Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hokusay
Katsuşika Hokusay (葛飾 北斎, 31 oktyabr 1760 – 10 may 1849[…], Asakusa[d], Edo[d]) — yapon ukiyo-e rəssamı, illüstrator, oymaçı. Əsl adı Tokitarodur, ən məşhur təxəllüsü "Hokusay" yapon dilindən tərcümədə "şimal studiyası" deməkdir. Hokusay antologiyalar, erotik kitablar, rəsm albomları, əllə rənglənən kitablar və tarixi romanlar kimi bir çox fərqli növdə iş hazırlamışdır. Əsərlərinin böyük hissəsini 60 yaşından sonra çəkmişdir. O, Asiya tərzi iki ölçülü perspektiv anlayışını buraxıb, Qərb tərzində olan rəsmlərdə gördüyü yeni perspektiv texnikasını mənimsəmiş, rəmslərini bu texnika ilə hazırlamağa başlamışdır. Dünyanın qalan hissəsindən izolyasiya olmuş Yaponiyada ənənəvi rəsm texnikasından çox fərqlənən bu yeni rəsm texnikasını dövrün Yaponiyasında inqilabi dəyişiklik kimi görülmüş, Hokusayın Qərb dünyasında tanınmasında rol oynamışdır. Hokusayın əsərləri Vinsent Van Qoq kimi bir çox sənətkara ilham mənbəyi olmuş, onun 75 yaşında çəkdiyi 3 cildlik "Fuci dağının 100 görünüşü" kitabı Avropa incəsənətində təsir göstərmişdir. Həyatı boyunca 30 mindən çox əsər işləmişdir. == Həyatı == === İlk illəri === Katsuşika Hokusay 1760-cı ildə Edo şəhərində (indiki Tokio) Katsuşika bölgəsində anadan olmuşdur. Doğum adı Tokitarodur.
Katsuşika Hokusay

Sumida Hokusay Muzeyi
Sumida Hokusay Muzeyi (すみだ北斎美術館, Sumida Hokusay Bicutsukan) – Yaponiyanın Tokio şəhərində ukiyo-e sənətçisi Hokusaya həsr olunmuş muzey. Muzey Hokusayın anadan olduğu və həyatının böyük hissəsini keçirdiyi Sumida rayonunun cənubunda yerləşir. Muzey 22 noyabr 2016-cı ildə Sumida rayonunun yerli hakimiyyəti tərəfindən açılmışdır. Muzeyin loqosu Hokusayın "Zirvənin ətəyində fırtına" əsərindəki ildırım təsviri əsasında hazırlanmışdır. Muzeyin sonuncu mərtəbəsində "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin bir hissəsi ukiyo-e əsərlərinin yaradılma prosesinə həsr olunmuşdur. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir. Burada xüsusi sərgilərə malik əlavə qalereyalar yerləşir. Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Burada döşəmədə yaradıcılıqla məşğul olan 84 yaşlı Hokusayın və ona tamaşa edən qızı Katsuşika Oinin fiqurları yerləşdirilmişdir.
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
Polsat Sport News
«Polsat Sport 3» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Fokus Pokus (film, 1993)
Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir. Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney Channel və Freeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır. Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır. Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.