QOŞUN

I
сущ.
1. войско; обычно мн. ч. Nizami qoşunlar регулярные войска, sərhəd qoşunları пограничные войска, quru qoşunları сухопутные войска
2. полчище (обычно об огромном неприятельском войске и во мн. ч. полчища). Düşmən qoşunları вражеские полчища
II
прил. войсковой. Qoşun kəşfiyyatı войсковая разведка; qoşun çəkmək двинуться в поход, qoşun yığmaq собирать войско
QOŞUM
QOŞUN-QOŞUN
OBASTAN VİKİ
Qoşun mahalı
Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Mahmud idi. 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman (Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü (Sündi), Mədrəsə, Kərkənc, Kələxana (Kələxanı), Meysəri (Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd 1065 ailə yaşayırdı. XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar. Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Piyada (qoşun növü)
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.
Finlandiya Quru Qoşunları
Finlandiya Quru Qoşunları (fin Suomen maavoimat, isv. Finländska armén) — Finlandiya Silahlı Qüvvələrinin quru qoşunları. 1918-ci ildə qurulmuş olub piyada, meydança topçuları, zenit topçuları, texniki işçi, kommunikasiya və logistika bölmələri olmaqla altı yerə ayrılır.
Qoşundaş
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları. Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər.
Qoşundaş abidəsi

Qoşundaş dağı
Qoşundaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Bist kəndindən 1 km şimal-şərqdə yerləşir (hünd. 1842,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli Ələngəzdağ şaxəsinin cənub-qərb qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsində yerləşir. Şimal və cənub yamaclarında Gec Eosenin şərqə istiqamətlənmiş qranodiorit-porfir daykaları açılır.
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası – 2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968). Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.
Quru Qoşunları Hərbi Məktəbi
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II.Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur.Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır.Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır.Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir.Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 İyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır.Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir.Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır.İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır. Piyadaçı Tankçı Artilleriya mütəxəsisi Hava Hücumundan Müdafiə mütəxəsisi Quru Havaçılıq mütəxəsisi İstehkamçı Kəşfiyyatçı Rabitəçi Maddi-Texniki Təminat mütəxəsisi Texnikaya qulluq üzrə mütəxəsis Şəxsi heyətlə iş üzrə mütəxəsis Maliyyəçi Topoqraf Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir.Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir.Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.
Quru Qoşunlarının Hərbi İnstitutu (Qazaxıstan)
Səqədət Nurmaqambetov adına Quru Qoşunları Hərbi İnstitutu (QQHİ) (qaz. Сағадат Нұрмағамбетов атындағы Құрлық әскерлерінің Әскери институты) — SSRİ Müdafiə Nazirliyinin və Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisəsi. Keçmiş adı: Sovet İttifaqı Marşalı İ.S.Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbi. 60-cı illərin sonlarında, RSFSR-in Primorsk diyarında və Qazaxıstan SSR-in Çinlə həmsərhəd bölgələrində silahlı toqquşmalarla müşayiət olunan Sovet-Çin qarşıdurmasının kəskinləşməsi səbəbindən SSRİ Ali Sovetinin Rəyasət Heyəti yenidən Mərkəzi Asiya Hərbi Dairəsinin yaradılması haqqında qərar verdi.. Digər hərbi dairələrdən qoşunlar təcili olaraq yeni yaradılan dairənin ərazisinə köçürüldü. Mümkün olan ən qısa müddətdə Şərqi Qazaxıstanda və Qırğızıstan SSR-də əsasını 32-ci Ümumqoşun Ordusu və 17-ci Ordu Korpusu təşkil edən böyük bir qoşun qrupu yaradıldı. SSRİ Müdafiə Nazirinin 20 oktyabr 1969-cu il tarixli 0199 saylı əmri və Orta Asiya Hərbi Dairəsi qoşunları komandirinin 21 noyabr 1969-cu il tarixli 5/1/0419 saylı əmrinə əsasən məktəbin Almatı qarnizonunun 13-cü hərbi şəhərciyində 68-ci motoatıcı diviziyanın 186-cı motoatıcı alayının əsasında 1 iyun 1970-ci ilə qədər formalaşdırılması əmr edildi. Təhsil müəssisəsi qısa müddətdə yaradıldığına görə təhsil prosesinə başlamaq üçün tələb olunan minimum tələbə sayının cəlb edilməsi məsələsi digər ümumqoşun məktəblərindən (Ali Hərbi Komandanlıq Məktəbi) yenidən bölüşdürmə yolu ilə həll edildi. 1 iyul 1970-ci il tarixinə qədər ilk tədris ilini bitirən müdavimlərdən Daşkənd Ali Hərbi Komandanlıq Məktəbindən 1 bölük, Moskva Ali Hərbi Komandanlıq Məktəbi və Kiyev Ali Hərbi Komandanlıq Məktəbindən 2 yarımbölük Alma-Ataya gəldi. Daha sonra Omsk və Uzaq Şərq ali ümumqoşun komandirləri məktəblərindən müdavim bölükləri gəldi.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Rusiya Quru Qoşunları
Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır. Xidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir. Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir. Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.
