Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Didi Plevi
Didi Plevi (gürc. დიდი ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 530 nəfər idi. 2014-cü ildə 390 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Plevi
Patara Plevi (gürc. პატარა ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 278 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Plebey
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Plevlya
Plyevlya (mont. Пљевља - Pljevlja) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 30.786 nəfərdir.
Plevra
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Plevrit
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür. Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur. – bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.); – göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz); – viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar; – vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur); – sifilis, səpmə və qarın yatalağı, bruselyoz, tülyaremiya; – döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar. Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar. – plevranın bədxassəli şişləri (plevranın mezotelioması), ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və s. (plevritli pasiyentlərin 25%-də qeydə alınır); – birləşdirici toxumanın diffuz zədələnmələri (sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, sklerodermiya, revmatizm, sistemli vaskulit və s.); – ağciyər infarktı, miokard infarktı; – digər səbəblər (hemorragik diatezlər, leykozlar, pankreatit və s.).
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
Pervıy Kanal
Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır. "Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir.
Plebey tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Plevna mühasirəsi
Plevnanın mühasirəsi – 1877-1878-ci illər Rus-Türk Müharibəsinin əsas döyüşlərindən biri, Rusiya və Rumıniya birləşmiş ordusunun Plevna şəhərində Nuri-Qazi Osman Paşanın komandanlığı altında möhkəmlənmiş Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı.Türk ordusunun inadlı müdafiəsi rus qoşununun irəliləməsini gecikdirdi və Osmanlı hökumətinin İstanbul və Ədirnənin müdafiəsinin möhkəmləndirilməsinə imkan verdi, lakin ali türk komandanlığının yarıtmaz qərarları səbəbindən Plevna qarnizonu təslim olmaq məcburiyyətində qaldı. Plevna Rusşuka (bir qolu ilə Sistovoya) Arabkonak (Orxan aşırımı) keçidi ilə Sofiyaya və Lovçaya gedən yolların kəsişməsində, Sevlievo, Qabrovo, Şipkinski keçidindən Qazanlaka və Troyana gedən iki aşırımın yerləşdiyi ərazidədir. Orada əvvəllər 1810-cu ildə rus qoşunları tərəfindən dağıdılmış və yenidən bərpa edilməyən bir qala var idi. Zimnitsa yaxınlığında Dunay çayını keçdikdən sonra Rus Dynay ordusu Tarnovoya doğru uğurlu bir hücum təşkil etdi. İyulun 4-də (16) general Baron N.P Kridenerin Qərb dəstəsi Nikopolu aldı və beləliklə Dunayın sağ sahilindəki körpü plasdarmını 60 kilometrə qədər genişləndirdi. Rus ali baş komandanı Nikopolun itirilməsi ilə cəbhənin qərb hissəsindəki türklərin artıq hərəkətə keçə bilməyəcəyinə və qərbi Bolqarıstanın müdafiəsi ilə məşğul olacaqlarını düşünürdü. Ancaq Vidindəki türk birləşmələrinin rəhbəri Müşir (Marşal) Osman Paşa Baş Komandan Əbdülkərim Kaş Paşaya hərbi əməliyyatların ilkin planını dəyişdirməyi - Dunay çayı boyunca olan müdafiə xəttinin cinahlarında və Vidin boyu qalalarda dördbucaq şəklində qüvvələrin cəmləşməsini təklif etdi. Osman Paşa Vidində lazımi sayda əsgər saxlamağı, qalanlarını Plevnaya təxliyə etməyi, Tarnovoda Şumladan gələn Əhməd-Eyub Paşanın korpusu ilə birləşməyi və Sistovo istiqamətində qətiyyətli bir hücum başlatmağı əlverişli hesab edirdi. Planın son hissəsi uğursuz olduğu təqdirdə, Osman Paşanın fikrincə Balkan keçidlərinin müdafiəsi üçün böyük əhəmiyyət daşıyan Lovçada möhkəmlənmək vacib idi. Rusların son uğurları və Balkan silsiləsindən keçib zəif qorunan Ədirnə və Sofiyaya hücum edəcəkləri qorxusu altında türk komandanlığı bəzi dəyişikliklərlə Osman Paşanın təklifini qəbul etdi.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Sen-Plezir
Sen-Plezir (fr. Saint-Plaisir) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03251. 2008-ci ildə əhalinin sayı 408 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 258 nəfər (15-64 yaş) arasında 178 nəfər iqtisadi fəal, 80 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 69.0%, 1999-cu ildə 65.5%). Fəal olan 178 nəfərdən 161 nəfəri (92 kişi və 69 qadın), 17 nəfəri işsizdir (7 kişi və 10 qadın). 80 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 30 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Viktor Pelevin
Viktor Oleqoviç Pelevin (rus. Ви́ктор Оле́гович Пеле́вин, 22 noyabr 1962) — Rusiya yazıçısı. Viktor Oleqoviç Pelevin 1962-ci il, 22 noyabrda Moskvada anadan olub. 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugər İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Grevillea levis
Grevillea levis (lat. Grevillea levis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea levis (Olde & Marriott) Christenh.
Hyalmar Levin
Hyalmar Levin (14 iyun 1884 — 8 mart 1983) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Hyalmar Levin İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hyalmar Levin birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Kurt Levin
Kurt Levin (9 sentyabr 1890[…] – 12 fevral 1947[…]) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır. K. Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır. Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir.
Levis Hamilton
Lyuis Karl Devidson Hemilton (7 yanvar 1985[…]) — Britaniyalı idmançı, Formula-1 pilotu, 7 qat dünya çempionu (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). == Bioqrafiya == Lyuis Hemilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub. Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir. Lyuis Hemiltonun iki yaşı olanda valideynləri ayrılıb. Lyuis Hemilton anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb. Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır. 2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər.2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar.
Ləvin (Piranşəhr)
Ləvin (fars. لاوينب‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (65 ailə).
Solanum pleei
Solanum carolinense (lat. Solanum carolinense) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum carolinense f. albiflorum (Kuntze) Benke Solanum carolinense var. albiflorum Kuntze Solanum carolinense var. floridanum (Dunal) Chapm. Solanum carolinense var. pohlianum Dunal Solanum floridanum Raf.
Levin Reyçel
Reyçel Levin (ing. Rachel Levine, doğum adı Richard Levine) — Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət və siyasi xadimi. İxtisasca pediatr olan Reyçel 26 mart 2021-ci ildən Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsində çalışır. O, bundan əvvəl 2017–2021-ci illərdə Pensilvaniya Səhiyyə Departamentinin katibi vəzifəsində çalışıb. Həmçinin Pensilvaniya Dövlət Tibb Kollecində pediatriya və psixiatriya professorudur və əvvəllər 2015–2017-ci illərdə Pensilvaniya ştatının baş həkimi vəzifəsində çalışıb. 24 mart 2021-ci ildə ABŞ Senatı onu Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsinə təyin etdi. Reyçel Levin trans qadın olan azsaylı ABŞ hökumət rəsmilərindən biridir. O, tarixdə ölkə Senatı tərəfindən təsdiq tələb olunan vəzifəni tutan ilk trans qadın şəxsdir. == Şəxsi həyatı == Riçard Levin 28 oktyabr 1957-ci ildə Massaçusets ştatının Ueykfild şəhərində anadan olub. Milliyyətcə yəhudidir.