Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsudi
Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي‎) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır. Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış.
Polüvi
Məsudi Dövran
Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır. Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Neoseiulus poculi
Neoseiulus poculi (lat. Neoseiulus poculi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus populi
Neoseiulus populi (lat. Neoseiulus populi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Saleh Poladı
Əl-Məsudi
Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي‎) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır. Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Lotfi Coudi
Lotfi Coudi (11 avqust 1963) — Tunisi təmsil edən stolüstü tennisçi. == Karyerası == Lotfi Coudi Tunisi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci pillənin sahibi olub.
Osumi adaları
Osumi adaları (yap. 大隅諸島) — Yaponiyaya aid olan Sakit okeanda vulkanik adalar qrupu. Onlar Ryukyu adalarının (Nansei) bir hissəsidir. Kyuşu və Tokara adaları arasında yerləşir. Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən 28,2 km enində Osumi boğazı ilə Kyuşunun cənub sahilindəki Osumi yarımadasından ayrılır. Ən yüksək nöqtəsi Yakuşima adasında dəniz səviyyəsindən 1935 m hündürlükdə olan Miyanoura dağıdır. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir. Ərazilərdə Subtropik okean iqlimi hakimdir.
Osumi boğazı
Osumi boğazı (yap. 大隅海峡) — Ryukyu adalarının sonunda yerləşir. Ryukyu adasını Osumi adasından ayırır. Sakit okeanını Şərqi Çin dənizi ilə birləşdirir. Uzunluğu 35 km, eni isə 28–45 km arasında dəyişir. Dərinliyi 70–150 m arasında dəyişir. Dalğaların hündürlüyü 2–2,5 m təşkil edir. Axınlar əsasən şərqə istiqamətlənir. Ən güclü axınlar may-avqust, yanvar-fevral aylarında müşahidə edilir. Axınların sürəti 7,5–9 km/s təşkil edir.
Pavlovskiy Posad
Pavlovskiy Posad — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Qavrilov Posad
Qavrilov Posad (rus. Гаврилов Посад) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Yoşinori Oşumi
Yoşinori Oşumi (yap. 大隅 良典, Ōsumi Yoshinori; 9 fevral 1945[…], Fukuoka, Fukuoka prefekturası, Yaponiya) — Yaponiyalı sitolog(Sitologiya-hüceyrələr haqqında elmdir) alim.Əsas işi autofagiyadır.Bu proses hüceyrə komponentlərinin məhv edilməsi və təkrarlanmasını özündə ehtiva eləyir.Oşumi Tokio Texnologiya İnistutunun İnnovativ Tədqiqatlar inistutunun professorudur.O.fundamental elmlər üzrə 2012-ci ildə Kioto mükafatını alıb,2016-cı ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına ,2017-ci ildə isə autofagiya mexanizimləri üzərində apardığı işlərə görə Tibb elmində inkişafa(Breakthrough Prize in Life Sciences) görə mükafatına layiq görülmüşdür. 3 oktyabr 2016-cı ildə autofagiya mexanizmlərinin tədqiqatı işi ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb. Oşumi 1945-cı ilin 9 fevralında Yaponiyanın Fukuoka şəhərində doğulub.O.1967-ci ildə bakalavr dərəcəsini,1974-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır.Hər ikisini də Tokio universitetində.1974-1977-ci illərdə isə ABŞ-nin Nyu-York şəhərində yerləşmiş Rokfeller universitetində postdoktorantura dərəcəsinə yiyələnmişdir. O,1977-ci ildə Tokio Universitetində elmi işçi vəzifisində çalışmışdır.1986-cı ildə mühazirəçi müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildən isə dosent vəzifəsində çalışmışdır.1996-cı ildə isə o, Yaponiyanın Okozaki şəhərində yerləşmiş Əsas Biologiya İnistutunda professor vəzifəsində çalışmışdır.O,həm də 2004-2009-cu illərdə Hayama Prespektiv Araşdırmalar Universitetində çalışmışdır.2009-cu ildə isə o üç universitetdə fəxri professor vəzifəsinə layiq görülmüşdür.2014-cü ildə təqaüdə çıxmasından sonra o,Tokio Texnologiya İnstitutunun İnnovativ Tədqiqatlar İnstitutunda professor vəzifəsində çalışıb.Hal-hazırda o,adıçəkilən inistutda sitologiya üzrə öz elmi araşdırmalarına davam eləyir. Autografiya-hələ o, öz elmi karyerasına başlamazdan öncə bir çox elm adamına məlum idi.Bu termin 1963-cü ildə yaradılmışdır.1990-cı illərdə Oşumini bir neçə elm adamı birgə maya içərisində autografiyanın morfologiyasını və hüceyrələrin autografiya qabiliyyətinə sahib olması üçün əsas genləri müəyyən edən maya hüceyrələrində mutasiya skrinina keçirildi. 2016-cı ildə o, "autografiya mexanizmlərinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel mükafatını qazanmışdır.O,25-ci Yaponiyalı alim olduki,Nobel mükafatına layiq görülüb.Oşuminin həyat yoldaşı Mariko isə Teikyo universitetində professor vəzifəsində çalışır.Oşumi ilə birgə bir neçə elmi məqalənin müəllifidir.
