Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naşa Jizn (qəzet)
Naşa Jizn — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il noyabrın 6-dan (19-dan) 1906-cı il iyulun 11-dək (24-dək) fasilələrlə Peterburqda çıxmışdır. Naşa Dni (qəzet) V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Şkola i jizn (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. == Xarakter inkişafı == Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. == Görünüşlər == Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Pedro Madruqa
Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu. Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur. Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır. 1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır.
Dərman poruğu
Meşə poruğu
Lavandayarpaq poruq
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Ləvəndyarpaq poruq
Mərcanotuçiçək poruq
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
İriçiçəkli poruq
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Jikji
Jikji başlığı "Böyük Buddist Kahinlərin Zen Təlimlərinin Antologiyası"na tərcümə edilə bilən Koreya Buddist sənədinin qısaldılmış adıdır. Jikji Simche, "Zen meditasiyası ilə insanın ürəyinə düzgün baxsanız, ürəyin təbiətinin Buddanın ürəyi olduğunu başa düşəcəksiniz" deməkdir.Bu, 1377-ci ildə Qoryeo sülaləsi dövründə çap edilmiş daşınan metal tipli çap olunmuş dünyanın ən qədim kitabıdır. UNESCO, Jikji'nin 2001-ci ilin sentyabrında dünyanın ən qədim metallioid tipi olaraq təsdiqlədi və onu dünya proqramının xatirəsinə daxil etdi. Jikji 1377-ci ildə Heungdeok məbədində, İohannes Qutenberqin 1452-1455-ci illərdə çap edilmiş məşhur "42 sətirlik İncil"indən 78 il əvvəl nəşr edilmişdir."Jikji"nin böyük hissəsi indi itib və bu gün yalnız sonuncu cild qalıb və Fransa Milli Kitabxanasının Manuscrits Orientaux bölməsində saxlanılır. Fransa milli kitabxanası onun rəqəmsal nüsxəsini onlayn yerləşdirib. == Müəlliflik == Jikji Haejuda Anguk və Şinqvanq məbədlərinin baş keşişi kimi xidmət etmiş Buddist rahib Baegun (1298-1374, Buddist adı Gyeonghan) tərəfindən yazılmışdır və 1372-ci ildə Seonqbulsanda iki cilddə nəşr edilmişdir. Baegun 1374-cü ildə Yeojuda Çviam məbədində vəfat etmişdir. == Məzmunu == Jikji, ardıcıl nəsillər boyu ən hörmətli Buddist rahiblərin analektlərindən çıxarışlar toplusundan ibarətdir. Gyeonghan onu Goryeo sülaləsi (918-1392) dövründə Koreyanın milli dini olan Buddizm tələbələri üçün bələdçi kimi tərtib etmişdir. Mətn Yaponiyanın Zen Buddizminin sələfi olan Seonun əsaslarını irəli sürür.
Jindi
Jindi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 278 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib, "aşağı kənd" mənasındadır.
Jipsi
Jipsi (fr. Gipcy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Rioni
Rioni (gürc. რიონი) — Cənubi Qafqazın ən böyük çaylarından biri. Qədim dövrdə Fazis adı ilə tanınırdı. Svan dilində rien - böyük çay deməkdir. Uzunluğu 327 km, hövzəsinin sahəsi 13400 km²-dır. 327 km olmaqla, uzunluğuna görə Gürcüstanda üçüncü ən böyük çaydır. Böyük Qafqaz dağlarında mənbəyini götürür, Kolxida vadisi boyunca axaraq Poti şəhərindən Qara dənizə tökülür. Üzərində Rioni SES tikilib.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
İznik
İznik — Bursanın ilçəsi. İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
Çini
Çini və ya Fəğfur (türk. farfur, fağfur, fars. fəğfur, rus. farfor) — su və qaz keçirməyən keramika növu. İlk dəfə Çində yarandığı üçun ölkəmizdə "Çini" adıyla məşhudur. Taxta çubuqla yüngülcə vurulduqda, özunə xarakterik yüksək tonlu aydın bir səs çıxarır. Məhsulun forma və qalınlığından asılı olaraq ton fərqli ola bilər. İngilis dilli ədəbiyyatdakı "çini" terminini ifadə etmək üçun istifadə edilən "porcelain" ( / ˈp ɔ ː r s ə l ɪ n /) termini, tez-tez tibbi və texniki keramika üçün istifadə olunur. Çini kaolin (Al 2 O 3 * 2SiO 2 * 2H 2 O), kvars (SiO 2), feldispat (seriya K [Alsi 3 O 8] — Na [Alsi 3 O 8] — Ca [Al 2 Si 2 O 8 ]) və plastik gil (əsasən kaolin, ionların daxilolmaları ilə — xromoforlar ) qarışdırılaraq bişirilmə yolu ilə əldə edilir. Çini kütləsinin tərkibinə görə yumşaq və sərt olmaqla iki qrupa bölünür.
Dini
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.