Strateji Raket Qoşunları
Strateji Raket Qoşunları (rusca: Ракетные войска стратегического назначения) Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeçiliyi altına keçmişdir. Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır. Bu qoşunlar SSRİ-nin tabeçiliyi altında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri. == Tarixi == === İkinci Qarabağ müharibəsində === 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur. Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir. . Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur.
Nasist Almaniyası Quru Qoşunları
Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.
Sərhəd qoşunlarının əlaçı tələbəsi
Sərhəd qoşunlarının əlaçısı – SSRİ-də 1969-da yaradılmış fəxri ad.
Mühəndis Qoşunları
İngilis-Sovet qoşunlarının İrana müdaxiləsi
Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi və yaxud Britaniya–SSRİ qoşunlarının İranı işğal etməsi, həmçinin kod adı "İran əməliyyatı", "Razılaşma" əməliyyatı — Böyük Britaniya (Hindistan müstəmləkə qoşunları da daxil olmaqla), Avstraliya və SSRİ, digər tərəfdən Pəhləvilər İranı arasında İkinci Dünya müharibəsi zamanı 25 avqust — 17 sentyabr 1941-ci ildə baş vermiş silahlı münaqişə. Müdaxilə Sovet İttifaqının nasist Almaniyasının hücumundan və Sovet İttifaqının Böyük Britaniya ilə razılaşmasından iki ay sonra baş tutdu. Hücum həm də Müttəfiqlərin qonşu İraqda və Fransanın Suriya və Livan koloniyalarında Berlin-Roma-Tokio oxu qüvvələri üzərində qələbəsindən iki aydan az bir müddət sonra baş verdi. Əməliyyat İranın neft yataqlarının təhlükəsizliyini təmin etmək və Berlin-Roma-Tokio oxu ölkələri və onların müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparan Sovet İttifaqına təchizat yollarının yaradılması məqsədilə həyata keçirilib. İranın neytrallıq mövqeyinə baxmayaraq, anti-Hitler koalisiyası tərəfindən nasist Almaniyasının müttəfiqi hesab edilən Rza şah Pəhləvi əməliyyatın sonunda devrildi və kiçik oğlu Məhəmməd Rza Pəhləvi İran taxtına oturdu. Kod adı "İran əməliyyatı'", "Razılaşma" əməliyyatı olan işğal sayca və texnoloji cəhətdən üstün olan İran qüvvələrinin zəif müqaviməti ilə nəticələndi. Çünki İrana qəfil hücum Pəhləvilər dövləti üçün gözlənilməz oldu. İranlıların fəal müqavimətini təşkil edə bilməməsi onun rəqibləri tərəfindən taktiki sürprizlə döyüş əməliyyatlarını bitirməsinə səbəb oldu. Müdaxilə İraq Krallığı, Azərbaycan SSR və Türkmənistan SSR istiqamətindən çoxşaxəli koordinasiyalı hərəkətlər ilə tənzimlənmişdi. Hücumdan 3 ay əvvəl britaniyalılar İraq əməliyyatı çərçivəsində İraqda hərbi çevriliş edərək faşist yönümlü iqtidarı devirmişdilər.
