Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podolsk
Podolsk (Moskva vilayəti) — Moskva vilayətində şəhər. Podolsk (Xaybulla) — Xaybulla rayonunda kənd.
Posyolok
Posolok (ru: Посёлок) qəsəbə deməkdir - Rusiya, Belarusiya, Ukrayna dövlətlərində istifadə edilən inzibati yaşayış məntəqəsi vahidi. İdarəetmə baxımından, inzibati bölgülərdə rayondan daha kiçik bir yaşayış məntəqəsidir. Azərbaycanca qəsəbəyə idarəetmə və yaşayış məntəqəsi baxımından çox yaxındır. Tatarcaya Fars dilindən daxil olan biste sözü də eyni mənanı daşıyır. Fars dilində best “yurd”, ”hücum edilib əldə edilən yer” mənasını verir. == Rus dilində istifadə edilmiş və istifadə edilən inzibati ərazi vahidləri terminləri == Arban| Aul | Vıselok | Gorod | Dаçnıy pоsyоlоk | Dеrеvnya | Zаimkа | Kişlаk | Kurоrtnıy pоsyоlоk | Mеstеçkо | Pоgоst | Pоsyоlоk | Pоsyоlоk gоrоdskоgо tipа | Pоsyоlоk pri stаntsii | Pоçinоk | Rаbоçiy pоsyоlоk | Sеlо | Slоbоdа | Stаnitsа | Ulus | Usаdbа | Hutоr Ayrıca baxın: Аglоmеrаtsiya | Gоrоd-sputnik | Kibuts | Kоmmunа | Kоttеdjnıy pоsyоlоk | Kutаn | Mеgаlоpоlis | Mоşаv | Mızа | Pоsаd | Prеdmеstе | Prigоrоd | Ryadоk | Sеltsо | Fоlvаrk == Türk dünyasında oxşar terminlər == (Azərbaycanca. qəsəbə, гәсәбә) (Qazaxca. кенті) (Qırğızca.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Podolsk (Xaybulla)
Podolsk kəndi (başq. Петропавловский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Podolsk kəndinin milli tərkibi: başqırdlar 90 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., ən yaxın dəmiryol stansiyasından (Orsk stansiyası): 120 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Potomak çayı
Potomak — ABŞ-də çay. Appalaç dağlarından başlanan Cənubi Potomak və Şimali Potomak çaylarının birləşməsindən əmələ gəlir. Atlantik okeanının Çesapik körfəzinə tökülərək geniş estuari əmələ gətirir. Uzunluğu Cənubi Potomak mənbəyindən 652 km, hövzəsinin sahəsi 37,5 min kvadrat km-dir. Vaşinqton şəhərinədək orta ölçülü gəmiləri daxil ola bilir.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Podolsk (Moskva vilayəti)
Podolsk — Rusiya Federasiyasında yerləşən şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Moskva vilayətinə daxildir. Moskva çayının qolu olan Paxra çayının sahilində Moskvanın mərkəzindən 35 km məsafədə cənubda yerləşir. == Tarixi == Podolsk şəhəri burada yerləşən podol kəndinin böyüməsi ilə yaranıb. Məntəqə 18-ci əsrdə Moskvadakı Danilov kilsəsinə məxsus idi. 1791 ci ildə II Yekaterina Podolska şəhər statusu verdi. == Coğrafiyası və iqlimi == Geniş park sahələrinə malikdir. Şəhər ətrafında meşə-park zonası əsas yeri tutur. == Əhalisi == 1 yanvar 2007-ci ildə əhalisi 179,4 min olub. Şəhərdə xristianlarla yanaşı müsəlmanlar da yaşayır.
Potok mağarası
Potok mağarası (sloven. Potočka zijalka və ya Potočka zijavka) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və təxminən 35,000 il əvvələ, yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır. Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir. 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır. == Coğrfiyaya == Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində 1,675 m (5,495 ft) hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir. 115 m (377 ft) uzunluğundadır və genişliyi 17 m (56 ft) enindəki girişdən 40 m (130 ft) daxili genişliyinə qədər dəyişir. Giriş cənuba doğru açılır. == Rolu == Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi.
Tomas Pollok Anşuts
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir. Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir. Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir. Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir. Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.