Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf. 1864-cü ildə — 763 nəf. 1887-ci ildə — 1172 nəf. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Pausia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Plumea
Guarea (lat. Guarea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinə aid bitki cinsi.
Luina
Luina (lat. Luina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Luina hypoleuca Benth.
Luşan
Luşan və ya Mount Lu (çin. 廬山) — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir (大 汉阳 峰) və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi. == Siyasi əhəmiyyəti == 1935-ci ilin əvvəllərində mart ayında kommunist və respublikaçı qüvvələr arasında bu bölgədə bir döyüş baş verdi, bundan sonra Çin Kommunist Partiyasının baş katibi olan Hu Yaoban ağır yaralandı. Luşan dağı vaxtilə Çin Respublikasının xiadu ("yay paytaxtı") adını almışdı.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Castin Plaşka
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Miconia pausana
Miconia pausana (lat. Miconia pausana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Plevna mühasirəsi
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı. Plevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi. Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
KDE Plasma
KDE — beynəlxalq azad proqram təminatı cəmiyyətidir, Linux, Microsoft Windows, FreeBSD, Solaris və macOS əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan "KDE Plasma" masaüstü mühiti kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır. KDE 108 dilə tərcümə olunub . == KDE Plasma == KDE Plasma — KDE tərəfindən əsasən Linux ƏS-i üçün yaradılmış masaüstü mühitidir. KDE Plasma - Fedora KDE, Kubuntu, Manjaro, openSUSE, SteamOS kimi sistemlərdə defolt masasüstü mühiti kimi istifadə olunur.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Luana Frasnelli
Luana Frasnelli (d. 25 iyul 1975; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Luana Frasnelli İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Luana Lira
Luana Lira (d. 5 mart 1996) — Braziliyalı suya tullanan. Danielle Robles Braziliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Luana Lira birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 202.35 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Luina nardosmia
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Masiela Lusha
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Peşna mağarası
Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır. New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir. Mağaranın şimal hissəsində, güclü yağışlar və qar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var.
Əsmayi-hüsna
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Velika Plana
Velika Plana (serbcə: Велика Плана) — Serbiyanın Podunavlye rayonunda yerləşən qəsəbə və bələdiyyədir. Bələdiyyə Morava çayının sol sahilində yerləşir. Ərazisi 345 km² olan bələdiyyənin əhalisi 2011-ci ildəki statistik məlumatlara əsasən 40,578 nəfər təşkil edir. Velika Plananın iqtisadiyyatı sənayeyə əsaslanır və şəhərdə dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalçısı olan Goša FOM-un bir filialı və müdafiə sənayesi üçün detallar tədarük edən fabrik yerləşir.
An Luşan üsyanı
An Luşan üsyanı—16 dekabr 755-ci ildən 17 fevral 763-cü ilədək Çində baş vermiş üsyan. == Tarixi == Üsyan Tan sülaləsi dövründə 16 dekabr 755-ci ildə başlayıb Shi Chaonun initihar etməsi ilə 17 fevral 769-cu ildə bitmişdir. Çin ordusu generalı olan An Luşannın ərəbləri, göytürkləri və Soğdluları öz tərəfinə çəkərək Şimali Çində özünü imperator elan edib Yan sülaləsinin əsasını qoydu. Kidanlar göytürklərin sadiq müttəfiqi idilər, lakin xaqanlıq öz mövcudluğunu dayandırdıqda onların müqaviməti mənasız göründü. 745-ci ildə kidanların əsas başçısı mübarizəni dayandırdı. O, Sunqariy əyalətinin rəisi oldu. Lakin Mancuriyadakı sərhəd qoşunlarının korpus rəisi An Luşan kidanların üzərinə hücum etməyi və onları soymağı davam etdirirdi. Hiddətlənmiş kidanlar ayağa qalxdılar, lakin An Luşan onları dağıtdı. Lakin dəyişmiş başçı da müqavimət göstərməyə başladı. Çinlilər An Luşanı bu müharibənin təşəbbüsçüsü hesab edirdilər, guya o üsyançıları sakitləşdirmək və xidmət göstərmək üçün bu toqquşmanı salmışdı.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.