Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Oradya Hava Limanı
Oradya Hava Limanı (rum. Aeroportul Internațional Oradea, mac. Nagyváradi Nemzetközi Repülőtér) (IATA: OMR, ICAO: LROD) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlir.
Şeytan Prada geyinir
Şeytan Prada geyinir (ing. The Devil Wears Prada) — 2003-cü ildə Loren Veysberger tərəfindən yazılmış bestseller romandır. Romanda dəb jurnalı redaktoru olan qadın tərəfindən şəxsi assiasnt kimi işə qəbul edilən gənc qızdan bəhs edilir. Altı ay The New York Times bestseller siyahısında yer tutan roman əsasında 2006-cı ildə Meril Strip, Enn Heteuey və Emili Blantın iştirakı ilə eyni adlı bədii film çəkilmişdir. Bir çox mənbələrdə əsər çiklit janrının ən yaxşı nümunəsi kimi qeyd edilir. Müəllifinin keçmişinə görə, Şeytan Prada geyinir romanı nəşr edildikdən dərhal sonra böyük marağa səbəb olmuşdur. Belə ki, yazıçı fəaliyyətinə başlamazdan əvvəl Veysberger, romanın əsas qəhrəmanları kimi ABŞ "Vogue"unun baş redaktoru Anna Vinturun şəxsi köməkçisi olmuşdur, Vintur isə romanda jurnal redaktoru olan Miranda Pristli kimi britaniyalıdır. Tənqidçilərin "açarlı roman" hesab etdikləri əsərdə, Vintur və digər "Vogue" işçiləri ilə bağlı insayder məlumatlarının verildiyi güman edilir. Əsərin sikveli olan "Qisas Prada geyinir: Şeytan qayıdır" əsəri 2013-cü ildə nəşr edilmişdir. Bir müddət öncə Braun Universitetində ingilis ədəbiyyatı üzrə təhsilini başa vurmuş Andrea Saks, Kolumbiya Universitetinin tələbəsi olan rəfiqəsi Lili ilə birlikdə Nyu-Yorka köçür.
LG Prada 3.0
LG Prada 3.0 — LG Electroniks tərəfindən istehsal olunan mobil telefon. Qurğu Android 2.3.7 əməliyyat sistemi ilə işləyir. Əməliyyat sistemində xüsusi interfeys istifadə olunur. LG Prada 3.0 parlaq 4,3 düymlü WVGA kəskinlikli NOVA ekranla, 1 QHz takt tezliyi ilə işləyən ikinüvəli Tİ OMAP4430 çipi, 8 QB daxili yaddaş və microSD slotu, 2 kamera ilə təchiz olunub. Smartfon Wi-Fi və Bluetooth 3.0 modulları, FM-tüner ilə də təchiz edilib.
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.