Ser Aleksandr Çepmen Ferqyuson (ing. Sir Alexander Chapman "Alex" Ferguson; 31 dekabr 1941[1][2][…], Qaven[3][4] və ya Qlazqo[5]) — keçmiş Şotlandiya futbolçusu və baş məşqçisi. O, ən çox 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi kimi tanınır. O, bir çoxları tərəfindən futbol tarixinin ən yaxşı baş məşqçilərindən biri sayılır[6][7][8][9] və futbol tarixində heç bir məşqçi ondan daha çox titul qazanmayıb[10][11]. Ferqyusonun daha bir fərqli xüsusiyyəti kimi onun gəncləri dəyərləndirməsi göstərilir, xüsusən də 1990-cı illərdə klubun dünyanın ən zəngin və ən uğurlu komandalarından birinə çevrilməsinə töhfə verən "Class of '92" adlanan qrup oyunçular bu kateqoriyaya şamil edilir.[12]
Aleks Ferqyuson | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Alex Ferguson | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Aleksandr Çepmen Ferqyuson | |||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Fergi, SAF | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 31 dekabr 1941[1][2][…] (82 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Şotlandiya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ferqyuson "Danfermlin Atletik" və "Reyncers" də daxil olmaqla hücumcu kimi müxtəlif Şotlandiya klublarında çıxış edib. "Danfermlin" klubunda keçirdiyi 1965–66 mövsümdə o, Şotlandiya çempionatının bombardir siyahısına başçılıq edirdi. Oyunçu karyerasının sonuna yaxın o, həm də məşqçi kimi çalışırdı, sonra məşqçilik karyerasına "İst Sterlinqşir" və "Sent-Mirren" komandalarında başladı. Ferqyuson daha sonra Aberdin klubunun baş məşqçisi kimi çox uğurlu bir dövr keçirdi, həmin klubla o, üç Şotlandiya liqa çempionluğu, dörd Şotlandiya Kuboku və 1983-cü ildə UEFA Kuboklar Kubokunu qazandı. Con Steynin vəfatından sonra qısa müddət ərzində Şotlandiya millisinə başçılıq etdi və 1986 Dünya Kubokunun final mərhələsinə yüksəldi.
Ferqyuson 1986-cı ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin edildi. "Mançester Yunayted"də keçirdiyi 26 il ərzində o, 38 kubok, o cümlədən 13 Premyer Liqa, 5 Federasiya Kuboku və 2 UEFA Çempionlar Liqası titulunu qazandı.[13] O, futbol oyunu üzrə xidmətlərinə görə 1999-cu ildə kraliça ona "Cəngavər" adını verdi.[14] Ferqyuson 19 dekabr 2010-cu ildə ser Mett Basbinin rekordunu geridə qoyaraq, "Mançester Yunayted"in ən uzun müddət çalışmış baş məşqçisi oldu. O, son mövsümündə Premyer Liqanın qalibi olmaqla 2012-13 mövsümünün sonunda baş məşqçi postundan istefa verdi.
Ferqyuson məşqçilik karyerasına 1974-cü ildə – 32 yaşında başladı. East Stirlinqşir klubunda həftəlik 40 funt-sterlinq qarşılığında çalışan şotlandiyalının bu macərası uzun sürmədi və 4 ay sonra başına keçdiyi Sent Mirreni 1974–1978-ci illərdə çalışdırdı. Bu klubda ilk dəfə çempionluq sevinci yaşayan Ferqyuson daşa sonra ölkənin ən köklü klublarından olan Aberdeenə təxminən 9 il rəhbərlik etdi və kluba tarixinin ən uğurlu dönəmini yaşatdı. Daha sonra isə Şotlandiya millisinin rəhbərliyinə keçdi.[15] Və milli komanda karyerasının ardınca – 6 noyabr 1986-cı ildə həm özünün, həm də futbola bağlı bir çox insanın taleyini dəyişən imzanı atdı. İngiltərənin ən köklü klubu Mançester Yunayted ilk vaxtlar gözlənilən uğurları qazana bilməyən şotlandla yoluna davam etməkdə israr etdi və Ferqyuson sonradan qazandığı nəticələrlə onların nə qədər haqlı olduğunu bütün dünyaya sübut edə bildi.[15] Ferqyusonlu Mançester Yunayted ilk 6 mövsümdə Premyer Liqanı ikinci sırada başa vurdu. Ancaq 1992–1993 mövsümü 52 yaşlı mütəxəssis üçün dönüş nöqtəsi oldu. Səbrlə gözlənilən uğurlar üçün doğru zamanın yetişdiyini hər kəs anlayırdı. Həmin il Premyer Liqada ilk çempionluğunu qazanan şotland mütəxəssis Mançester Yunaytedin çempionluqlarının sayını 8-ə yüksəltdm. Bu tarixdən sonra oturuşmuş sistemin "meyvələri"nin toplanması prosesi başlanacaqdı.[15] Bundan əvvəl sadəcə bir dəfə – 1967–1968 mövsümündə Avropanın bir nömrəli kubokunu muzeyinə aparan "qırmızı şeytanlar" uzun müddətdən sonra "şeytanın qıçını qırdı". Ferqyuson və yetirmələri Nou Kampdakı finalda "Bavariya"nı 2:1 hesabı ilə yenərək, Çempionlar Kubokuna sahib çıxdı.[15]
Böyük uğurlarla adını tarixə yazdıran Ferqyuson 2012–2013 mövsümdə də komandanı çempion edərək, istefa qərarını açıqladı.[15]
Ferqyuson başçılıq etdiyi Mançester Yunayted Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), Super Kubokun (10), UEFA Çempionlar Liqasının (2), UEFA Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), UEFA İntertoto Kubokunun (1) və klublararası dünya çempionatının (1) qalibi olub.[15]