KOLAZ

is. Dibi yastı ensiz qayıq.
Soyuq havada dəniz və ya göldə ördək dəstələrini ovlayan ovçu kiçik qayıq və ya kolazı yaxşı sürə bilməlidir. M.Rzaquluzadə.

KOLAVAT
KOLAZÇI
OBASTAN VİKİ
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.

Значение слова в других словарях

а вдоба́вок бузина́ вздра́гивание глухарёнок зельц минда́ль Мо́рзе о́й ли статуэ́тка фи́рма-дистрибью́тор хлопьеви́дный вкру́чивать Га́нза поня́тливость промётывание стаж стерженёк -ae buffo jumping jack keelie laid southpaw sphero- town dweller