Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rossoş
Rossoş — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Rossoş çayı
Rossoş çayı — Rostov vilayəti və Krasnodar vilayəti ərazisindən axan çay. Rossoş çayı Elbuzd çayının əsas və sağ qolunu təşkil edir. O isə öz növbəsində Azov dənizinə tökülən Kaqalnik çayının bir qolunu təşkil edir. Rossoş çayının uzunluğu 41,6 km təşkil edir. Çay Krasnodar vilayətinin sərhəd hissəsindən axaraq Rostov ərazisinə axır. Rossoş çayı əsasən bataqlıq, yağış suları ilə qidalanır. Çay sistemi: Rossoş çayı → Elbuzd → Kaqalnik. Çayın mənsəbi 39 metr hündürlükdə yerlışir. == Axın == Rossoş çayı Orta Elbuzd və Kiçik Elbuzd çaylarınln birləşməsindən əmələ gəlir. Çay bir qayda olaraq qərbə axır.
Jülyen Ponso
Jülyen Ponso (28 noyabr 2000-ci ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Ponso Loryan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 14 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Ponso peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valansyen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 2-də debütünü üç gün sonra yenidən Valansyen klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Cimmi Kabotu əvəz etmişdir. Liqa 2 görüşündə Loryan rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Rodos (şəhər)
Rodos (yun. Ρόδος) — Yunanıstana aid Rodos adasının şimalında liman şəhəri. Şəhər Diaqoras Hava Limanının 12 kilometr (7.5 mil) şimal-şərqdə, Egey dənizinin Rodos boğazı sahilindədir. 2011-ci il əhali siyahıyaalmasına görə, şəhər əhalisi 49.541 nəfərdir. Şəhər Cənubi Egey adaları periferiyasındakı Rodos periferik vahidi tərkibində olan Rodos nomunun inzibati mərkəzidir. Ticarət və turizm mərkəzi olan Rodosun sakinləri əsasən kənd təsərrüfatı məhsullarının emalı və balıq ovu ilə məşğuldurlar.
Rodos Heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodos Nəhəngi

Rodos adası
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rodos fəthi
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Rodos türkmanları
Rodos türkmanları (türk. Rodos Türkmenleri) — 1522-ci ildə Rodos adasının Osmanlı dövlətinə birləşdirilməsi ilə adanı türkləşdirmək məqsədi ilə Anadoludan adaya köçürülən türkman tayfaları. Bu tayfalar Bayandur, Döyər, Qayı, Salur və Yıvadır.
Rodos şəhəri
Rodos (yun. Ρόδος) — Yunanıstana aid Rodos adasının şimalında liman şəhəri. Şəhər Diaqoras Hava Limanının 12 kilometr (7.5 mil) şimal-şərqdə, Egey dənizinin Rodos boğazı sahilindədir. 2011-ci il əhali siyahıyaalmasına görə, şəhər əhalisi 49.541 nəfərdir. Şəhər Cənubi Egey adaları periferiyasındakı Rodos periferik vahidi tərkibində olan Rodos nomunun inzibati mərkəzidir. Ticarət və turizm mərkəzi olan Rodosun sakinləri əsasən kənd təsərrüfatı məhsullarının emalı və balıq ovu ilə məşğuldurlar.
Rodos əjdahası
Rodos əjdahası — əfsanəyə görə 1340-cı illərdə, səlibçilərin hökmranlığı dövründə, Rodos adasının əhalisinə divan tutan və Müqəddəs Stefan dağının (Monte Smit) ətəyində yaşayan kiçik ölçülərə malik əjdaha. Bu əjdaha, iddialara görə, çox təhlükəli idi və çox adam öldürmüşdü, hətta Hospitalyerlər ordeninin böyük magistri Elion de Vilnyöv öz əsgərlərinə onunla döyüşməyi qadağan etmişdi. Lakin əfsanəyə görə Dyedonne de Qozon adlı cəngavər onun əmrinə tabe olmayaraq, öz vətəni Taraskonda xüsusi şarnirlər üzərində yığdırdığı taxta əjdaha modeli üzərində öz döyüş texnikasını uzun müddət təkmilləşdirdi və 1342 və ya 1345-ci ildə Rodosa geri qayıtdı. Özü ilə 2 nəhəng it götürərək əjdahanı tapdı və onu öldürərək yerli əhalinin canını qurtardı və əjdahanın başını qala divarlarının üzərinə sancdı. Alimlər bu əfsanəni artıq bir neçə yüz ildir tədqiq edirlər və bəziləri güman edirlər ki, qeyd edilən canlının kiçik ölçüləri nəzərə alınarsa, bu hekayə əslində hansısa real canlının öldürülməsindən bəhs edir, amma sonradan xalq folklorunda o əjdahaya çevrilib. Belə bir versiya var ki, Lambton qurdu haqda əfsanə məhz Rodos əjdahası haqda əfsanənin təsiri ilə yaranıb. == Antik dövr == Hələ qədim dövrlərdə Rodos adasında fövqəltəbii ilanlar və əjdahalar haqda əfsanələr dolaşırdı. Siciliyalı Diodor (e.ə. təxm. 90 — 30-cu illər) bənzər əfsanədən bəhs edir: “Sonra Rodos torpağında fövqəltəbii ölçülərə malik ilanlar peyda oldular və onlar çoxlu insanı məhv etdilər.