Qazaxıstan Quru Qoşunlarının Hərbi İnstitutu
Səqədət Nurmaqambetov adına Quru Qoşunları Hərbi İnstitutu (QQHİ) (qaz. Сағадат Нұрмағамбетов атындағы Құрлық әскерлерінің Әскери институты) — SSRİ Müdafiə Nazirliyinin və Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisəsi. Keçmiş adı: Sovet İttifaqı Marşalı İ.S.Konyev adına Almatı Ali Ümumqoşun Komandirlər Məktəbi. 60-cı illərin sonlarında, RSFSR-in Primorsk diyarında və Qazaxıstan SSR-in Çinlə həmsərhəd bölgələrində silahlı toqquşmalarla müşayiət olunan Sovet-Çin qarşıdurmasının kəskinləşməsi səbəbindən SSRİ Ali Sovetinin Rəyasət Heyəti yenidən Mərkəzi Asiya Hərbi Dairəsinin yaradılması haqqında qərar verdi.. Digər hərbi dairələrdən qoşunlar təcili olaraq yeni yaradılan dairənin ərazisinə köçürüldü. Mümkün olan ən qısa müddətdə Şərqi Qazaxıstanda və Qırğızıstan SSR-də əsasını 32-ci Ümumqoşun Ordusu və 17-ci Ordu Korpusu təşkil edən böyük bir qoşun qrupu yaradıldı. SSRİ Müdafiə Nazirinin 20 oktyabr 1969-cu il tarixli 0199 saylı əmri və Orta Asiya Hərbi Dairəsi qoşunları komandirinin 21 noyabr 1969-cu il tarixli 5/1/0419 saylı əmrinə əsasən məktəbin Almatı qarnizonunun 13-cü hərbi şəhərciyində 68-ci motoatıcı diviziyanın 186-cı motoatıcı alayının əsasında 1 iyun 1970-ci ilə qədər formalaşdırılması əmr edildi. Təhsil müəssisəsi qısa müddətdə yaradıldığına görə təhsil prosesinə başlamaq üçün tələb olunan minimum tələbə sayının cəlb edilməsi məsələsi digər ümumqoşun məktəblərindən (Ali Hərbi Komandanlıq Məktəbi) yenidən bölüşdürmə yolu ilə həll edildi. 1 iyul 1970-ci il tarixinə qədər ilk tədris ilini bitirən müdavimlərdən Daşkənd Ali Hərbi Komandanlıq Məktəbindən 1 bölük, Moskva Ali Hərbi Komandanlıq Məktəbi və Kiyev Ali Hərbi Komandanlıq Məktəbindən 2 yarımbölük Alma-Ataya gəldi. Daha sonra Omsk və Uzaq Şərq ali ümumqoşun komandirləri məktəblərindən müdavim bölükləri gəldi.
Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi
Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi və yaxud Britaniya–SSRİ qoşunlarının İranı işğal etməsi, həmçinin kod adı "İran əməliyyatı", "Razılaşma" əməliyyatı — Böyük Britaniya (Hindistan müstəmləkə qoşunları da daxil olmaqla), Avstraliya və SSRİ, digər tərəfdən Pəhləvilər İranı arasında İkinci Dünya müharibəsi zamanı 25 avqust — 17 sentyabr 1941-ci ildə baş vermiş silahlı münaqişə. Müdaxilə Sovet İttifaqının nasist Almaniyasının hücumundan və Sovet İttifaqının Böyük Britaniya ilə razılaşmasından iki ay sonra baş tutdu. Hücum həm də Müttəfiqlərin qonşu İraqda və Fransanın Suriya və Livan koloniyalarında Berlin-Roma-Tokio oxu qüvvələri üzərində qələbəsindən iki aydan az bir müddət sonra baş verdi. Əməliyyat İranın neft yataqlarının təhlükəsizliyini təmin etmək və Berlin-Roma-Tokio oxu ölkələri və onların müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparan Sovet İttifaqına təchizat yollarının yaradılması məqsədilə həyata keçirilib. İranın neytrallıq mövqeyinə baxmayaraq, anti-Hitler koalisiyası tərəfindən nasist Almaniyasının müttəfiqi hesab edilən Rza şah Pəhləvi əməliyyatın sonunda devrildi və kiçik oğlu Məhəmməd Rza Pəhləvi İran taxtına oturdu. Kod adı "İran əməliyyatı'", "Razılaşma" əməliyyatı olan işğal sayca və texnoloji cəhətdən üstün olan İran qüvvələrinin zəif müqaviməti ilə nəticələndi. Çünki İrana qəfil hücum Pəhləvilər dövləti üçün gözlənilməz oldu. İranlıların fəal müqavimətini təşkil edə bilməməsi onun rəqibləri tərəfindən taktiki sürprizlə döyüş əməliyyatlarını bitirməsinə səbəb oldu. Müdaxilə İraq Krallığı, Azərbaycan SSR və Türkmənistan SSR istiqamətindən çoxşaxəli koordinasiyalı hərəkətlər ilə tənzimlənmişdi. Hücumdan 3 ay əvvəl britaniyalılar İraq əməliyyatı çərçivəsində İraqda hərbi çevriliş edərək faşist yönümlü iqtidarı devirmişdilər.
