Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Horovlu
Horovlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Horovlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Cəbrayıl rayonunda eyniadlı inzibati-ərazi vahidinə daxil olub, düzənlikdə, Cəbrayıl şəhərindən 8 km şərqdə yerləşir. Kənd 1993-cü ildən 2020-ci ilin sonlarına qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Etimalogiyası == "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin adı İran Azərbaycanın Horov kəndindən gəlir. XIX əsrdə həmin kənddən köç edən insanlar burada məskunlaşaraq kəndi qurmuşlar. == Tarixi == Rusiya İmperiyası dövründə kənd Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun Horovlu kənd sovetliyinin tərkibində idi. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir. BBC xəbər verir ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalıq vəziyyətindədir və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi onları tamamilə və ya demək olar ki, tamamilə tərk etmişdir. 4 oktyabr 2020-ci il axşamı, dövlət televiziyası AzTV-də canlı yayımda, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun doqquz kəndini: Kərxulu, Şükürbəyli, Çarakan, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəcəl kəndlərini azad etdiyini bəyan etmişdir.
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Luseqon Popovun villası
Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. == Tarixi == İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi.
Şövkət Zərrin Horovlu
Şövkət Zərrin Horovlu (əsl adı:Şövkət Qulam qızı Hüseynova; 20 mart 1941, Horovlu, Cəbrayıl rayonu) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şövkət Qulam qızı Hüseynova (Şövkət Zərrin Horovlu) 1941-ci il mart ayının 20-də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 7-ci sinfi həmin kənddə bitirib. Sonra təhsilini Cəbrayıl rayon orta məktəbində davam etdirib. 1968–1974-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1972–2010-cu illərdə Bakı məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, metodist işləyib. Şövkət Zərrin Horovlu gənc yaşlarından şeir yazmağa başlayıb. Azərbaycanlı yazıçı Pənahi Makulunun yaradıcılığı ilə əlaqədar tədqiqat aparıb. Ailə vəziyyəti ilə əlaqədar 1977–1980-ci illərdə Əfqanıstan Demokratik Respublikasında olub. Əfqanıstan müharibəsində Şövkət Zərrin Horovlunun "Duyğu yarpaqları" əsərinin əlyazması yandığına görə yaradıcılığında durğunluq yaranıb.