Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Robert Uolpol
Robert Uolpol (ing. Robert Walpole; 26 avqust (5 sentyabr) 1676, Houton[d], Norfolk qraflığı – 18 (29) mart 1745, Sent-Ceyms[d], Böyük London) — ingilis dövlət və siyasi xadimi, 1721-1742-ci illərdə Böyük Britaniyanın 1-ci Baş naziri. 1701-ci ildə taxt-tacın irsiliyi haqqında qəbul edilən qanuna əsasən Stüartlar sülaləsindən olan krallar həmişəlik İngiltərədə bu mövqeyə iddia etmək hüququndan məhrum edildilər. Ölkənin siyasi həyatında parlament qarşısında dövlət siyasətinə görə məsuliyyət daşıyan nazirlərin rolu güclənməyə başladı. Nazirlər kabineti parlamentdə üstünlük təşkil edən partiya nümayəndələrindən formalaşdırılırdı. Annanın krallığı zamanı üstünlük viqlər partiyasının əlinə keçdi. Amma böyük büdcə kəsirinə səbəb olmuş ispan irsi uğrunda mübarizə viq hökumətinin süqutunu sürətləndirdi. Hakimiyyətə gəlmiş torilər müharibəyə son qoydular. 1713-cü il Utrext sülhünə əsasən İngiltərə Hibraltar, Menorku adasını və assienta hüququnu aldı.bu hüquqa əsasən ingilislər 30 il ərzində İspaniyanın Amerikadakı müstəmləkələrinə qul gətirmək hüququ qazandılar. Amma müqavilənin başqa maddələri, xüsusilə də İspaniyaya gətirilən ingilis mallarına qoyulan gömrüyün artırılması tori hökumətinin nüfuzunu aşağı saldı və 1714-cü ildə viqlər yenidən hakimiyyətə gəldilər.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq[…]) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Məhəmməd Popəl
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Nikolay Popov
Nikolay Fyodoroviç Popov (d. 1905, Rusiya – ö. 1945, Polşa) — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Popov 1905-ci ildə Rusiyanın Samara vilayətinin Puqaçov rayonunun Tambovka kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kiçik leytenant idi. 2-ci zərbə ordusunun 340-cı atıcı alayının taqım komandiri. Donbas, Qafqaz, Ukrayna, Belarus torpaqlarında bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
Poopo gölü
Poopo gölü (isp. Lago Poopó) — Duzlu göl olaraq Boliviya ərazisində Oruro şəhərindən 130 km cənubda yerləşir. Göl dəniz səviyyəsindəm 3686 m hündürlükdə yerləşir. Göl dayazlığı ilə fərqlənir (3 metrdə az). Bu səbəbdən quraq mövsümlərdə yağıntının miqdarı gölün səviyəsinə öz təsirini göstərir. Gölün səthinin sahəsi 1100 – 2500 km² arasında dəyişir. Bu baxımdan Cənubi Amerika ərazisində ən iri duzlu göllərdən biridir. Ortalama sahəsi 1340 km² təşkil edir. Göl ən böyük səviyyəyə 1940-cı illərdə catmışdır. 1962-ci ilə qədər gölə Titikaka gölündən gələn Desaquadero çayı axırdı.
Popov adası
Popov adası (rus. Остров Попова) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisindəki İmeratrisa Yevgeniya arxipelaqına daxil olan ada Vladivostokdan 20 km cənubda, Ruskiy adasından 0,5 km cənub-qərbdə yerləşir. Ruskiy adasından Starka boğazı ilə ayrılır. Ada admiral Andrey Aleksandroviç Popovun şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. Adada Papov qəsəbəsi yerləşir. 2010-ci il məlumatına görə qəsəbədə 1 370 nəfər yaşayır. Adadan dörd km qərbdə İki Qardaş adaları yerləşir. Ada Vlkadivostok şəhər dairəsi ərazisinə daxildir.
Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Popov qalası
Popov qalası (ukr. Садиба Попова) — Ukraynanın Zaporojye vilayətindəki Popov zadəganlarının ailə mülkü. Q. A. Potyomkinin tərəfdaşlarından biri olan ilk sahibi Vasili Stepanoviç Popovun şərəfinə adlandırılmışdır. Mülkiyyətin yanında böyüyən Vasilyevka şəhəri öz adını mülkdən almışdır. Genişmiqyaslı malikanə (ümumiyyətlə "Popov qalası" kimi tanınır) 1864–84-cü illərdə tikilmişdir. Melitopol memarı A. N. Ageyenko tərəfindən general Vasili Pavloviç Popov üçün neo-qotik üslubda dizayn edilmişdir. 1993-cü ildən qorunan yardımçı tikililərin və mülkün at bağının ərazisində muzey təşkil edilmişdir. Qalanın və Vasilyevkanın özünün tarixi Popovlar ailəsi ilə sıx bağlıdır. XVIII əsrin sonlarında Vasili Stepanoviç Popov kazak qışlaqları və fermalarının yerində qəsəbə qurdu. I Pavelin dövründə o, istefasını aldı və mülklərini inkişaf etdirmək üçün Tauride əyalətinə getdi.
Aleksandr Popov (fizik)
Popov adası (ABŞ)
Popov adası (ing. Popof Island, aleut. Siitikdax̂) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. İlk dəfə xəritədə rəsmi olaraq 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən qeyd edilmişdir. Adanın sahəsi 93,651 km²-dir. Ən hündür yeri 472 metrdir. 2000-ci il siyahıyaalınmasına görə, adanın əhalisi 952 nəfər olmuşdur. Hamısı bir yaşayış məntəqəsində Sand Point şəhərində cəmləşmişdir.
RT-2PM Topol
Topol RS-12m, (rus: РТ-2ПМ Тополь ("Poplar"); NATO kod adı SS-25 Sickle) Rus istehsalı olan dünyanın ən uzun mənzilə sahib (10.000 km) yerdən-yerə ballistik raketi hesab edilir. 3 mərhələli olub hədəfinə sabit bir yerdən yaxınlaşmaz.; yəni istədiyi yerdən istədiyi zaman atəş aça bilər. 1 ton döyüş başlığı daşıya bilir və təxminən 45 ton ağırlığındadır. RT-2PM2 "Topol" raketləri isə 11500 kilometrə qədər məsafəyə uçur və 500 kiloton zərbəyə malikdir.
Con Popl
1998-ci ildə kimya üzrə Nobel mükafatçısı Con Popl 1925-ci ilin oktyabrın 31-də Böyük Britaniyada anadan olmuşdur. Özünün bütün dərəcələrini Kembric universitetində almışdır, o cümlədən 1951-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini. Pensilvaniya ştatında (ABŞ) Karnegi Mellona universitetində 1964-1974-cü illərdə kimyəvi fizika üzrə Karnegi-prefessor və 1974-1991-ci illərdə təbiət elmləri üzrə Con-Kristian-Uorner-professor işləmişdir. 1991-ci ildən Şimali-Qərb universitetində işləmişdir. 2004-cü ilin martın 15-də vəfat etmişdir. Popl London Kral cəmiyyətinin üzvü, ABŞ-nin Milli elmlər akademiyasının xarici üzvü, Avstraliya elmlər akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Amerika kimya cəmiyyətinin Laynus Polinq mükafatına, 1988-ci ildə Kral cəmiyyətinin Devi medalına və 1992-ci ildə İsrailin Volf mükafatına layiq görülüb. İstvan Xarqitti 1995-ci ildə Evanstonda Poplun kabinetində müsahibə almış və onu “Kimya həmsöhbəti” (The Cemical Intelligencer. 1197, 3(3), 14-19) jurnalında çap etdirib.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.
RT-2UTTKh Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.