Ermənistan Quru Qoşunları
Ermənistan Quru Qoşunları (erm. Հայաստանի ցամաքային ուժեր) — Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin quru əməliyyatlarına cavabdeh olan şəxsi heyətləri üçün kollektiv termin. Bu, 28 yanvar 1992-ci il, respublikanın Sovet İttifaqından müstəqilliyini elan etməsindən bir neçə ay sonra Ermənistan ordusunun digər hissələri ilə birlikdə yaradılmışdır. Ordunun ilk rəhbəri Sovet Quru Qoşunlarının əsas qərargahının keçmiş baş komandan müavini Norat Ter-Qriqoryants olmuşdur. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan müdafiəni gücləndirmək və tanınmamış Dağlıq Qarabağ Respublikasını Azərbaycanla hərbi əməliyyatların yenilənməsi ehtimalından müdafiə etmək üçün ordunun bir çox elementlərini öhdəsinə götürmüşdür. "Jane's World Armies" bildirmişdir ki, Ermənistandan olan həm çağırışçılar, həm də zabitlər müntəzəm olaraq Qarabağa, keçmiş təmas xəttinə xidmətə göndərilirdi. Quru qoşunlarında texnika Ermənistan hökuməti yanında Hərbi Sənaye Komitəsi tərəfindən tənzimlənir. == Strukturu == === Sahə Qüvvələri === 1-ci Ordu Korpusu (qərargahı: Gorus): bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, iki motoatıcı alayı. 2-ci Ordu Korpusu (qərargahı: Çaxırlı): bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, bir müstəqil atıcı alayı, iki müstəqil motoatıcı alayı, bir müstəqil artilleriya batalyonu. 3-cü Ordu Korpusu (qərargahı: Böyük Qarakilsə): bir müstəqil atıcı alayı, bir müstəqil artilleriya batalyonu, bir müstəqil tank batalyonu, bir müstəqil kəşfiyyat batalyonu, bir müstəqil raket artilleriya batalyonu, dörd müstəqil motoatıcı alayı, bir texniki xidmət batalyonu, bir siqnal batalyonu.
Pakistan Quru Qoşunları
Pakistan Quru Qoşunları (urdu. پاک فوج ingilis. Pakistan Army) – Pakistan Silahlı Qüvvələrinin ən qədim, böyük hissəsidir və quruda hərbi əməliyyatlar aparmasında cavabdehdir.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
Quru Qoşunlarının Ali Komandanlığı (Vermaxt)
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
Yunanıstan Quru Qoşunları
Yunanıstan Quru Qoşunları (yun. Ελληνικός Στρατός, Ellinikos Stratos) — 1828-ci ildə qurulmuş Yunanıstanın quru qüvvələri.
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ya Rusiya Federasiyasının Daxili Qoşunları (rus. Внутренние войска Министерства внутренних дел, Rom: Vnutrenniye Voiska Ministerstva Vnutrennikh Del; və ya qısaca ВВ və ya VV ), Rusiya hökumətinə tabe olan jandarma tipli hərbiləşdirilmiş hüquq-mühafizə qüvvələridirlər. 5 aprel 2016-cı ildə onun daxili strukturu dəyişdirilərək Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən ayrılmış Rusiya Milli Qvardiyası adlandırılmışdır. Daxili Qoşunlar iğtişaşların və vətəndaş qarşıdurmalarının qarşısının alınması ilə bərabər, həmçinin də atom elektrik stansiyaları kimi mühüm strateji əhəmiyyəti olan dövlət obyektlərinin mühafizəsinə cavabdeh olmuşdurlar. Bu çərçivədə ey zamanda Birinci Çeçen müharibəsində və İkinci Çeçen müharibəsində də aktiv formada iştirak etmişdirlər. Bundan əlavə, o, Rusiyada bir çox münaqişələrin yatırılmasında da mühüm rol oynamışdır. Bu bölmələr müharibə vaxtı Rusiya Federasiyası Silahlı Qüvvələrinin sərəncamı altına daxil olmuş və yerli müdafiə və cəbhə arxası ərazilərin mühafizəsi vəzifələrini yerinə yetirmişdilər. Daxili Qoşunların komandiri 2016-cı ilin aprel ayında ləğv olunana qədər Viktor Zolotov olmuşdur. Daxili Qoşunlar həm könüllülərdən, həm də hərbi qulluqçulardan ibarət olmuşdur. Məhz buna görə də aktiv üzvlərinin sayı müxtəlif olmuşdur.

Значение слова в других словарях