YENİDƏNQURMA

сущ.
1. реконструкция. Yenidənqurma işləri работы по реконструкции, yenidənqurma dövrü период реконструкции
2. перестройка (изменение порядка, системы своей работы, направления своей деятельности, взглядов, своего отношения к чему-л. )
YENİDƏNQƏBUL
YENİDƏNYAZMA
OBASTAN VİKİ
Yenidənqurma
Perestroyka (rus. перестройка) və ya Yenidənqurma — SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı. İlk olaraq 1979-cu ildə Leonid Brejnev tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçov tərəfindən dəstəklənmiş və təşviq edilmişdir. Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü, — elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür edirdi. Əmək məhsuldarlığının orta illik artımı 1965–1970-ci illərdəki 5,2 faizə qarşı 1981–1985-ci illərdə cəmi 3 faiz təşkil edirdi. Bu dövrdə istehsal olunan məhsulun orta illik artımı sənayedə 8,5 faizdən 3,1 faizə, kənd təsərrüfatında 4 faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı vəsait qoyuluşu 7,6 faizdən 3,3 faizə enmişdi. 60-cı illərdə ölkədə keçirilən islahatlar iflasa uğradı. Çünki faktiki olaraq köhnə ictimai-siyasi rejim toxunulmaz qalmışdı, effektli olmayan iqtisadiyyat, ekstensiv inkişaf modeli qalmaqda idi. Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.
Yenidənqurma dövrü
Yenidənqurma dövrü (ing. Reconstruction era) — ABŞ Vətəndaş müharibəsindən sonra ABŞ tarixində köləliyin ləğvi və keçmiş Amerika Konfederativ Ştatlarının Amerika Birləşmiş Ştatlarına yenidən birləşdirilməsinə yönəlmiş qanuni, sosial və siyasi məcburiyyətlərin hakim olduğu dövr. Bu dövrdə yeni azadlığa qovuşmuş kölələrin bərabər mədəni hüquqlarını təmin etmək üçün ABŞ Konstitusiyasına üç əlavə dəyişiklik edilmişdir.
Sosialist Yenidənqurma Partiyası
Sosialist Yenidənqurma Partiyası (SYP; türk. Sosyalist Yeniden Kuruluş Partisi, SYKP) — Türkiyədə marksist–leninist və sosialist feminist siyasi partiya. Partiya 24 iyun 2013-cü ildə ifrat sol fraksiyaların Sosial Azadlıq Partiyası Təşəbbüsü, İşçi Sosialist Partiyası, Sosialist Gələcək Partiyası Təşəbbüsü və Sosialist Birlik Hərəkatının birləşməsi kimi təsis edilmişdir. Sosial Azadlıq Partiyası Təşəbbüsü daha sonra SYKP-nin quruluş prosesindən ayrılaraq Sosial Azadlıq Partiyasına çevrilmişdir. Partiyanın loqotipində üçrəngli ulduz və qırmızı sosializmi, bənövşəyi feminizmi, yaşıl isə ətraf mühiti ifadə edir. Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalqların Demokratik Konqresinin (HDK) iştirakçılarından biridir.
Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD) — Beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədilə yaradılmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirovdur. Bankın əsas ofisi Böyük Britaniyada yerləşir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, BİYB ing. International Bank for Reconstruction and Development ) — beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı. BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-nin payına düşür.
Sumqayıt yenidənqurma yolu ilə (film, 1987)
Gənclik və elm şəhəri Sumqayıt. Bu şəhər qısa vaxt ərzində ölkəmizin sosial-siyasi və iqtisadi həyatında görkəmli nailiyyətlər qazanmış, iri sənaye və kimya mərkəzlərindən birinə çevrilmişdir. İndiki mərhələdə sürətləndirmə və yenidənqurma proqramı Sumqayıt üçün xüsusi mərhələ kəsb etmişdir. Filmdə kimya şəhərinin iqtisadiyyatından, ənənələrindən, onun beynəlmiləçilik əlaqələrindən söhbət açılır, eyni zamanda problemlərindən da danışılır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Cahangir Zeynallı Operator: Tofiq Sultanov, Rəfael Salamzadə Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yenidənqurmanın işığında... (film, 1988)
Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.
Yenidənqurmanın İşığında... (1988)
Filmdə Bakıda keçirilən XXI Ümumittifaq kinofestivalı günlərində mətbuat konfranslarının keçirilməsi, festival iştirakçılarının Bakının tədris və sənaye müəssisələrində, Naxçıvanda, Gəncədə zəhmətkeşlərlə görüşləri canlandırılmış, kinorejissor Oqtay Mirqasımovun "Şeytan göz qabağında" bədii filminə görə Baş mükafata layiq görülməsi öz əksini tapmışdır. Burada festival iştirakçıları respublikamızdakı görüşlərdən aldıqları təəssüratlardan, eyni zamanda yenidənqurma şəraitində kino xadimlərinin vəzifələrindən söhbət açırlar.

Значение слова в других словарях