Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324 və ya 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Marko Polo (teleserial, 2014)
Marko Polo - venesiyalı səyyah Marko Polonun Monqol İmperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş amerikan televiziya serialıdır. Şou 12 dekabr 2014-cü ildə Neftliksdə başlayıb Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir. İstehsalçı şirkət Weinstein kompaniyasıdır. 2015-ci il yanvarın 7-də Neftliks serialı 10 seriyalıq ikinci sezon üçün uzatdı. Lorenzo Richelmy - Marko Polo Benedict Wong - Xubilay xan Joan Chen - Yuan dövlətinin kraliçası Çabi. Rick Yune - Kaydu xan, Xubilay xanın qohumu Amr Waked - Xubilay xanın naibi Yusuf Remy Hii - Xubilay xanın vəliəhdi Şahzadə Cinqim Zhu Zhu - Monqolustanın Bayat qəbiləsinin mavi şahzadəsi Kokaçin Tom Wu - Daosist keşisi Yüz gözlər Mahesh Jadu - Xubilay xanın Maliyyə naziri Əhməd Fənakəti Olivia Cheng - İmperator Lizonqun son cariyəsi Mei Lin Uli Latukefu - Byamba, Xubilay xanın qeyri-qanuni oğlu Chin Han - Cia Sidao, İmperator Binqin və İmperator Duanzonqun kansleri və Mei Linin qardaşı Pierfrancesco Favino - Nikkolo Polo, Markonun atası Baljinnyamyn Amarsaikhan - Arıq Buğa , Xubilay xanın qardaşı Corrado Invernizzi - Maffeo Polo, Markonun əmisi Tan Kheng Hua - Xie Daoqinq, Sun imperiyasının kraliçası Claudia Kim - Xutulun, Kaydu xanın qızı Oon Shu An - Jing Fei, Mei Linin dostu Darwin Shaw - Sabbah Serialın çəkilməsi ilk olaraq Starzda başladı. Starz 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı. Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt Weinstein Komaniyasına geri verildi. Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi. Proyekt 2014-cü ilin yanvarında Neftliks kanalında rəsmi olaraq elan edildi.
Nikkolo və Maffeo Polo
Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) Polo — Marko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar. XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər. XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər. Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Holon
Holon - İsrailin mərkəz dairəsində yerləşən şəhər. 1936-cı ildə qurulmuşdur.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kolxoz
Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi. 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur". SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Molox
Molox (mas: מֹלֶךְ; q.yun. Μόλοχ, lat. Moloch) — qədim Finikiyada və Karfagen dinində günəş tanrısı. Bibliyada ammonların tanrısı kimi xatırlanır. Finikiya dilində molek – hökmdar deməkdir. Moloxun şərəfinə hərbi əsirlər, bəzi hallarda azyaşlı əyan uşaqları qurban verilərək yandırırdılar. Cooper, Alan M. Phoenician Religion [first edition] // Jones, Lindsay (redaktor). Encyclopedia of Religion. 10 (2). Macmillan Reference.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Pilot
Pilot — təyyarəni idarə edən şəxs (təyyarə, helikopter, planer, hava gəmisi və s.). Bu həm peşə, həm ixtisas, həm də hobbi ola bilər. Pilotlara aviator, pilot da deyilir. SSRİ Silahlı Qüvvələrinin Qırmızı Ordusunda qırmızı uçaqlar deyilirdi. Ədəbiyyatda ifadələr var: Hərbi pilot, Mülki pilot və s. Ən çox pilotlar hərbi, mülki və həvəskarlara bölünür (bölmə şərtlidir, çünki bəzən hərbi pilotlar mülki aviasiyada dövlət qulluğuna keçirlər — məsələn, bu II Dünya Müharibəsi başa çatdıqdan sonra tipik idi). Həm yeni təyyarə, həm də fabrikdə istehsal olunan üst-üstə düşmələri sınayan pilot eksperimental pilotlar (sınaq pilotları) da var. Peşəkar pilotlar uçuş məktəblərində, həvəskar pilotlar — uçuş klublarda təlim alırlar. Geniş bir fərdi kompüter istifadəçisi olan aviasiya trenajorlarının meydana gəlməsi ilə, simulyatorlara həsr olunmuş onlayn cəmiyyətlərdə, yeni bir növ pilotun ortaya çıxması haqqında danışırlar. Buna baxmayaraq, bu konsepsiya real aviasiya ilə əlaqəli deyil.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Beşinci kolon
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Bolon gölü
Bolon (Bolen, Nuri-Ocal və ya Boulen-Ocal) — Rusiyanın Xabarovsk diyarının Amur vilayəti ərazisində yerləşir. Göl Orta Amur düzənliyində qərar tutur. Sahəsi 338 km², dərinliyi 4 metr təşkil edir. Amur çayının sağ sahilindən 10 km aralıda yerləşir. Göl Amursk şəhərindən 40 km cənub-qərbdə yerləşir. Göl əsasən qar və su suları ilə qidalanır. Gölə Simmi, Xarpi və Syomnyor çayları tökülür. Göldən isə Siy çayı başlayır. Axar sonuncda Amura tökülür. Bu axarın sularında gümüş aşkarlamaq olur.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Cerma Kolon
Cerma Kolon i Domeneç (30 noyabr 1928, Kastelyon vilayəti[d], Valensiya icması[d] – 22 mart 2020[…], Barselona) — ispan dilçi, pedaqoq və filosof. Kolon 30 noyabr 1928-ci ildə İspaniyanın Kastelyon-de-la-Plana şəhərində anadan olub. Roma fəlsəfəsini öyrənmiş və əsərlər yazmışdır. İsveçrənin Bazel Universitetində professor vəzifəsində çalışıb.