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Poqos Nübar
Poqos Nübar (q.erm. Պօղոս Նուպար; 2 avqust 1851, Konstantinopol, Osmanlı imperiyası – 25 iyun 1930[…], XVI arondisman (Paris)[d]) — Misirin üç dəfə valisi olmuş Nübar Paşanın oğlu. Erməni Milli Nümayəndə heyətinin sədri və digər on erməni milli hərəkatının lideri ilə birlikdə 1906-cı il aprelin 15-də Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) qurmuş və 1906-1928-ci illərdə onun ilk prezidenti olmuşdur. 1912-ci ildə o, katolikos V Gevorq tərəfindən Ermənistan Milli Nümayəndə heyətinə sədr təyin edilib. == Həyatı == Nübar 1851-ci ildə İstanbulda anadan olub. Onun atası Misirin baş naziri Nübar Paşa olub. Misir və Fransada inşaat mühəndisi kimi təhsil alıb. Misirdə su işləri və Sudanda suvarma layihələrində çalışıb.
Todos (memar)
Todos və ya Todosak (erm. Թոդոսակ; VI əsr – VII əsr) — orta əsr erməni memarı. O, Ermənistan və Gürcüstanda bir sıra kilsələr tikmişdir. İndiki dövrdə Todosun həyatı haqqında çox az şey məlumdur. == Kilsələr == Ateni Sionu — VII əsrdə inşa edilmişdir. Avan bazilikası 588–597-ci illərdə inşa edilmişdir. Cvari monastırı — 605–642 aralığında Todos tərəfindən inşa edildiyi güman olunur.
Rodos heykəli (Dali)
Rodos nəhəngi — İspaniya sürrealist rəssamı Salvador Dalinin 1954-cü ildə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Bu, 1956-cı ildə yayımlanan "Dünyanın yeddi möcüzəsi" sənədli filmi üçün Dalinin çəkdiyi və möcüzələrdən hər birini təsvir edən yeddi rəsmdən ibarət seriyaya daxildir. Rəsm yunan mifologiyasındakı titanlardan biri olan günəş tanrısı Heliosu təsvir edən qədim Rodos nəhəngi haqqındadır. 1981-ci ildə Bern İncəsənət Muzeyinə hədiyyə edilən rəsm filmdə heç vaxt istifadə olunmamışdır və hələ də muzeydə nümayiş etdirilir. Dalinin səyləri nəticəsində sürrealizm hərəkatının çiçəklənməsindən iyirmi il sonra çəkilmiş bu rəsm Dalinin avanqard janrından meynstrim istiqamətə keçidini ifadə edir. 1940-cı ildə ABŞ-yə köçdükdən sonra maliyyə problemlərinin təzyiqi altında qalmış və Hollivud heyranlığından təsirlənən Dali diqqətini şüursuzluq və qavrayış ilə bağlı əvvəlki araşdırmalarından yayındıraraq tarixi və elmi mövzulara keçmişdir. Dalinin şərhinə Britaniya muzeyində heykəltaraş və konservator olan Herbert Merionun 1953-cü ildə yazdığı məqalə təsir etmişdir. Merion tarixi heykəlin döyülmüş tunc lövhələrdən ibarət olduğunu və limanın üstündə deyil, yanında olduğunu irəli sürmüşdür. O, həmçinin heykələ sabit ştativ bazası vermək üçün asma pərdənin istifadə edildiyini təklif etmişdir. Bütün bu elementləri Dali bir araya gətirmişdir.
Rodos nəhəngi (Dali)

Mariya Vittoriya dal Posso
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.