Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleks
Aleks — ad. Aleks Uebb — Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Aleks Florea — Rumıniya müğənnisi. Aleks Morris — ABŞ-nin qara dərili aktyorlarından biri Aleks Koomber — Birləşmiş Krallıqı təmsil edən skeletonçu. Aleks Buda ― Albaniya tarixçisi. Aleks Qoqiç — Şotlandiya təmsilçilərindən olan Hamilton Akademikal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Aleks Salmond — Şotlandiyanın Birinci naziri. Aleks Dram Houks — ABŞ botaniki.
Aleysk
Aleysk — Rusiya Federasiyasında yerləşən şəhər, Altay diyarına daxildir.
Ayəsk
Ayəsk və ya Ayaz — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,023 nəfər və 1,399 ailədən ibarət idi.
Eresk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Lensk
Lensk (rus. Ленск, IPA: [lʲɛnsk]; yakut. Лиэнскэй, Lienskey) — Rusiya Federasiyasının Saxa Respublikasının Lenski rayonunun şəhər və inzibati mərkəzi. 2010-cu il siyahıyaalınmasına əsasən, əhalisi 24,966 nəfər idi. == Coğrafiya və iqlim == Lensk Lena çayının sol sahilində, Lena yaylasının cənub kənarında, respublikanın paytaxtı Yakutskdan təxminən 800 kilometr (500 mil) qərbdə yerləşir. Şəhər alçaq dağlarla əhatə olunmuş vadidə yerləşir. Lena çayı bölgənin əsas su yoludur və nəqliyyat və balıq ovu üçün istifadə olunur. Lensk subarktik iqlimə malikdir (Köppen iqlim təsnifatı Dfc). Qışlar çox soyuq və uzun, orta temperatur yanvarda -34,1 ilə -25,3 °C (-29,4 ilə -13,5 °F) arasında dəyişir. Yay mülayim, lakin qısadır, orta temperatur 10 ilə 23,9 °C (50,0 ilə 75,0 °F) arasında dəyişir.
Pilək
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki. Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir.
Plavsk
Plavsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Plebs
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Polessk
Polessk (rus. Полесск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Pleyku
Pleyku (vyet. Pleiku) — Vyetnamın mərkəzi hissəsində şəhər. Zyalay vilayətinin paytaxtı. Mütləq hündürlüyü dəniz səviyyəsindən 755 metrdir. 2013-cü il tarixinə əhalinin sayı 146,073 nəfər idi.
Uleks
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Please Please Me (albom)
Please Please Me — Böyük Britaniyanın "The Beatles" rok qrupunun birinci studiya albomu.
Aleks Buda
Aleks Buda (7 sentyabr 1910, Elbasan[d] – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Erkən illəri == Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı. == Peşəkar karyerası == İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Aleks Ferqyuson
Ser Aleksandr Çepmen Ferqyuson (ing. Sir Alexander Chapman "Alex" Ferguson; 31 dekabr 1941[…], Qaven və ya Qlazqo) — keçmiş Şotlandiya futbolçusu və baş məşqçisi. O, ən çox 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi kimi tanınır. O, bir çoxları tərəfindən futbol tarixinin ən yaxşı baş məşqçilərindən biri sayılır və futbol tarixində heç bir məşqçi ondan daha çox titul qazanmayıb. Ferqyusonun daha bir fərqli xüsusiyyəti kimi onun gəncləri dəyərləndirməsi göstərilir, xüsusən də 1990-cı illərdə klubun dünyanın ən zəngin və ən uğurlu komandalarından birinə çevrilməsinə töhfə verən "Class of '92" adlanan qrup oyunçular bu kateqoriyaya şamil edilir. Ferqyuson "Danfermlin Atletik" və "Reyncers" də daxil olmaqla hücumcu kimi müxtəlif Şotlandiya klublarında çıxış edib. "Danfermlin" klubunda keçirdiyi 1965–66 mövsümdə o, Şotlandiya çempionatının bombardir siyahısına başçılıq edirdi. Oyunçu karyerasının sonuna yaxın o, həm də məşqçi kimi çalışırdı, sonra məşqçilik karyerasına "İst Sterlinqşir" və "Sent-Mirren" komandalarında başladı. Ferqyuson daha sonra Aberdin klubunun baş məşqçisi kimi çox uğurlu bir dövr keçirdi, həmin klubla o, üç Şotlandiya liqa çempionluğu, dörd Şotlandiya Kuboku və 1983-cü ildə UEFA Kuboklar Kubokunu qazandı. Con Steynin vəfatından sonra qısa müddət ərzində Şotlandiya millisinə başçılıq etdi və 1986 Dünya Kubokunun final mərhələsinə yüksəldi.
Aleks Florea
Aleksandru Yonuts "Aleks" Florea (rum. Alexandru Ionuț "Alex" Florea; d. 15 sentyabr 1991, Konstansa, Rumıniya) — Rumıniya müğənnisi. O, İlinka ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Aleks Florea 2013-cü ildə Rumıniyanın The X Factor musiqi yarışmasında, 2014-cü ildə isə The Voice səs yarışmasında iştirak etmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn Aleks Florea İlinka ilə duet şəklində ifa etdiyi "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Uzun məşqlərdən sonra Aleks və İlinka 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar. Müsabiqənin finalında bir daha "Yodel It!" mahnısını ifa edən Aleks və İlinka 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 282 xal toplayaraq, 7-ci yerdə qərarlaşmışdırlar.
Aleks Koomber
Aleksandra "Aleks" Koomber (qızlıq soyadı: Hamilton; 28 dekabr 1973, Antverpen) — Birləşmiş Krallıqı təmsil edən skeletonçu. Aleks Koomber, Birləşmiş Krallıqı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Aleks Koomber, 2002-ci ildə Birləşmiş Krallıq yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Aleks Koomber, 1-ci gedişdə 52.48 saniyə, 2-ci gedişdə isə 52.89 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 3-cü yeri tutaraq bürünc medalla başa vurdu.
Aleks Kurtzman
Alex Kurtzman (7 sentyabr 1973, Los-Anceles, Kaliforniya) Amerikalı televiziya və film rejissorudur. == Həyatı == Kurtzman Los Ancelesdə doğulmuş və orada da böyümüşdür. Kollecdə Roberto Orci ilə tanış olmuşdur. Wesleyan Universityi bitirmişdir.
Aleks Morris
Aleks Morris (ing. Alex Morris) - ABŞ-nin qara dərili aktyorlarından biridir. Aleks bir sıra detektiv filmlərdə və seriallarda rol almışdır.