Osuqi Sakae
Osuqi Sakae (大杉 栄, 17 yanvar 1885, Maruqame, Kaqava prefekturası – 16 sentyabr 1923, Tokio[d]) – Yaponiya anarxisti. Tayşo dövrünün ən tanınmış radikal anarxisti və solçu lideri olmuşdur. Osuqi Sakae 17 yanvar 1885-ci ildə Kaqava prefekturasının Maruqame şəhərində doğulmuşdur. O, orduda xidmət edən bir zabitin ilk uşağı idi. 14 yaşında Naqoya Hərbi Akademiyasına daxil olsa da, 1901-ci ildə əmrə itaətsizlik səbəbilə uzaqlaşdırılmışdır. Psixoloji müalicə aldıqdan sonra təhsilinə Tokioda davam etdirməyə başlamış və Hərbi Heyət Kollecində fransız dili təlimçisi olmuşdur. Bu dövrdə Kotoku Şusui və Sakay Toşihikonun solçu ideyaları ilə tanış olmuşdur. Onun diqqətini anarxizm yox, cəmiyyətin təbiət kimi daim dəyişdiyini iddia edən təkamülçü nəzəriyyələr cəlb etmişdi. Osuqi 1906-cı ilə qədər Yaponiya radikalizminin passiv iştirakçısı olmuşdur. 1906-cı ildə Tokio tramvaylarında gediş haqqının qaldırılması səbəbilə başlamış etiraz aksiyalarına qoşulmuş və həbs edilmişdir.
Aray Osui
Aray Osui (新井奥邃, 29 may 1846, Senday – 16 iyun 1922) – Yaponiyada xristian icmasının liderlərindən biri, Tomas Leyk Harrisin şagirdi. Boşin müharibəsidə şoqunluq üçün döyüşmüşdür. 1871-99-cu illərdə ABŞ-də yaşamış, daha sona Yaponiyaya qayıtmışdır. == Həyatı == === İlk illəri === 1846-cı ildə Senday hanında bir samuray ailəsində doğulmuş və yerli han məktəbində təhsil almışdır. 1866-cı ildə han hökuməti tərəfindən Tokuqava şoqunluğunun Edo şəhərində yerləşən konfutsiçilik akademiyası olan Şokeykoya təhsil almaq üçün göndərilsə də, buradakı kurikulumdan narazı qalmışdır. Bunun əvəzinə konfutsiçi alim Yasui Sokkendən dərslər almışdır. 1868-ci ildə şoqun ordusunun Toba-Fuşimi döyüşündəki məğlubiyyətini eşidəndən sonra Sendaya qayıtmışdır. Keçmiş müəllimi Tamamuşi Sadayunun köməkliyi ilə şoqunluğa sadiq olan şimal-şərq hanlarının koalisiyasını təşkil etmişdir. Senday imperatorluq ordusuna təslim olduqdan sonra Enomoto Takeakinin başçılıq etdiyi şoqunluq donanmasına qatılmış və bir neçə ay Hakodatedə müqavimət göstərmişdir. Burada ikən Rus Pravoslav Kilsəsinin Hokkaydodakı təmsilçisi olan Nikolaydan xristianlığı öyrənmişdir.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.