Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Peşrov
Peşrov (Pişro) — Şirvan aşıq mühitinə məxsus hava növü və onun oxunuş tərzi. Şirvan aşıq məclislərində birinci ustadnamə “Peşrov” havası ilə ifa olunur, ikinci ustadnamə oxunmur, yalnız söylənilir, üçüncü ustadnamədə isə hər hansı bir “Şikəstə” havasından istifadə edilir. “Peşrov” sırf dastan yaradıcılığı ilə bağlı meydana gəlmiş janrdır. “Peşrov”un müstəqil hava şəklində ifa olunmasına baxmayaraq, onun əsas funksiyası məclisin açılışı ilə bağlıdır. Səciyyəvidir ki, klassik türk musiqi növü olan “fasıl”ın da instrumental müqəddiməsi “Pişro” adlanır. Şirvan aşıq mühitində “Peşrov”un bir janr kimi təkmilləşməsində Aşıq Mirzə Bilalın və zurnaçalan Əli Kərimovun əvəzsiz xidmətləri olmuşdur. Peşrov havalar silsiləsinə “Şirvan peşrovu”, “Çobanyaylağı peşrov”, “Eyvazı”, “Şur peşrov”, “Kərəm peşrov”, “Koroğlu peşrov”, “Qafiyə peşrov”, “İbrahimi”, “Əlicadi peşrov”, “Hicazi peşrov”, “Qobustan peşrov”, "Bilal peşrov” daxildir.
Pokrovka
Pokrovka (Əbyəlil) — Pokrovka (Auırqazı) — Pokrovka (Baymak) — Pokrovka (Şaran) Pokrovka (Cəlilabad) — Cəlilabad rayonunun Günəşli kəndinin 27 mart 2001-ci ilə qədərki adı. Pokrovka (Sabirabad) — Sabirabad rayonunun Qaratəpə kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Poqrom
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Xosrov
Xosrov (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. == Ümumi məlumat == Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. == Tarixi == Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
Albert Popkov
Albert Popkov (26 sentiyabr 1972) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Odnoklassniki-in qurucusu Rusiyalı proqramçı == Həyatı == Albert Popkovun 1972-ci il, 26 sentyabrda dünyaya gəldiyi Rusiyanın Cənubi Saxalinsk şəhərindən başlanır. 1975-ci ildə Popkovlar ailəsi Moskvaya köçür, burada Albert texnikumda təhsil alır və eyni zamanda Moskva Hesablama Maşınqayırması Elmi Tədqiqat İnstitutunda proqramçı kimi çalışır. Albert 8 dərəcəli fərdi kompüterlər - "Vektor" və "Korvet" üçün proqram təminatının yaradılması ilə məşğul olurdu. Bu maşınlar Sovet İttifaqının məktəblərində uşaqların informatika təlimi üçün geniş istifadə olunurdu. Təhsil müəssisəsini bitirdikdən sonra gənc oğlan həyatda öz yerini axtarmağa başlayır. 90-cı illərdə proqramçıların maddi durumu elə də ürəkaçan deyildi. Ona görə də Albert bir sıra işlərlə məşğul olur: mağazada satıcı işləyir, karandaş fabrikində çalışır, hətta bazarda batareya satır. 1995-ci ildən Albert Pokov veb dizaynla məşğul olmağa başlayır. O, bir neçə böyük qərb şirkətinin saytını yaradır. 90-cı illərin sonlarında "i-CD Publishing" şirkəti Alberti Böyük Britaniyaya işə dəvət edir.
Aleksandr Petrov
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). Aleksandr Petrov (basketbolçu) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı.
Andrey Petrov
Andrey Petrov (bəstəkar) — məşhur sovet-rus kino bəstəkarı. Andrey Petrov (atlet) — Özbəkistanlı marafonçu.
Dmitri Petrov
Dmitri Yuryeviç Petrov (Дмитрий Юрьевич Петров; d. 16 iyul 1958) – tərcüməçi, pedaqoq.
II Xosrov
II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570-ci illər, Ktesifon – 28 fevral 628, Ktesifon, Sasanilər İmperiyası) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir. Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir. == Bioqrafiyası == === Erkən həyatı === II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur. === Şəxsiyyəti və bacarıqları === Tarixçi Təbəri II Xosrovu belə təsvir edir: Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur. === Taxta gəlməsi === Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.
