Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pomerol
Pomerol (fr. Pomayrols, oks. Pomairòls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12184. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 39 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 70,0%).
Comrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Domera
Domera (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali-qərbi Monlyusoon kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03101. 2008-ci ildə əhalinin sayı 9004 nəfər təşkil edirdi. 2007-ci ildə 5558 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 3745 nəfər iqtisadi cəhətdən fəal, 1813 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə 67.0%). 3745 fəal 3444 nəfərdən (1776 kişi və 1668 qadın), 301 nəfəri işsiz (123 kişi və 178 qadın) idi. 1813 hərəkətsiz, 394 nəfər şagird və ya tələbə, 879 nəfər təqaüdçü, 540 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Komrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Pomorav dairəsi
Pomorav dairəsi (serb. Поморавски управни округ) — Serbiyanın mərkəzi hissəsində dairə. Dairənin ərazisi 6 icmaya bölünmüşdür: Yaqodina Çupriya Paraçin Svilaynats Despotovats Rekovats Dairənin əhalisinin etnik tərkibi həmcinsliklə fərqlənir: burada 203 419 serb (94,8 %), 1938 Vlax (0,9 %), 2638 qaraçı (1,2 %) və digərləri (2011) yaşayır.
Teline gomerae
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Komrat Respublikası
Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika. 1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı. Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. 6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu. 10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Pomeranz-Fritiş reaksiyası
Pomeranz-Fritş reaksiyası- həmçinin Pomeranz-Fritş tsiklləşməsi adlanır, üzvi kimyaya aid reaksiyadır. Paul Fritş (1859-1913) və Casar Pomeranz (1860-1926) adlı alimlərin adını daşıyır.[1][2] Ümumiyyətlə, bu reaksiya izoxinolinin sintezidir.[2][3][4] Aşağıdakı reaksiya benzaldehid və 2,2-dialkoksietilamindən izoxinolinin sintezini əks etdirir.[5] Müxtəlif alkil qrupları, məsələn metil və etil qrupları əvəzedici (R) kimi istifadə edilə bilər. Reaksiyada sulfat turşusu proton donoru kimi (bəzən trifluorasetik anhidrid və lantanid triflatlar kimi Luis turşuları) istifadə olunurdu.[1][2][4] Daha sonra geniş çeşiddə müxtəlif izoxinolinlər uğurla sintez olunmuşdur.[4] Əvvəlcə benzalaminoasetal benzaldehid və 2,2-dialkoksietilaminin kondensasiyası nəticəsində sintez olunur. Kondensasiyadan sonra alkoksi qruplarından birinə hidrogen atomu əlavə olunur. Bunun nəticəsində spirt alınır. Daha sonra, birləşmə 2 sintez olunur. Bundan sonra birləşməyə ikinci hidrogen atomu əlavə olunur. Son mərhələdə ikinci bir spirt alınır və bitsiklik aromatik birləşmə sintez olunur. Pomeranz-Fritş reaksiyası izoxinolin törəmələrinin sintezində geniş tətbiq olunur. İzoxinolinlər bir çox sahədə tətbiq olunur, o cümlədən:[3][4] • dimetisokin kimi yerli anesteziklər: • vazodilatatorlar, tanınmış birləşmə papaverin aşağıda göstərilmişdir: • Bişler-Napieralski reaksiyası • Piktet-Spenqler reaksiyası ^ Jump up to:a b Pomeranz, C. (December 1893).
Kasım-Jomərt Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Komrat Dövlət Universiteti
Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi. Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır. Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir. Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır. Dionis Tanasoqlu İvan Kristioqlo Mihail Daradur Zineyda Arikova Serghei Zaharia Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır. Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır. Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir. Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir. Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var.
Cytisus stenopetalus var. gomerae
Genista stenopetala (lat. Genista stenopetala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Cytisus stenopetalus (Webb & Berthel.) Christ Telinaria stenopetala (Webb & Berthel.) C.Presl Teline stenopetala (Webb & Berthel.) Webb & Berthel.
Vəftizçi İohann kafedralı (Komrat)
Vəftizçi İohann kafedralı — Qaqauziyanın Komrat şəhərində kilsə. Rus Pravoslav Kilsəsinin tərkib hissəsi olan Moldova Pravoslav Kilsəsinin Kaqul və Komrat yeparxiyasına daxildir.
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.