşməsinin) mənimsənilməsi istinad etmədən frazaları dəyişməklə istinad etmədən məlumatın adı və məlum informasiya kimi verilməsi ideyanın istinad etmədən, hardansa eşitdiyi kimi verilməsi özünün və ya digərinin əvvəlki işlərini istinad vermədən yeni ideya kimi verilməsi haqqı ödənilməklə öz işində digərinin ideyalarından istinad etmədən istifadə edilməsi istinad etmədən mənbələrdəki ideyaların proqram təminatından istifadə etməklə və yaxud onlayn tərcümə vasitəsilə mənimsənilməsi haqqı ödənilməklə digərinin işini bilavasita və ya tərcümə etdirməklə mənimsənilməsi Plagiatlıq anlayışının məqsəddən asılı olaraq da növlərə ayırmaq olar: birbaşa plagiatlıq — mətnin eyni ilə, dəyişiklik etmədən köçürülməsi sərbəst plagiatlıq — öz işlərinə istinad etmədən istifadə etmək mozaik plagiatlıq — müəyyən hissəsini dəyişməklə sinonimlərdən istifadə etməklə təsadüfi plagiatlıq — bilmədən və ya digər sahələrdə məlum olan, lakin tədqiqat sahəsində yeni olan ideyaların qeyri-qanuni mənimsənilməsidir. == Ədəbiyyat == R. Əliquliyev, N. Ağayev, R. Alıquliyev. Plagiatlıqla mübarizə yolları. Bakı: İnformasiya texnologiyaları, 2015, 165 s.
Planet
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Plasaj
Plasaj (fr. placage — yerləşdirilmə) — Yeni Fransanın patriaxal müstəmləkə icmasında kişilərlə qadınlar arasındakı münasibətlərin tabe olduğu mədəni baxışların və normaların ümumi qəbul olunmuş qeyri-rəsmi (pərdəarxası) sistemi.
Plavsk
Plavsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Acacia clavata
Acacia montana (lat. Acacia montana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia clavata Schltdl. Acacia montana var.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Alavan (Sərdəşt)
Alavan (fars. علاوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (15 ailə).
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Bidens clavata
Bidens clavata (lat. Bidens clavata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bolbophyllaria clavata
Bulbophyllum clavatum (lat. Bulbophyllum clavatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clavatum növü Maskaren adaları üçün endemik növdür.
Callista clavata
Clockwork Planet
Clockwork Planet (クロックワーク・プラネット, Kurokkuwāku Puranetto, azərb. Saat mexanizmi planeti‎) — Şinonun rəssamlığı ilə Yuu Kamiya və Tsubaki Himana tərəfindən yazılan ranobe seriyası. 2 aprel 2013-cü ildən bu yana Kodansha nəşriyyatının Kodansha Ranobe Bunko imprinti altında 4 cildi çapdan çıxmışdır. Kuronun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası isə 2013-cü ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Sirius" şonen manqası jurnalında nəşr olunur. Manqanın 5 tankobon cildi çapdan çıxmışdır. Anime adaptasiyasının 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır. == Məzmun == Hadisələr tamamilə dağılmış və saat mexanizmi ilə tamamilə yenidən tikilmiş dünyada baş verir. Bir gün Naoto Miura adlı lisey şagirdi gözlənilmədən bir avtomat qızla rastlaşır. == Personajlar == Naoto Miura (見浦ナオト, Miura Naoto) Səsləndirən: Yoşino Nanco RyuZU (リューズ, Ryūzu) Səsləndirən: Ay Kakuma Mariya Bell Breqe (マリー・ベル・ブレゲ, Marī Beru Burege) Səsləndirən: Saori Onişi Vaynni Halter (ヴァイネイ・ハルター, Vai'nei Harutā) Səsləndirən: Keniçiro Matsuda AnkoR (アンクル, Ankuru) Səsləndirən: Sayaka Senbonqi == Media == === Ranobe === İlk ranobe cildi 2 aprel 2013-cü ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 29 dekabr 2015-ci ilə kimi dörd cildi çapdan çıxmışdır.
Cırtdan planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Doqquzuncu Planet
Doqquzuncu Planet və ya Planet X — ləqəbli nəhəng, buzlu planet daxil olduğumuz Günəş sisteminə aid olması fərz edilir. Bu fikri irəli sürənlər Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları Mayk Braun və Konstantin Barigindir. Planetin mövcudluğu Koyper qurşağındakı cisimlərin hərəkəti vasitəsilə təxmin edilib. Bu planetin Nis modelindəki fərzi beşinci nəhəng planet olma ehtimalı da var.
Faeton (planet)
Faeton (və ya Phaetton, daha az Phaethon) — Mars və Yupiterin orbitləri arasında var olduğu fərz edilən hipotetik planetdir və təxribatı, yəqin ki, asteroid qurşağının meydana gəlməsinə səbəb olmuşdur. Xəyali planet, Yunan mifologiyasında günəş tanrısı Heliosun oğlu və atasının günəş avtomobilini dağıdıcı nəticələr doğuran bir günə aparmağa çalışan və nəticədə Zeus tərəfindən yox edilən Phaethon'dan seçildi. 3200 Phaethon, bəzən Phaeton'u səhv yazmış olan asteroid, qeyri-adi xüsusiyyətlərə sahib bir Mercury, Venera, Dünya və Mars orbit keçişi edən Apollon asteroididir. Titius-Bode qanununa görə Mars ilə Yupiter arasında bir planetin var olduğuna inanılırdı. Johann Elert Bode, Alman astronom və professor Johann Daniel Titius (1729–1796) tərəfindən edilən kəşflərin sonra beşinci planeti araşdırmaya çağırdı. Asteroid qurşağındakı asteroid ən böyüyü olan Ceres 1801-ci ildə İtalyan Giuseppe Piazzi tərəfindən təəccüblü bir şəkildə kəşf edildi və beşinci planetin təxmin etdiyi mövqeyə uyğun gəldiyi təsbit edilincə çoxu itkin planetə inandı. Bununla birlikdə, 1802-ci ildə astronomu Heinrich Wilhelm Matthäus Olbers, Ceres'le eyni ümumi orbitdəki başqa bir cisim kəşf etdi və adını Asteroid Pallas olaraq nəşr etdi. Olbers, bu yeni kəşflərin, daha əvvəl Güneş'i orbitdə buraxmış olan parçalanmış bir planetin parçacıqları olduğunu təklif etmişdi. Ayrıca, bu parçalardan daha çoxunun tapılacağını nəzərdə tutdu. Olbers tərəfindən Karl Lüdviq Harding və Vesta'nın meteorit Juno kəşfi, Olbers fərziyyəsini izlədi.
Kiçik planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.