I Xosrov
I Xosrov Ənuşirəvani (ölməz ruhlu)(ərəb qaynaqlarında "Qubaz"; 501, Ərdistan, Sasanilər İmperiyası – 579, Ktesifon, Sasanilər İmperiyası) — 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı. == Həyatı == Ənuşirvan qonşu Bizansla uğurlu müharibələr aparmış, 570-ci ildə isə onun ordusu Yəməni tutmuşdur. Ənuşirvan atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dovlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər öz dövlət quruculuğunda istifadə etmişlər. Onun hakimiyyəti dövrü Sasanilər dövlətinin ən qüdrətli dövrü olmuşdur.Tarixdə Nuşirəvan Adil kimi tanınmışdır. Orta əsr ərəb müəlliflərindən Əhməd ibn Vahid əl-Yaqubi (IX əsrin sonu), İbn əl-Fakih əl-Həmədani (X əsr), Yaqut ər-Rumi əl-Həməvi (XIII əsr) yazırlar ki, Naxçıvan şəhəri Sasani hökmdarlarından I Xosrov Ənuşirəvan tərəfindən eramızın VI əsrində inşa edilmişdir. Hətta Yaqut əl-Həməvi "Mucəm əl-Buldan" əsərində göstərir ki, Basfuracan dairəsinin baş şəhəri olan Nəşəva yəni Naxçıvan həmin şəhərdir ki, Ənuşirəvan bu şəhəri Bab əl-Əbvabla eyni vaxtda inşa etdirmişdir. Qeyd edək ki, müəllif həmin əsərin başqa yerində Bab əl-Əbvabı yəni Dərbənd şəhərini I Xosrov Ənuşirəvanın inşa etdirdiyini göstərmişdir. Bu müəlliflər də şəhərin yaranma tarixini VI əsrə aid edirlər. Lakin onlar inşa tarixini Bəhram Çubinin vaxtında deyil, ondan əvvəl hakimiyyətdə olmuş I Xosrov Ənuşirəvanın hakimiyyəti zamanı olduğunu göstərmişlər.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Mixail Popkov
Mixail Daniloviç Popkov (14 noyabr 1924 – 23 avqust 2023) — sovet hərbi xadimi, General-polkovnik (1979). 1943-cü ildən Ümumittifaq Kommunist (bolşevik) Partiyasının üzvü; Sovet İttifaqının Kommunist Partiyasının MK-nin üzvlüyünə namizəd (1981–1990). Naxçıvan MSSR-dən SSRİ Ali sovetinin Millətlər sovetinin 11-ci çağırışdan deputatı (1984–1989). == Həyatı == 1924-cü il 11 noyabrda Kaluqa vilayətinin Yuxnovski rayonunun Astapova-Sloboda kəndində anadan olub. Milliyətcə rusdur. 1943-cü ildə Xarkov hərbi-siyasi məktəbini, 1950-ci ildə V. İ. Lenin adına hərbi-siyasi akademiyanı, 1966-cı ildə isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib. 1942-ci ilin martından Qırmızı Ordu sıralarında Böyük Vətən Müharibəsinin iştirakçısı olur. 185-ci ehtiyat atıcı alayda hərbi xidmətə başlamış daha sonra ön cəbhədə 766-cı atıcı alayın, Qərb cəbhəsinin 217-ci atıcı diviziyasının 49-cu ordusunun tərkibində xidmətə cəlb olunub. 1942-ci ilin avqustundan Qretnya rayonunda alman qoşunlarının qarşısının alınmasında iştirak edir. 1942-ci ilin noyabrından Popkov həmin vaxt Daşkənddə yerləşən Xarkov hərbi-siyasi məktəbində təhsil almağa göndərilir.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nikita Povarov
Nikita Aleksandroviç Povarov (rus. Никита Александрович Поваров; 6 aprel 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Povarov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Pokrovka (Auırqazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Avurğazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Bakalı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (84%) üstünlük təşkil edir.
Pokrovka (Baymak)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 64 km, kənd sovetliyindən (Urqaza): 35 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 28 km.
Pokrovka (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. == Tarixi == Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. === Tarixi abidələri === Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Pokrovka (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. == Əhalisi == === Şəhidləri === == Mədəniyyəti == Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Pokrovka (Şaran)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Pokrovka (Əbyəlil)
Pokrovka kəndi (başq. Покровка) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Pokrovka kəndinin milli tərkibi: başqırdlar (58 %), ruslar (29 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 55 km., kənd sovetliyindən (Qızıl Başqırdıstan): 30 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 25 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi == Həyatı == 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.