Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acronychia porteri
Acronychia porteri (lat. Acronychia porteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü.
Artemisia porteri
Artemisia porteri (lat. Artemisia porteri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Eleanor Porter
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Elinor Hocmen Porter
Elinor Emili Hocmen Porter (ing. Eleanor Emily Hodgman Porter) — Amerika yazıçısı. == Həyatı == 19 dekabr 1868-ci ildə ABŞ-nin Nyu-Hempşir ştatında doğulub. Yeni İngilitərə Konservatoriyasında bir neçə il mahnı dərsləri alıb. 1892-ci ildə Con Liman Porter ilə evlənib və Massaçusetsə yerləşiblər. Yazar karyerasına qısa heykayələr yamzaqla başlayıb. 21 May 1920-ci ildə Massaçusetsə vəfat edib və Mount Auburn qəbiristanlğında dəfn edilib. Düynaca ən məşhur əsəri Polyanna romanıdır.
Gorteria
Gorteria (lat. Gorteria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gorteria corymbosa DC. Gorteria diffusa Thunb.
Porifera
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir. Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir. Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.
Portret
Portret (fr. portrait) - şəkil, fotoşəkil, heykəl və bənzəri sənət növlərində bir adamın üzünün və üz ifadəsinin çəkilməsi ilə yaradılan əsərdir. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Bu səbəblə fotoşəkilçilikdə portretlər enstantane olaraq deyil, müəyyən bir inşa daxilində adamın poza verməsiylə çəkilir. Avtoportret ümumiyyətlə, çəkilən adam rəssama ya da fotoşəkilçiyə doğru baxar və bu sayədə kişinin tamaşaçıya ən müvəffəqiyyətli şəkildə köçürülməsi təmin edilər. == Xüsusiyyətləri == Krallar və imperatorlar kimi əhəmiyyətli kəslərə aid olmayan ən köhnə portretlərdən bəziləri, Feyyum mumiya portreleridir. Misirin Feyyum bölgəsindəki məzarlarda, mumiyaların qoyulduğu tabutlara çəkilən bu portretlər, quru iqlim şəraiti sayəsində bu günə çatmışdır. Bunlar, müxtəlif freskler xaricində, bu günə çatmış olan tək Roma dövrü portret növüdür. Roma heykəl sənəti daxilində portretlər, xüsusilə tərifləyici olmayan həqiqi təsvir çəkilməkdə idi. IV əsr zamanlarında, insanların görünüşləri, idealizə edilmiş formalarda çəkilməyə başladı.
Proteya
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. == Təsnifatı == Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Protura
Bığcıqsızlar -(lat. Protura) Altıayaqlılar yarımtipinin Gizliçənəlilər sinfinə aid olan dəstə. == Xarici quruluşu == Çox kiçik ölçüləri (0,5-2,0 m) və qurdşəkilli çevik bədəni ilə fərqlənir. Başında bığcıqlar və göz yoxdur. Ağız orqanları deşici-sorucu, zəif, fırçaşəkilli olub, baş kapsulunun içərisinə çəkilmişdir. Döş ayaqları bütövlükdə qısa və ya caynaqlıdır, ancaq qabaq ayaqları qalanlarından xeyli uzundur. Qarıncığın ilk üç seqmentində ayaq çıxıntıları vardır. İnkişafı anamorfozdur, yumurtadan 8 buğumlu qarıncığı olan sürfə çıxır, qabıqqoyma prosesində daha üç seqment əldə edir. Bu cücülərdə başın yanlarında xüsusi orqan – «yalançı gözcüklər» vardır. Görünür, bunlar rütubətin dəyişməsini və havanın vibrasiyasını qavramağa xidmət edir.
Mortira
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Brotera
Cardopatium (lat. Cardopatium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Brotera Willd. Broteroa Kuntze Chamalium Juss. == Növləri == Cardopatium amethystinum Spach Cardopatium corymbosum (L.) Pers.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Aegilops procera
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Ailanthus procera
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Anthriscus procera
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. == Sinonimləri == Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Ephedra procera
Hündürboylu acılıqotu (lat. Ephedra procera) - acılıqotu cinsinə aid bitki növü.
Erica procera
Erica arborea (lat. Erica arborea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü. == Sinonimləri == Arsace arborea Fourr. Erica acrophya Fresen. Erica arborea subsp. parviflora Spirlet Erica elata Hoffmanns. & Link Erica procera Salisb. Erica scoparia Thunb. Erica stylosa Rudolph Ericoides arboreum (L.) Kuntze == Yarımnövləri == Erica arborea subsp.
Eyşa Korrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Forstera hoveyası
Forstera hoveyası (lat. Howea forsteriana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin hoveya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır.
Juniperus procera
Juniperus procera (lat. Juniperus procera) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Melaleuca procera
Melaleuca procera (lat. Melaleuca procera) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Morteza Peşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.