Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Cənubi Аvrоpаdа yаyılmışdır. 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Monvik
Monvik (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03189. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Pontiak
Pontiac — ABŞ-də 1906-cı ildə General Motors şirkəti tərəfindən istehsal olunan minik avtomobili. 1980-ci illərin Qara Şimşək adlı serialında istifadə edilən KİTT bu firma tərəfindən istehsal edilmişdir. Bu günə qədər 1983 modeli istehsal olunmuşdur.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
Yaponçik
Vyaçeslav İvankov — Yaponçik ləqəbi ilə tanınan Rusiyalı kriminal avtoritet Federal Təhqiqat Bürosunun versiyasına görə, "Yaponçik" 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-də "Çara" bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və 9 il Amerikanın "Allenvud" həbsxanasında yatıb. 2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə "Yaponçik"ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın "qanuni oğru" klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənirdi. Bundan başqa "Yaponçik" 2008-ci ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə "qanuni oğru" adı verilməsi mərasimində iştirak edib. Əfsanəvi kriminal avtoritet Vyaçeslav Kirilloviç İvankov 1940-cı ildə anadan olub və kriminal karyerasına 1960-cı illərin sonu – 70-ci illərin əvvəllərində məşhur avtoritet Monqolun bandasında başlayıb. 14 yaşından oğurluğa başlayan Yaponçik ilk dəfə həbsə 26 yaşında düşüb. 1981-ci ildə növbəti dəfə tutulan İvankov 10 il sonra azadlığa çıxıb.
Zontik
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Pontia
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Xocik
Xocik — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. Oykonimin "kiçik kənd" mənasında olması ehtimal edilir. Yaşayış məntəqəsini İranın Xocik kəndindən köçüb gəlmiş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Xocik kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Xocik Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Xocik kəndi Həkəri çayının sahilindədir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Aleksandra Voyçik
Aleksandra Voyçik (d. 5 mart 1985) — Polşanı təmsil edən bədii gimnast. Aleksandra Voyçik 2004-cü ildə Polşanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandra Voyçik 2004-cü ildə Polşanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Aleksandra Zavistovska, Anna Mrozinska, Malqorzata Lavrinoviç, Martina Dabkovska və Custina Banasiak ilə birgə təsnifat mərhələsində 41.775 xal toplayaraq 10-cu yeri tutdu və mübarizəni dayandırdı.
Güncik (Əhər)
Güncik (fars. گونجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 751 nəfər yaşayır (152 ailə).
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Pihcik (Sulduz)
Pihcik (fars. پيه جيك‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Pinçuk çömçəxulu
Pinçuk çömçəxulu (lat. Benthophilus pinchuki) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən Abşeron yarımadasından İran sahillərinə qədər, Xəzərin Türkmənistan sahillərinə yaxın ərazilərdə yayılmışdır. İlk olaraq Benthophilus ctenolepidus növünə aid bir yarımnöv olaraq qeyd edilmişdir. Lakin sonradan müstəqil növ olması məlum olmuşdur. Rus ixtioloqu Vitali Pinçukun (1931-1992) şərəfinə adlandırılmışdır.
Poetik tərcümələr
Pontia matricaria
Tanacetum parthenium (lat. Tanacetum parthenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.
Pontiak (hindu)
Pontiak (ing. Pontiac və ya Obwandiyag;təqribən 1720–20 aprel 1769-cu il) — Şimali Amerikada alkoqinlər qrupuna aid olan ottava]] hindu tayfasının döyüşçüsü. 1760-cı illərdə hindu tayfalarını ingilis müstəmləkəçilərinə qarşı üsyana hazırlığa başçılıq etmişdir. Pontiak tərəfindən yaradılan birliyə Şimali Amerikanın şərq hissəsində yaşayan bütün hindu tayfaları qoşulmuşdur. 1763-cü il 2 may tarixində Pontiakın başçılığı ilə hindu tayfaları Britaniya qalalarına hücuma keçərək bir sıra qələbələr qazandılar. Detroytun uzun müddət mühasirəsindən sonra Pontiak 1766-cı ildə sülh bağlamağa məcbur olaraq, ingilis kralının hakimiyyətini tanımalı oldu. Naməlum hadisə nəticəsində öldürülmüşdür. Pontiakın şərəfinə Miçiqan, İllinoys , İndiana ştatları və Kanadanın Kvebek əyalətində bir sıra şəhərlər adlanmışdır. Bundan başqa, General Motors kompaniyasının idman avtomobillərindən biri Pontiac adını daşıyır.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Vera Mençik
Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906, Moskva – 26 iyun 1944, Klapem[d], Böyük London)— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi. 1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur.
Pontia corymbosa
Tanacetum corymbosum (lat. Tanacetum corymbosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Tanacetum corymbosum subsp. cinereum (Griseb.) Grierson Tanacetum corymbosum subsp. corymbosum Tanacetum corymbosum subsp. daucifolium (Pers.) Iamonico Tanacetum corymbosum subsp. subcorymbosum (Schur) Pawł.