Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Cohor
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Ponor
== Ponor == Ponor (serb-xorvat-ponor-qıf)-qalın karstlaşan süxur laylarında əmələ gələn və səth sularının hərəkət etdiyi mürəkkəb quruluşlu dərin quyuya deyilir. Ponorun yayıldığı sahələrdə çayların qəflətən "yox olması", yer altına enməsi, müəyyən məsafədən sonra yenidən səthə çıxması və ya bulaq şəklində təzahür etməsi (belə bulaqlara voklüz deyilir), göllərin su səviyyəsinin qeyri-dövrü tərəddüd etməsi, yox olub, qəfildən meydana gəlməsi və s. hadisələr müşahidə edilir.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
POWO
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Aleksandr Popov
Aleksandr Stepanoviç Popov (rus. Алекса́ндр Степа́нович Попо́в; 4 (16) mart 1859, Krasnoturinsk, Perm quberniyası[d] – 31 dekabr 1905 (13 yanvar 1906), Sankt-Peterburq) — rus fiziki və elektrotexniki, professor, mülki müşavir (1901), fəxri mühəndis-elektrik (1899), radionun ixtiraçılarından biri. == Həyatı == == Xatirəsi == 1945-ci ildə SSRİ MEA radionun kəşf olunmasının 50 illiyi münasibətilə A.S.Popov adına Qızıl medal təsis etmişdir. Hər il may ayının 7-si radioelektronika sahəsində görkəmli nailiyyətlər əldə etmiş alimlər bu medalla təltif edilirlər.
Bohol adası
Bohol adası (taqal Bohol) — Filippinnin sahəsinə görə onuncu ən böyük adası. İnzibati baxımdan eyni adlı vilayətə daxildir. == Coğrafiyası == Sebu adasından cənub-şərqdə, Leyte adasından isə cənub-qərbdə yerləşir. Mindanao adasından eyni adlı dənizlə ayrılır (bəzən bu dənizə Bohol dənizidə deyilir.) Adanın sahəsi 3269 km², sahil xətdinin uzunluğu — 261 km-dir. Əhalisi — 1 255 128 nəfərdir (2010 il). İnzibati mərkəzi Taqbilaran şəhəridir (Tagbilaran). == İqlimi == Bisay adalının şimalına daxil olan Luson adası kimi tayfunların təsirinə məruz qalır. Hava əsasən il boyü rütübətlidir. Leyte və Samar adalarında olan dağlar tayfunların fəaliyyətini nisbətən zəiflədir. Noyabrdan aprelə qədər adanın şimal-şərqi mussonların (amihan) təsirinə məruz qalır.
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir.Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. == Yerləşməsi == Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Boris Popov
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Borut Pahor
Borut Pahor - Sloven siyasi xadim və dövlət başçısı. 2008-2012-ci illərdə Baş Nazir, həmin tarixdən sonra ölkə prezidenti seçilmişdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Cohor boğazı
Cohor boğazı — Cənub Şərqi Asiya bölgəsində Sinqapur adasını (cənub), Malayziyanın Cohor vilayətindən ayırır. Vilayəti Sinqapurla birləşdirən damba tipli körpü inşa edilmişdir. Bu da boğazı iki hissəyə ayırır. Üstəlik əlavə körpü də fəaliyyət göstərir. Gələcəkdə dambanın körpü ilə əvəzlənməsi planlaşdırılır. Cənubi Çin dənizini Hind okeanı ilə birləşdirir.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Lohid adası
Lohid adası ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının cənub-qərb hissəsində, Ellef-Rinqnes, Baterst, Melvil, Makkenzi-Kral böyük adaları arasında yerləşən Şahzadə Qustav Adolf dənizinin mərkəzində yerləşir. Ellef-Rinqnes adası Lohid adasından 68 km şimal-şərqdə (Makleyn boğazı vasitəsilə), Baterst adasının sahil qrupuna daxil olan Kameron adası 51 km cənubda (Desbarat boğazı vasitəsilə), Melvil adası 94 km məsafədə yerləşir. Makkenzi-Kral 95 km şimal-şərqdə (Hazen boğazı vasitəsilə) və Kral-Kristian adası 67 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 1308 km²-dir. Sahil xəttinin uzunluğu 246 km-dir. Adanın uzanmış forması var, uzunluğu 82 km, maksimum eni 28 km-dir (cənub hissəsində). Adanın relyefi əsasən alçaqdır və alçaq sahil zolağından adanın daxili hissəsində hündürlüyü 60-110 metr olan yuvarlanan düzənliyə qədər yüksəlir.
Mehmed Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Pavlovskiy Posad
Pavlovskiy Posad — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Popov adası
Popov adası (rus. Остров Попова) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisindəki İmeratrisa Yevgeniya arxipelaqına daxil olan ada Vladivostokdan 20 km cənubda, Ruskiy adasından 0,5 km cənub-qərbdə yerləşir. Ruskiy adasından Starka boğazı ilə ayrılır. Ada admiral Andrey Aleksandroviç Popovun şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. Adada Papov qəsəbəsi yerləşir. 2010-ci il məlumatına görə qəsəbədə 1 370 nəfər yaşayır. Adadan dörd km qərbdə İki Qardaş adaları yerləşir. Ada Vlkadivostok şəhər dairəsi ərazisinə daxildir.
Qavrilov Posad
Qavrilov Posad (rus. Гаврилов Посад) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.