Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. == Tarixi == "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. == Əlavə ədəbiyyat == Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Oleq Losev
Oleq Vladimiroviç Losev (rus. Оле́г Влади́мирович Ло́сев) — elektrik birləşmələri sahəsindəki mühüm kəşfləri ilə tanınan rusiyalı alim və ixtiraçıO, heç vaxt formal təhsilini tamamlaya bilməsə də, yarımkeçiricilərdə ilk tədqiqatlarının bəzilərini keçirib. Onun kəşflərinə görə 43 elmi məqalə nəşr edilib və o, 16 "müəlliflik şəhadətnaməsi" (patentlərin sovet variantı) alıb. Losev silisium karbidin kontakt birləşmələrində işıq şüalanmasının olduğunu qeyd edib. Bu işıq diodları üzərində ilk tətqiqat olub. Bu tətqiqatlar elektrolüminessensiya kimi praktiki tətbiqlərdə onların istifadə olunması və işıq diodlarının necə işləməsinin ilk düzgün nəzəriyyəsi idi. O, yarımkeçirici birləşmələrdə mənfi müqaviməti tətqiq etmişdir və tranzistorun kəşfindən 25 il əvvəl ilk bərk vəziyyətli gücləndiricilər, siqnal generatorları və superheterodin radioqəbuledicilərin hazırlanması və gücləndirmə üçün praktiki olaraq onlardan istifadə bir ilk idi. Lakin onun nailiyyətləri diqqətdən kənarda qalıb və XX əsrin sonları XXI əsrin əvvələrində tanınmamışdan əvvəl təxminən yarım əsr müddətində Oleq Losevin bütün bu işləri naməlum qalıb. Rusiya radio həvəskarları ittifaqının Nijni Novqorod bölməsi «O.V.Losev - zamanı qabaqlamış alim!» (rus. О. В. Лосев — учёный, опередивший время!) diplomunu təsis edib..
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Nosel
Nosel (Averon)
POSCO
POSCO (кор. 포스코 Pxosıkxo) — Cənubi Koreyanın polad şirkəti. 2017-ci ildə istehsal etdiyi poladın həcminə görə dünyanın 5-ci ən iri şirkəti (42,19 mln ton). Forbes Global 2000 jurnalında 2018-ci il üzrə ən iri şirkətlərin siyahısında 228-ci yeri tutub. Əldə etdiyi gəlirə görə 141-ci, təmiz gəlirə görə 297, aktivlərinə görə 410-cu, bazar kapitallasiyasına görə 515-ci yeri tutub Fortune jurnalı dünyanın 500 ən iri şirkəti arasında POSCO 184-ci yerdə qərarlaşıb. == Haqqında == Cənubi Koreyanın XX əsrin ikinci yarısında reallaşan inkişaf proqramının mühüm nəticəsi hesab edilən “Posco” şirkəti dünyanın 30 nəhəng ağır sənaye şirkətindən biridir. 2011-ci ilin statistik məlumatlarına görə, dünyada ağır sənayenin qara metallurgiya sahəsi üzrə 1,49 milyard ton polad istehsal olunmuşdur ki, onun da əsas hissəsi Asiyanın payına düşür. Asiyada həmin işi əsasən “Posco” şirkəti həyata keçirmişdir. Statistik məlumatlardan aydın olur ki, 1968-ci ildə Tae Jon Park tərəfindən qurulan “Posco” polad şirkəti bu gün dünyanın ən böyük polad nəhəngləri arasındadır. Hazırda şirkətin 37 milyard dollarlıq sərmayəsi vardır.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix - azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 == Pokerin qaydaları == Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Aleksandr Konev
Aleksandr Vyaçeslavoviç Konev (rus. Александр Вячеславович Конев; 2 aprel 2001-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Konev öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Aleksandr Nosov
Aleksandr Mixayloviç Nosov (1924, Rusiya – 3 oktyabr 1943, Krasnodar diyarı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Aleksandr Mixayloviç Nosov 1922-ci ildə Rusiya Federasiyasının Saratov vilayətinin Antarsk rayonunun Şerbinovka kəndində anadan olub. 1933-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçübdür. 1942-ci ildə könüllü orduya getmişdir. Qvardiyaçı kiçik serjant 56-cı ordunun 2-ci qvardiya atıcı divizyasının 15-ci qvardiya atıcı alayının bölmə komandiri olub. Şimali Osetiya Respublikasının İrafsk rayonunun Uikol qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və 7 avqust 1943-cü ildə həlak olub. Adına Saratov vilayətində məktəb var. == Təltifləri == Lenin ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə Aleksandr Mixayloviç Nosov 1943-cü il 25 oktyabr tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həmçinin bax == == İstinadlar == == Ədəbiyyat == "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı redaksiyası, Bakı, 2011.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Aleksey Kosov
Aleksey Kosov (29 iyul 1994) — Rusiyalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rusiyanı təmsil edir. Aleksey Kosov dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Andrez Josef
Andrez Josef (20 may 1998-ci ildə anadan olub) — Dominika Premyer Liqası təmsilçələrindən olan Harlem Yunayted klubunda müdafiəçi kimi çıxış edən peşəkar Dominika futbolçusudur. == Milli karyerası == Jozef ilk dəfə Dominika milli komandasına 2016-cı ilin mart ayında çağırılmışdır. Jozef milli komanda ilə debütünü bir neçə ay sonra 2017 Karib Kuboku seçmə mərhələsində Britaniya Vircin adaları millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Anton Botev
Anton Botev (25 may 1986, Omsk) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Anton Botev 2003-cü ildə Rusiyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Daha sonra isə Anton Botev 2005-ci ildə Polşada və 2006-cı ildə Macarıstanda gənclər arasında Avropa Çempionatının final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Rusiya yığmasının heyətində "bir nömrə" olmağı bacarmayan Anton Botev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.2007-ci ildə Dünya Çempionatını 16-cı pillədə başa vuran Anton Botev 2008-ci ildə Avropa Çempionatında da uğursuz çıxış elədi və 17-ci pillədə qərarlaşdı. Həmin ilin mayında İtaliyada Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla Anton Botev olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Anton Botev olimpiada da uğursuz çıxış elədi.Anton Botev olimpiadanın təsnifat mərhələsində 2000-ci il Sidney Olimpiadasının finalçısı Özbəkistan nümayəndəsi David Saldadze ilə üz-üzə gəldi.Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə Botev, növbəti hissəsində isə 2:1 hesabı ilə Saldadze qalib gəldi. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu. Bu hissədə Anton Botev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Yalmar Sjöberq oldu. Həmin görüşdə Anton Botev rəqibinə 0:2 hesabı ilə məğlub oldu.
Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi". == Həyatı == B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var. == Kitabları == 1.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.