Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Petsit
Petsit — mineral, Ag3AuTe2. Petsit - Kubik. Aqreqat: kip, dənəvəri. Ayrılması yoxdur. Rəngi poladı-bozdan dəmiri-qaraya kimi, çox vaxt dəyişən rəngli. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,02. Hidrotermal kvars Au-Ag damarlarında silvanit, kalaverit, hessit, sərbəst Te və sulfidlərlə birlikdə. Geologiya terminlərinin izahlı lüğəti.
Pleksit
Pleksit — Onurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər. Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin davam edir. Bazu pleksiti zamanı çiyin və yuxarı ətraf əzələləri birlikdə prosesə cəlb olunur, körpücükaltı və körpücüküstü nahiyələr ağrılı olur, ağrı yuxarı ətrafa da vurur və süst-atrofik iflic baş verir. Yuxarı ətrafların hərəkəti məhdudlaşır. Xəstəlik əksər hallarda 2–3 ay müddətində sağalma ilə nəticələnir, bəzən isə yuxarı ətrafın periferik iflici sabit qalır. Bel-oma pleksitinin klinik əlamətləri bel nahiyəsində olan ağrılardan ibarətdir. Ağrılar bud və oturaq sinirləri boyunca yayılıb, hissi pozğunluqlar verir.
Plugin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Pausia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Aconitum clusii
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Gallitrichum clusii
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Salvia clusii
Salvia pratensis
Torminalis clusii
Ağrıovunduran quşarmudu (lat. Sorbus torminalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Skandinaviyada, Avropanın Atlantik okeanın bitişən hissəsində, Orta Avropada, Kiçik Asiyada təsvir edilmişdir. 8-10 (15) m hündürlüyündə, 15-30 bəzi hallarda 60 sm- diametrində olan ağacdır. Yaşlı budaqların qabığı tünd boz, cavanlarınkı sarı-yaşıl rəngdə olur. Tumurcuqları və zolağları, yarpaqları çılpaq, uzunsaplaqlıdır, konturu dəyirmi, yumurtavarı və ya enli ovaldır. Yuxarı hissəsi sivridir, qaidəsinə yaxın hissəsi enli pazşəkillidir, dəyirmi və ya azca ürəkvarıdır, 3-5 cüt sivri dilimi vardır, kənarı xırda mişardişlidir. Üstdən tünd, altdan açıq, yan damarları 3-7 cütdür. Çiçək qrupu çoxçiçəkli, budaqcıqları tüklüdür. Kasacığı az və ya çox keçətüklü, ucbucaq dişlidir.
Scorpius clusii
Alman nazı (lat. Genista germanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Cytisus germanicus (L.) Vis. Euteline germanica (L.) Raf. Lissera germanica (L.) Fourr. Voglera germanica (L.) Fourr.
Draco clusii
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Phlomis clusii
Phlomis lychnitis (lat. Phlomis lychnitis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Kuşit dilləri
Kuşit dilləri — Şimal-Şərqi və Şərqi afrikada yayılmış sami-hami dilləri qrupu. Kuşit dillərində 15,1 milyon adam danışır (1975). Kuşit dillərinə aqau, bedauye (beca), saxo, afar (danakil), Somali, qalla, sidamo, kimirra, ometo, kaffa, konso, arbore, eləcə də az öyrənilmiş moqoqoda, dume, daxalo (sane) və s. dillər daxildir. == İstinadlar == == Ədəbiyyat == А.П.Долгопольский. Сравнительно-историческая фонетика кушитских языков.
Lusia Haro
Lusia Haro (d. 22 avqust 1986; Kordoba, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusia Haro Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Lusid yuxu
Lusid yuxu və ya aydın yuxu — bu cür yuxulara verilən addır ki, insan yuxu görərkən yuxu gördüyünü bilir və yuxu görməyinin fərqindədir. Termin ilk dəfə Oksford Psixofizika İnstitutundan olan parapsixoloq Celia Green tərəfindən istifadə edilmişdir. Şərqdəki lusid yuxuya önəm verən bəzi mistik məktəblərdə ustad şagirdinə gördüyü psixofizioloji yuxunu istiqamətləndirmək üçün görüntüyə nəzarət üsullarını öyrədir. Bu üsulları tətbiq edə bilən tələbə yuxuda vəhşi bir heyvan tərəfindən təqib edilirsə, yuxusunda şüurlu olur (lusid yuxu vəziyyəti) və təsəvvürünə nəzarət etməsi sayəsində bu dəfə o vəhşi heyvanı yuxunun qalan hissəsində təqib edə bilər. Bəzi dairələrə görə yuxudan durduqdan sonra yuxuları yazmaq, düşünmək, meditasiya etmək və reallığı sınamaq texnikalarını tətbiq etmək (əlin divar girməsinə çalışmaq, saatı oxumaq) lusid yuxu görməkdə kömək edə bilər.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-cı dairəsi[d]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Cozef Lui Prust
Cozef Lui Prust (fr. Joseph Louis Proust, 26 sentyabr 1754, Anje — 5 iyul 1826, Anje) — fransız kimyaçısı. == Həyatı == Cozef Lui Prust 1754-cü ildə anadan olmuşdur. 1799-cu ildən 1806-cı ilə qədər olan dövrdə müxtəlif oksidlərin, sulfidlərin və başqa maddələrin tərkibini tədqiq etmişdir. Nəticədə kimyəvi birləşmələrin tərkibinin sabitliyi qanununu kəşf etmişdir. == Mənbə == Биографии великих химиков. Перевод с нем. под редакцией Быкова Г. В. — М.: Мир, 1981. 320 с. Волков В. А., Вонский Е. В., Кузнецова Г. И. Выдающиеся химики мира.
Nisica Puşiç-Korolyeviç
Nisica Puşiç-Korolyeviç (d. 20 mart 1984; Pozeqa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Nisica Puşiç-Korolyeviç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.